Məhkəmə qərarları › İş №3(3-6)-1178/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1178/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1178/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Məhkəmə iclas katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Meşələrin Inkişafı Xidməti tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal RPI-nin DYPŞ tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istifadəsində olan “X1” markalı, ** YH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı ildə Inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta törədilmiş, hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsn barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim M.M.Seyidov) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal RPI-ni DYPŞ tərəfindən ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat Idarəsinin öhdəliyindədir. Nəqliyyat Idarəsinin tabeliyində olan avtomobillər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli struktur qurumlarının əməkdaşları tərəfindən idarə olunsa da, həmin nəqliyyat vasitələrinin sürücülərinə yol vərəqələri Nəqliyyat Idarəsi tərəfindən verilir, həmçinin nəqliyyat vasitələri və sürücülər haqqında bütün məlumatlar yalnız həmin Idarədə olur. Yasamal RPI-nin DYP şöbəsi yol hərəkəti əleyhinə inzibati xəta törədildikdə nəqliyyat vasitəsinin sürücüsü haqqında məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə Nəqliyyat Idarəsinə göndərməli olduğu halda Meşələrin Inkişafı Xidmətinə göndərmişdir. Qeyd edilən məlumatlar Meşələrin Inkişafı Xidmətində olmadığı üçün DYP şöbəsi tərəfindən ünvanlanan sorğular cavablandırılması üçün aidiyyəti üzrə həmin Idarəyə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Nümayəndə, şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş Meşələrin Inkişafı Xidmətinin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün müəyyənləşdirmiş və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu nəzərə alınmışdır. Apellyasiya baxışı zamanı, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətin dəlilləri təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan məlumatları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsn nümayəndəsi, Bakı şəhəri Yasamal RPI-nin DYPŞ tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə inzibati xəta faktını təkzib edən sübutları məhkəməyə təqdim ediləcəyini qeyd etsə də, belə bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materialları və birinci instansiya məhkəməsinin qərarı ilə müqayisədə, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Inzibati iş üzrə, inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən prosessual qaydalara əməl olunmuş, qanun pozuntularına yol verilməmiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və şikayətin dəlillərinə münasibətdə inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsn Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsn Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar