Məhkəmə qərarları › İş №3(3-6)-1181/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1181/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1181/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinin icra məmuru X4 Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallar əsasında müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən alimentin məbləği hər ay əmək haqqının 1,18 misli həddində indeksasiya olunaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını, şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə tərəfindən işə xitam verilməsi zamanı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Təqdim olunmuş sübutlar, o cümlədən yazışmalar və zəng məlumatları iş üzrə mühüm əhəmiyyət kəsb etsə də, həmin hallar məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Təqdim edilmiş ödəniş sənədləri və hesablamalara əsasən cavabdehin aliment öhdəliyini tam yerinə yetirmədiyi və borcun faktiki məbləğinin 2332 manat təşkil etdiyi müəyyən edilir. Lakin icra məmuru tərəfindən aparılmış hesablamalar bu məbləği düzgün əks etdirməmiş və nəticədə iş üzrə səhv hüquqi nəticəyə gəlinmişdir. Iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmaları, zəng məlumatları, SMS bildirişi və ödəniş sənədləri sübut edir ki, şikayətçi icra prosesində iştirak etməyə cəhd göstərmiş, lakin bu hal nəzərə alınmadan qərar qəbul edilmişdir. Bundan əlavə, aliment borcunun düzgün hesablanmaması da iş üzrə səhv nəticəyə səbəb olmuşdur. Iş materiallarından görünür ki, o, icra prosesində iştirak etmək üçün dəfələrlə cəhd etmiş, icra məmuru ilə əlaqə saxlamış və mövcud vəziyyəti izah etmişdir. Buna baxmayaraq, bu hallar nəzərə alınmamış və onun iştirakı təmin edilmədən qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən aliment öhdəliyinin yerinə yetirilməməsi və yaranmış borc nəzərə alınmadan işə xitam verilməsi əsassız nəticəyə gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin əsassız olduğunu bildirərək məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinin icra məmuru X4 çıxış edərək bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq maaşından 260 manat pul vəsaiti tələbkarın xeyrinə tutulur. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair mübahisələndirilən *(*-***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli, ## ######## 2025-ci “Inzibati xəta haqqında” protokoldan görünür ki, Imişli Rayon Məhkəməsinin **(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi icra edilməmişdir və icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahlarından olan ##.##.2016-cı il təvəllüdü X2 boşanmadan sonra anası X1 yanında qalması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2018-ci il tarixdən başlayaraq ##.##.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən ##.##.2018-ci il tarixli «Icraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 154 manat olmaqla sabit pul şəklində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması, alimentin indeksasiyasının başlanğıcının ##.##.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən olan çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-də anbardar (zirzəmidə) işləyir və onun əmək haqqı 568 (beş yüz altmış səkkiz) manat təşkil edir. Inzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən biri olan ədalətlilik prinsipi, IXM-nin 9.2-ci maddəsində təsbit edilmiş "bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz" (non bis in idem) müddəası ilə təminat altına alınmışdır. Bu prinsip, eyni əmələ (fakta) görə şəxsin təkrarən mühakimə olunmasını və cəzalandırılmasını qadağan edən fundamental hüquqi zəmanətdir. Bu prinsipdən çıxış edərək, qanunverici IXM-nin 53.1.7-ci maddəsində imperativ qaydada müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə... inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Iş materiallarından müəyyən edilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-də anbardar (zirzəmidə) işləyir və onun əmək haqqı 568 (beş yüz altmış səkkiz) manat təşkil edir. Tələb məcburi icra tədbiri olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqına yönəldilmişdir və hər ay onun əmək haqqından 260 (iki yüz altmış) manat pul tutularaq tələbkar X1 xeyrinə ödənilir. Göründüyü kimi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatından və iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkətin edilməsindən söhbət gedə bilməz. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, irəli sürülmüş dəlillər şəxsin qərəzli olaraq inzibati məsuliyyətə cəlb olunmasına xidmət edir və həmin dəlillər şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar