Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1182/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X2, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi ** saylı Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından»xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar Idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək toplanmış materialla birlikdə baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar Idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan təsisçi nümayəndə2 həmin hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanmadan və həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanmayaraq hüquqi qüvvəyə minmədən şahid1 2021-ci ilin oktyabr ayından ##.##.2025-ci il tarixədək, şahid3 isə 2023-cü ilin sonundan 2025-ci ilin mart-aprel ayınadək “xxxx” MMC-nin ünvan 1, Mənsur Şirinov küçəsi 1 ünvanında yerləşən anbarında mühafizəçi işlərinin görülməsinə cəlb etmiş, bununla da, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə MMC IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibat iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəmədə verilmiş izahat müəyyən qədər təhrif olunmuşdur. Belə ki, məhkəmə öz qərarında qeyd etmişdir ki, “Məhkəmə iclasında iştirak edən Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi ** saylı Vəkil Bürosunun vəkili nümayəndə1 bildirmişdir ki, şahid1 “xxxx” MMCdə işləmişdir, əmək haqqını da “xxxx” MMC-dən almışdır.” Hansı ki, nümayəndə öz izahatında qeyd etmişdir ki, “şahid1 ifadəsindən belə anlaşılır ki, o, “xxxx” MMC-də işləmişdir, əmək haqqını da “xxxx” MMC-nin kassiri vəzifəsində çalışan Aydın adlı şəxsdən almışdır.” Çünki, şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, əmək haqqını məhz “xxxx” MMC-nin kassiri vəzifəsində çalışan Aydın adlı şəxsdən almışdır. Maraqlıdır ki, onun bu ifadəsi də məhkəmə qərarında öz əksini tapmamışdır. Eləcə də iş materiallarında istər şahid1, istərsə də şahid3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işlədiklərini iddia etdikləri dövrdə rəsmi olaraq başqa təşkilatlarda işləmələri açıq-aydın görünsə də, məhkəmə bu halı ümumiyyətlə araşdırmamış, yalnız şahid1 məhkəmə iclasında verdiyi ifadəni əsas götürmüşdür. nə şahid1, nə də şahid3 ümumiyyətlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işləməmiş, onların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işləmələri barədə də iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi ** saylı Vəkil Bürosunun vəkili nümayəndə1 şikayətin təmin edilməsini bildirmiş və eyni zamanda iş üzrə cəlbetmə müddətinin keçdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X2 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində tərəf hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini IXM-in 135.1.1-135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. IXM-in 135.1.1-135.1.3-cü maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi hakimin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayət müəllifi iş üzrə icraata xitam verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən şahid1 bildirmişdir ki, 2021- ci ilin oktyabr ayından 2024-cü ilin yanvar ayına qədər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də mühafizəçi işinin görülməsinə cəlb edilmişdir. Sonra işdən ayrılmışdır. 2025-ci ilin yanvar ayından təxminən 10 gün yenidən həmin şirkətdə işləməyə başlamışdır. Onu işə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə2 götürmüşdür. Hansı işi görəcəyi ilə bağlı nümayəndə2 onu təlimatlandırmışdır. Onun işi “xxxx” MMC-nin Abşeron rayonunda yerləşən anbarında mühafizə işinin yerinə yetirilməsindən ibarət olmuşdur. “xxxx” MMC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında mühafizə işlərinin görülməsi ilə bağlı xidməti müqavilə olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin göstərişi əsasında həmin şirkətin mühafizə işlərini yerinə yetirmişlər. Ona nümayəndə2 əmək müqaviləsinin bağlanacağını bildirsə də sonradan banka müarciət etdikdə rəsmi əmək müqaviləsinin olmadığını öyrənmişdir. Onunla birlikdə orada Ibrahim, Təbriz, Qabil, Ramil, Rəvan, Səbuhi, Fəyyaz adlı şəxslər də işləmişdir. şahid3 2025-ci ilin aprel ayına qədər orada işləmişdir Əmək haqqı cəm şəkildə ona verilmişdir, nümayəndə2 göstərişinə əsasən hər işçiyə düşəcək puldan 150 manat kənara qoyulmuş, həmin pulları sonra nümayəndə2 gəldikdə götürmüşdür. Bəzi hallarda həmin pulları nümayəndə2 kart hesabına göndərmişdir. Bunun səbəbini həmin vəsaitin vergiyə aid olması ilə əlaqələndirmişdir. Yerdə qalan pul vəsaiti isə işçilər arasında bölüşdürülmüşdür. O, ümumilikdə 27 ay müddətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmişdir. O, ##.##.2023- cü ildə “xxxx” MMC-də elektrik işinə cəlb edilmişdir. Lakin həmin işə o, davamlı deyil, arada bir getmiş, çox vaxt şənbə günləri həmin işləri icra etmişdir. Orada çox iş olmamış, arada çağıranda getmişdir. Əsas işi “xxxx” MMC-nin Abşeron rayonunda yerləşən anbarında mühafizəçi olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli xidməti müqavilədən görünür ki, icraçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC sifarişçinin, yəni “xxxx” MMC-nin ünvan 1 və digər ünvanda olan obyektlərdə ərazinin 24/7 saat mühafizəsini təşkil etməyi, Sifarişçi isə bu xidmətləri qəbul edib, bunun müqabilində Icraçıya hər ay bu müqavilə ilə müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icraçı sifarişçinin bu Müqavilənin predmetindən kənar hər hansı qanunsuz fəaliyyəti yaxud qanuna zidd əməli, habelə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməməsi nəticəsində baş vermiş bədbəxt hadisələr üçün məsuliyyət daşımır. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən Icraçı mühafizəni 9 nəfər işçisi ilə təşkil etməyi öhdəsinə götürür. Icraçı bəyan edir ki, həmin işçilərlə əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun qurulmuşdur və həmin işçilərlə bağlı bütün icbari dövlət ödənişləri dövlət ödənişləri icraçıya aiddir. Icraçı bəyan edir ki, həmin işçilər əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları və digər zəruri məsələlər barədə təlimatlandırır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi şahidlərin izahatlarını mütəbər sübut hesab etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən də xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Şəxslər tərəfindən verilmiş ifadələrində əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Şahidlərin izahatları iş materialları ilə əlaqəli təhqiq edildikdə həmin izahatların şübhə altına alınması üçün əsaslar müəyyən edilmir və mötəbər hesab edilir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq MMC barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə qanuni və ədalətli nəticəyə gəlmişdir. Hüquqi şəxin nümayəndəsi iş üzrə cəlb etmə müddətinin keçdiyini bildirmişdir. Eyni zamanda, şikayətdə iddia olunanların əksinə hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçməmişdir. Çünki, IXM-in 192.1-ci maddəsi əmək qanunvericiliyinin qaydasının pozulması əleyhinə olan inzibati xəta olmaqla IXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Hazırki qeyd olunan inzibati xəta davam edən inzibati xətadır. Davam edən inzibati xətada sonuncu əməlin törədildiyi vaxtdan inzibati cəlb etmə müddəti hesablanmalıdır. Məhkəmə şahid1 münasibətdə cəlbetmə müddətinin keçdiyi ilə razılaşır. Belə ki, şahid1 izahatlarında 2025-ci ilin yanvar ayında axrıncı dəfə işlədiyini qeyd etmişdir. Ona münasibətdə 2026-cı ilin yanvar ayında cəlbetmə keçmişdir. X1 isə izahatlarında sonuncu dəfə 2025-ci ilin aprel ayına kimi orda işlədiyini bildirmişdir. Hazırkı iş üzrə, inzibati məsuliyyətə cəlb etmə müddəti 2026-ci ilin aprel ayınadək olmuş, inzibati tənbeh ## #### 2026-cı il tarixdə verilmişdir. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin»xxxx» MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1182/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1182/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver