Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1179/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yolpatrul xidməti inspektoru R X3 iştirakları ilə, Bakı şəhər BPİ X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ X1 İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşı özünü “Nəbi” kimi təqdim edərək iddia etmişdir ki, guya Nəsib bəy Yusifbəyli küçəsi ilə hərəkət edərkən Novruzov Qardaşları küçəsi ilə kəsişmədə yerləşən işıqforun qırmızı işığında keçmişdir. Bildirir ki, ona heç bir video və ya foto sübut təqdim edilməmiş, hadisəni təsdiq edən heç bir görüntü göstərilməmiş, hadisə yerində inzibati xəta haqqında protokol tərtib edilməmiş, ona hər hansı qərar təqdim olunmamış, avtomobili duracağa yerləşdirilmiş və ona növbəti gün 23-cü otağa yaxınlaşmağı bildirilmişdir. ## ###### 2025-ci il tarixdə 23-cü otağa yaxınlaşdığı zaman sürücülük vəsiqəsi məhdudiyyətə göndərilmişdir. Yenə də heç bir video sübut təqdim edilməmiş və inzibati icraatın qanuni prosedur qaydaları ona izah edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Bakı şəhər BPİ X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər BPİ X1 İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə saat 19:45-radələrində Bakı şəhəri, Yasamal rayonu, Mərdanov qardaşları ünvanında idarə etdiyi BMW 528İ minik markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydasını pozduğuna görə saxlanılmışdır. Bu zaman ərazidə xidmət aparan R Nəbi Hüseynli tərəfindən xətanın mahiyyəti izah edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinın izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Qərardan şikayət verən orqan (şəxs) svetoforun qadağanedici işarəsi verildiyi halda hərəkətini davam etdirərək inzibati xəta törətmişdir. Belə olan halda digər mexaniki nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi mümkün idi, yalnız sürücünün diqqətli olması həmin hadisənin baş verməsinin qarşısını almışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmədən apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru R X3 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər BPİ X1 İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər BPİ X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, ##.##.2025-ci il tarixdə saat 19.45-də Yasamal rayonu, Mərdanov qardaşları ünvanında BMW 528İ minik markalı 77 UJ303 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə xitam verərkən qeyd etmşdir ki, iş materiallarında olan sənədlərlə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPŞ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamış, məhkəmə iclasında görüntü təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarı ilə razılaşmayan səlahiyyətli orqanın apellyasiya şikayətindən göründüyü kimi şikayətin əsas dəlili qismində iş üzrə hər hansı digər sübut növünün mövcud olmadığı təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli olmasının inzibati xəta haqqında protokolla təsdiq edilməsi göstərilmişdir. Məhkəmə iş materiallarını bir daha araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Belə ki, iş üzrə inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən foto, video və.s digər sübutlar müəyyən olunmadan və həmin sübutlar inzibati xəta haqqında protokolla qarşılıqlı əlaqədə araşdırılmadan yalnız inzibati xəta haqqında protokolun mövcudluğu özlüyündə inzibati xətanın törədilməsi qənaətinə gəlməyə əsas vermir. Həmçinin məhkəmə iclasında çıxış edən Bakı şəhər X1 İdarəsinin nümayəndəsi də inzibati xəta haqqında protokoldan əlavə inzibati xəta hadisəsinin mövcud olmasını təsdiq edən hər hansı sübutun mövcud olmadığını, hadisə ilə bağlı videogörüntülərin hadisədən uzun müddət keçdiyinə görə qərardan hər hansı şikayət olmayacağı güman edilərək silindiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2- ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər BPİ X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər BPİ X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1179/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1179/2026
28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver