Məhkəmə qərarları › İş №3(3-6)-1174/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1174/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1174/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı Adıgözəlli İsak Əli oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Teymur Qurbanov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, 3120 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən məhkəmənin yeri və tarixi barədə lazımi qaydada məlumatlandırılmamışdır deyə məhkəmədə iştirak etməmişdir. Buna görə də qeyd olunan gömrük bəyannaməsini təqdim edə bilməmişdir. Əlavə olunan gömrük bəyannaməsindən də görünür ki, idxal olunan mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil X2 adına idxal olunub və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı bir inzibati xəta törətməyib. İdxal olunan mallar adına idxal olunan şəxs tərəfindən bəyan edilməlidir və məsuliyyəti də həmin şəxs daşıyır. Məhkəmə baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı Adıgözəlli İsak Əli oğlu apellyasiya şikayətinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə icraatın xüsusiyyətləri, qəbul edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı, iş üzrə toplanmış sənədlərlə əlaqəli şəkildə təhlil olunarkən, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul olunduğu və işin həqiqi halları ilə müqayisədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına düzgün hüquqi qiymət verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilməsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilməsi növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Qanunun normasının mənasından da göründüyü kimi burada inzibati xəta üzrə məsuliyyət keçirdiyi malları bəyan etməyən gömrük sərhədindən mal keçirən şəxs üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsə bəyannaməçi deyilir. Həmin Məcəllənin 1.0.11-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənədə gömrük bəyannaməsi deyilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Birinci instansiya məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, ##.##.2025-ci il tarixində Türkiyə Respublikasından fiziki şəxs X2 ünvanına **CH***/**ZG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daxil olan VRE************* nömrəli, ##.##.2025-ci il tarixli invoys əsasında Bakı Baş Gömrük idarəsində 01251000418725 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsində qeyd olunan 1.901 kg etiket yüklərinin üzərində qeyd olunan markaların əqli mülkiyyət hüquqlarının fiziki şəxs X2 aid olmasına dair hər hansı bir sənəd olmadığı müəyyən edilmiş, göstərilən markaların ölkə ərazisində qeydiyyatı və ya istehsalının olmamasına və həmçinin malların dəyərinə dair əsaslı şübhələr yaranmışdır. Göründüyü kimi malları gömrük sərhəddindən keçirən və keçirdiyi malları bəyan etməli olan şəxs, yəni bəyannaməçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, məhz X2 olmuşdur. Lakin qanunvericiliyin tələblərinə zidd olaraq malları gömrük sərhəddindən keçirməyən və keçirmədiyi mallara görə gömrük bəyannaməsi təqdim etmək vəzifəsi və səlahiyyəti olmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində səlahiyyətli orqan tərəfindən əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə işin başlanılmasına dair protokol tərtib olunmuş və Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən inzibati xəta törədilməsinə aidiyyəti olmayan şəxs əsassız olaraq təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bundan başqa, iş materiallarından görünürür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr də işin faktiki hallarına uyğun olmamış, yəni məhkəmənin qərarında əks etdirilmiş gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, araşdırma üzrə gömrük sərhəddindən Rəsul Cabbarov tərəfindən bəyan edilmədən keçirilən malların (əmtəə nişanlarının) orta bazar dəyərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmiş. Birliyin *** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunan əmtəə nişanlarının ##.##.2025-ci il tarixinə orta bazar dəyəri 1 ədədinin dəyəri 0.03 manat olmağla 260.000 ədədinin 7.800 manat olaraq müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, X2 ünvanına göndərilən və 01251000418725 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən əmtəə nişanlarının dəyərinin 7800 manat olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə X2 tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə sorğu verilmiş və o, sorğuya cavab olaraq bildirilmişdir ki, bəyan etməyərək keçirdiyi üzərində “Calvin Klein” yazısı olan 1000 ədəd və üzərində “HAŞEMA” yazısı olan 1800 ədəd əmtəə nişanları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid olmuş və sonuncu ondan bu əmtəə nişanlarını gətirməyə xahiş etmişdir. “Azərekspertiza” Birliyinin *** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunan əmtəə nişanlarının ##.##.2025-ci il tarixinə orta bazar dəyəri 1 ədədinin dəyəri 0.03 manat olmaqla 1000 ədəd üzərində “Calvin Klein” yazısı olan əmtəə nişanının orta bazar dəyəri 30 manat və 1800 ədəd üzərində “HAŞEMA” yazısı olan əmtəə nişanının orta bazar dəyəri 54 manat olmaqla ümumilikdə 84 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi bu halda belə birinci instansiya məhkəməsi Ayxan Cəfərova aid edilməsi ehtimal edilən 84 manat məbləğində mala görə deyil, Rəsul Cabbarovun inzibati məsuliyyətinə aid edilən 7.800 manat məbləğində malların 40 faizi miqdarında cəriməni tamamilə əsassız və qanunsuz olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növü kimi tətbiq etmiş və onun 3120 (üç min yüz iyirmi) manat miqdarında cərimə edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya instaniyası məhkəməsi, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar