Məhkəmə qərarları › İş №3(3-6)-1180/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1180/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1180/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, məhkəmə iclasının katibi X9 katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN ******* nömrəli və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru Mahmudlu İsmayıl Agim oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən məlum olur ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” supermarketdən müxtəlif markalardan spirtli içkiləri oğurlamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## ##### 2026-cı il saat 23:00-dan hesablanması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərardan narazı olduğunu bildirmiş və açıq vərəm xəstəsi olmasının nəzərə alınaraq ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsindən və X2 Vərəm əleyhinə xəstəxanasından verilmiş rəsmi məlumatlara görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəstəxanaya yerləşdirildikdən sonra xəstəxanadan qaçmışdır və onun hazırda harda olması barədə Polis İdarəsi və xəstəxana əməkdaşları məlumatlı deyil. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X3 protokolun mətnini müdafiə edərək bildirmişdir ki, “Araz” marketdən içki oğurlanması ilə bağlı məlumat daxil olmuş, daxil olmuş məlumatla əlqədar marketdə aparılan araşdırma zamanı həmin şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmiş və şəxs Polis Bölməsinə aparılmışdır. Protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mart ayının əvvəli “Araz” supermarketdən ikisini şalvarına, ikisini isə gödəkcəsinin cibinə qoymaqla eyni gündə marketi tərk etmədən ümumilikdə 4 spirtli içki oğurladığı müəyyən edilmiş və şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs protokolun təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru Mahmudlu İsmayıl Agim oğlu protokolun mətnini müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “ATB” bankda tanımadığı bir nəfərə yaxınlaşaraq 100 manat borc pul istəmiş, daha sonra həmi şəxsin zənglərinə cavab verməmişdir. Bununla bağlı zərərçəkmiş X7 polisə müraciət etmişdir. Protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmişə dəymiş ziyanı tam şəkildə ödəmişdir, zərəçəkmiş şəxsin şikayəti yoxdur, barışıq əldə olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək, mart ayının əvvəli “Araz” supermarketdən ikisini şalvarına, ikisini isə gödəkcəsinin cibinə qoymaqla eyni gündə marketi tərk etmədən ümumilikdə 4 spirtli içki oğurladığını, dostları ilə içdiyini etiraf etmişdir. Hal-hazırda vərəm xəstəsi olduğunu, yeriyə bilmədiyini qeyd etmiş, dəymiş ziyanı ödəmək üçün 15 gün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinə məhkəmə iclasında zərərçəkmiş “Araz” supermarketin nümayəndəsi X6 marketdə araşdırma aparılan zaman içki sayının az olduğunu görərək polisə müraciət etdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilmədiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmadıqlarını, ziyan ödənmədiyi üçün şəxsdən şikayətçi olduğunu qeyd etmişdir. İş materiallarında olan inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən məlum olur ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanının qarşısında vətəndaş X7 100 manat pulu nağd şəkildə alaraq kart hesabına köçürəcəyini demiş, lakin aldadaraq mənimsəmişdir. İş materiallarında olan inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən məlum olur ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” supermarketdən müxtəlif markalardan spirtli içkiləri oğurlamışdır. İş materiallarında olan inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən məlum olur ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanının qarşısında vətəndaş X7 100 manat pulu nağd şəkildə alaraq kart hesabına köçürəcəyini demiş, lakin aldadaraq mənimsəmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il saat 23:00-da inzibati qaydada tutulnuşdur. İş materiallarında olan ## ##### 2026-cı il tarixli raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Araz” supermarketdə oğurluq və dələduzluq ilə məşğul olan şəxs həmin tarixdə saat 21:45 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanında yerləşən Xəzər klinikasının qarşısında saxlanılaraq 24-cü Polis Şöbəsinə dəvət olunmuşdur. İş materiallarında olan ## ##### 2026-cı il tarixli raportdan müəyyən edilir ki, X7 ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman tanımadığı şəxsin ona yaxınlaşması, ondan 100 manat pulu nağd şəkildə alaraq kart hesabına köçürəcəyini deməsi, lakin vədinə əməl etməyərək onu aldatması barədə məlumat daxil olmuş, müvafiq tədbirlər həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı İlqar Məmmədov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, şəxs müəyyən edilərək İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına qərar verilmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı Namiq İsmayılov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs müəyyən edilənədək İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına qərar verilmişdir. İş materiallarında olan zərərçəkmiş X7 polis şöbəsinə verdiyi izahatdan müəyyən edilir ki, ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman tanımadığı şəxs ona yaxınlaşaraq, 100 manat nağd pulu kart hesabına göndərməsini demiş, lakin vədinə əməl etməmişdir. İş materiallarında olan “Araz” Supermarketdən oğurlanan spirtli içkilərin dəyərini müəyyən edən, məhkəməyə təqdim olunmuş “satış çekindən” müəyyən edilir ki, dəymiş zərər ümumilikdə 251,65 manat təşkil edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iclas zalında polis tərəfindən zərərçəkmiş X7 ilə aparılmış telefon danışığı zamanı müəyyən edilmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, daha ağır inzibati tənbeh tədbiri o zaman tətbiq edilir ki, digər inzibati inzibati tənbehlər vasitəsi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümükün olmasın. Birinci instansiya məhkəməsinin mövqeyini bu baxımdan əsaslı hesab etmək olar. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, şəxs barəsində tətbiq edilən inzibati tənbeh yuxarıda göstərilən maddədə sadalanan hallara uyğun olmaqla yanaşı, həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədləri də nəzərə alınmalıdır ki, hazırkı halda məhkəmə şəxs barəsində tətbiq edilmiş inzibati tənbehi onun məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati həbs növündə tənbeh tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar