AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ3(3-6)-1176/2026 30.04.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsiǝX1,ǝşikayətçiǝQərardanǝşikayətǝverənǝorqanǝ(şəxs)ǝİsmayılǝoğlununǝiştiraklarıǝilə, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasındaǝaçıqǝməhkəməǝiclasındaǝbaxaraq,ǝǝǝ MÜƏYYƏN E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraataǝxitamǝverilməsiǝbarədəǝqərarǝqəbulǝedilməsiniǝxahişǝetmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin (bundan sonra Xidmət) ## ######## 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olaraq verdiyi şikayətə baxılmış və həmin şikayətə baxılma haqqında 3-17-#/# ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərara əsasən onun tərəfindən verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ######## 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsvir və əsaslandırıcı hissəsində qeyd edilir ki, "İş materiallarında olan Vəliyev Önǝr İsmayıl oğlu izahatında direktoru olduğu "xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ####### 2024-cü ildən etibarən fəaliyyətini dayandırdığını və şirkətin fəaliyyət göstərmədiyini qeyd etmişdir. Əmək və məşğulluq" altsistemindən əldə olunan məlumatlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu arasında elektron qərar qəbul edilən tarixdə qüvvədə olan əmək müqaviləsi mövcud olmuşdur və işçinin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması həyata keçirilməmişdir. Elektron qərar tərtib olunduqdan sonra ## ###### 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Məcəllənin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunu törətdiyi sübuta yetirilmiş hesab olunur". Təsisçisi və rəhbəri olduğu "A-Z MİNERALS" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ## ####### 2024-cü il tarixində dayandırılıb və uzun müddətdir ki, heç bir fəaliyyət göstərmir. Bu halda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticələrindən peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamasından və müvafiq risklərin icbari qayda sığorta etməyə ehtiyac olmayıb. Bu baxımdan hesab edir ki, hər hansı inzibati xəta tərkibli qanunsuz əməl törədilməyib və belə bir halın baş verməsi üçün isə uyğun şərait olmayıb. Yəni, fəaliyyət yoxdursa bədbəxt hadisə necə olaǝbilər? Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.ǝǝ Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təsisçisi və rəhbəri olduğu "A-Z MİNERALS" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ## ####### 2024-cü il tarixində dayandırılıb və uzun müddətdir ki, heç bir fəaliyyət göstərmir. Bu halda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticələrindən peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamasından və müvafiq risklərin icbari qayda sığorta etməyə ehtiyac olmayıb. Bu baxımdan hesab edir ki, hər hansı inzibati xəta tərkibli qanunsuz əməl törədilməyib və belə bir halın baş verməsi üçün isə uyğun şərait olmayıb. Yəni, fəaliyyət yoxdursa bədbəxt hadisə necə ola bilər? Təqsiri sübuta yetirilməyib. "A-Z MİNERALS" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ## ####### 2024-cü il tarixindən rəsmi olaraq dayandırılmışdır. Fəaliyyəti olmayan, heç bir istehsalat prosesi həyata keçirməyən müəssisədə "istehsalatda bədbəxt hadisə" riskinin mövcudluğu qeyri-mümkündür. Məhkəmə əmək müqaviləsinin formal olaraq sistemdə qalmasını əsas götürsə də, əmək münasibətlərinin mahiyyətini (faktiki işin yerinə yetirilməsi) nəzərə almamışdır. Bu hal maddi hüquq normasının tətbiqi ilə bağlı pozuntudur. Qərardakı ciddi ziddiyyətlər və qeyri-müəyyənlik: Yasamal Rayon Məhkəməsinin qərarının "Müəyyən etdi" hissəsində MN ******* saylı qərardan bəhs edilsə də, qərarın nəticə (Qərarı aldı) hissəsində tamamilə fərqli bir sənəd — MN ******* saylı qərar qüvvədə saxlanılmışdır. Bu, məhkəmənin işin hallarına kifayət qədər diqqət yetirmədiyini və qərarın hüquqi qüvvəsini şübhə altına alan ciddi birǝprosessualǝxətadır. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu apellyasiya şikayətini müdafiə edərək,ǝşikayətinǝtəminǝedilməsiniǝxahişǝetmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək,ǝtəminǝedilməməsiniǝxahişǝetmişdir.ǝ Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundanǝverilmişǝşikayətəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "A-Z Minerals” Məhdud Məsuliyyatli Cəmiyyəti (VÖEN: 1306840941) ilə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğortalanmaması aşkar olunmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinəǝəsasənǝ1.500ǝ(birǝminǝbeşǝyüz)ǝmanatǝcəriməǝedilmişdir.ǝ Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmiş “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” təyinatlı arayışından görünür ki, Bu arayışın 3-cü bölməsində göstərilən vergi ödəyicisinin ("A-Z MİNERALS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1306840941)) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən fəaliyyətin dayandırılmasının başlanma və bitmə tarixləri göstərilmişdir. Qeyd olunmuşdur: fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix: ## ####### 2024; fəaliyyətin və əməliyyatların dayandırıldığı son tarix: ## ####### 2025 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsininǝtəminǝedilməsinə,ǝhabeləǝbuǝMəcəlləninǝprinsiplərinəǝəsaslananǝmünasibətlərdir. 3-cü maddəsinə əsasən işəgötürən– tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillikǝvəǝmediatorǝfəaliyyətini)ǝhəyataǝkeçirənǝvergiǝödəyicisiǝolanǝfizikiǝşəxs.ǝ 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və buǝbarədəǝişəgötürənəǝelektronǝqaydadaǝməlumatǝgöndərilməsindənǝsonraǝyaranır.ǝ 9-cu maddəsinin “j” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansıǝbaşqaǝnövǝsığortaǝqaydalarındanǝistifadəǝetmək.ǝ 12-ci maddəsinin “j” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtındaǝvəǝtamǝhəcmdəǝödənilməsiniǝtəminǝetmək.ǝ 43-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatlarınǝsəviyyəsiǝazaldılaǝbilməz.ǝ 49-cu maddəsinin 5-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla)ǝmüəyyənǝediləǝbilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə– vəzifəli şəxslər min beş yüz manatǝməbləğində,ǝhüquqiǝşəxslərǝbeşǝminǝmanatǝməbləğindəǝcəriməǝedilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmişǝdigərǝprotokollarlaǝmüəyyənǝedilir. Məhkəmə hesab etmişdir ki, “A-Z MİNERALS" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini müvəqqəti dayandırması əmək münasibətlərinə xitam verilməsi üçün səbəb deyil. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun “A-Z MİNERALS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək münasibətləri mövcud olduğundan işəgötürən tərəfindən icbari sığorta müqaviləsi bağlanmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən bir sıra işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. Bununlada Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 469-1-ci maddəsinin tələbini pozmuşdur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən şikayətçinin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğortalamaq vəzifəsi müəyyən edilmişdir və fəaliyyətin dayandırılması, hətta faktiki əmək münasibətlərinin dayandırılması bu vəzifənin icrasından azad etmir. Çünki dövlət orqanı faktiki əmək münasibətlərinin istənilən anda davam etməsinə nəzarət imkanına malik olmadığına görə sığorta hadisəsinin baş verməsi mümkündür. İnzibati xətanın obyekti vətəndaşların sığorta sahəsində hüquq münasibətlərinin tənzimlənməsi təşkil etdiyindən apellyatorunǝmövqeyiǝəsassızdır.ǝ Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarınınǝdəyişdirilmədənǝsaxlanılmasıǝiləǝbağlıǝdüzgünǝnəticəyəǝgəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbulǝediləǝbilər.ǝ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ciǝmaddəsiniǝrəhbərǝtutaraqǝməhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətiǝtəminǝedilməsin.ǝ Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarǝqətidir,ǝondanǝşikayətǝvəǝyaǝprotestǝveriləǝbilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1176/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1176/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver