Məhkəmə qərarları › İş №3(3-6)-1184/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1184/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1184/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Kərimova Mələk Nofəl qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 15:55-də “BMW 535I” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ya dəyişdirilməsini, iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılmasını və ya ona daha yüngül inzibati tənbeh tətbiq edilməsini, mümkün hesab edilərsə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası ləğv edilərək cərimə ilə əvəz edilməsini etmişdir. Şikayət onunla əsaslnadırılmışdır ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclası barədə bildiriş ona iclasdan sonra çatdırılmışdır və bu səbəbdən öz müdafiə hüququndan istifadə edə bilməmişdir. Bu hal Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müdafiə hüququnun pozulmasıdır. Hadisə zamanı nəqliyyat vasitəsini faktiki olaraq o idarə etməmiş, avtomabildə ayıq sürücü olmuşdur. Bundanə əlavə, hadisə yerin yerləşən obyektin müşahidə kameralarından hadisənin real gedişatı əks olunmuşdur və həmin görüntülər iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən bu hallar araşdırılmamış, onun izahatını alınmadan və sübutlar tam qitmətləndirilmədən ağır inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, təyin edilmiş cəza həddindən artıq ağır və işin faktiki hallarına uyğun deyil. Məhkəmə baxışının yeri və vaxtı barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, maşını sürüb qırağa çəkib, ayıq sürücü çağırmışdır. Bu vaxt polis əməkdaşları onu saxlamışdır, maşını duracağa aparmışlar. Növbəti gün maşını götürməyə gedəndə, ona bildirdilər ki, nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdıracaqlar. O isə bildirdi ki, mübahisə etməmiş, əməlini etiraf etmiş, bu səbəbdən daha yüngül cəza verilsin. Sonra işi məhkəməyə göndərdilər. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Törətdiyi əməldən peşmandır. Bundan başqa, uşaqlarını səhər baxçaya aparır. Odur ki, məhkəmədən verilmiş şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materialında olan ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 15:55-də “BMW 535I” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materialında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd apararaq spirtli içki pivə içdiyini və həkim müayinəsinə ehtıyacının olmamasını” bildirmişdir. Beləliklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. Protokola əlavə edilmiş ##.##.2026-cı il tarixli, ***** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” qəbzdən görünür ki, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Rəhimov Emin Məmmədrəhim oğlunda alkoqolun miqdarı 0,492 faiz olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün etirafedici izahatı ilə bərabər, iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Bu hal hazırda apellyasiya baxışında da mübahisələndirilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh növü ilə bağlı aşağıdakıları qeyd edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmənin mübahisələndirilən qərarından görünür ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran halın olmasını, yüngülləşdirən halların olmamasını müəyyən etmişdir. Lakin hazırda məhkəmə iclasında müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşiman olduğunu bildirmişdir və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə həmin mövqə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin dispozisiyasına əsasən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuş və inzibati xəta tərkibinin əlaməti kimi inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 33.3-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşiman olduğunu bildirməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbeh tədbiri, inzibati cərimə növündə tənbeh tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-cü maddəsini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi tətbiq olunmaqla cəza təyin olunmasına dair müddəalar qərardan xaric edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri, 400 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri ilə əvəz edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar