Məhkəmə qərarları › İş №3(3-6)-1186/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1186/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1186/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, “xxxx” MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından “xxxx” MMC-nin direktoru Murat Keçeli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən “xxxx” MMC 12000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12000.00 ABŞ dolları məbləğində vəsait hesabma alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC-in İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 12000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 2.400 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan “xxxx” MMC-nin direktoru Murat Keçeli apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam veriləsi barədə qərar qəbul edilməlidir. Belə ki, ##.##.2022 – cı il tarixdə “xxxx” MMC ilə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X3 X5 Ve Ticaret Limited Şirketi arasında malların alqısatqısına dair müqavilə bağlanmışdır. Sözügedən müqavilə əsasında “xxxx” MMC satıcıdan lazım olduqca mallar sifariş vermişdir. Bu səbəbdən də alıcı həmin malları Azərbaycana gətirmək üçün satıcının müvafiq Bank hesabına əvvəlcədən ödənişlər həyata keçirmişdir. Qeyd edilir ki, şirkəti tərəfindən satıcı X3 X5 Ve Ticaret Limited Şirketi arasında malların alqı-satqısına dair bağlanmış müqavilə dövlət gömrük orqanlarına təqdim edilmişdir. Eyni zamanda satıcı ilə aralarında bağlanılmış müqavilənin əsli də tərəflərindən Banka təqdim edilərək malların alışı məqsədilə ödənişlər edilmişdir. Qeyd edilir ki, şirkətləri satıcı X3 X5 Ve Ticaret Limited Şirketidən ##.##.2024 – ci il tarixdə 12000 (on min iki min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti mal almaq məqsədi ilə ödəniş tapşırığına əsasən “X1 Azərbaycan” QSC – də olan hesabından avans olaraq satıcının hesabına keçirmişdir. Sözügedən ödəniş üzrə mallar ##.##.2024 – ci il tarixdə gömrük orqanlarına daxil olmuş və bu barədə müvafiq gömrük bəyənnaməsi tərtib edilmişdir. Mallar gömrük orqanlarından çıxarıldıqdan bir müddət sonra bank tərəfindən şirkətə gömrük bəyənnməsinin təqdim olunması barədə bildiriş göndərilmiş və şirkətin baş mühasibi tərəfindən sözügedən bəyənnamə elektron formatda Banka təqdim edilmişdir. Bank tərəfindən gömrük bəyannaməsi ödənişin aparıldığı gündən 2 (iki) il müddətində keçməmiş aparılsa da hesab bağlanmamış və bu inzibati pozuntu kimi müəyyən edilmişdir. Belə ki, Mərkəzi Bank tərəfindən hazırkı inzibati xəta üzrə araşdırma aparılan zaman müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixində ************** nömrəli gömrük bəyannaməsi gömrük orqanlarına bəyan edilərkən bəyannamənin 20-ci qrafasında yalnışlığa yol verilərək malın çatdırılma şərtində 110 kodu seçilməsi əvəzinə 120 kodu qeyd edilmişdir. Tərəflərindən qeyd edilən gömrük bəyannaməsində olan yalnışlıq aşkar edildikdən dərhal sonra yəni, ##.##.2026 – cı il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bu yanlışlığın gömrük bəyannaməsində düzəliş edilməsi ilə bağlı rəsmi müraciət göndərilmişdir. Sözügedən idarə ##.##.2026 – cı il tarixli cavab məktubu ilə müraciətlərinin ##.##.2026 – cı il tarixli, 3-33-3100/1-008292/2026 qeydiyyat nömrəsi ilə qeydə alındığını bildirmişdir. Lakin müraciətlərinin 2 aya yaxın müddətdə baxılmaması səbəbindən tərəflərindən ##.##.2026 – cı il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təkrar müraciət göndərilmişdir. Təkrar müraciətdən sonra sözügedən idarə ************** nömrəli gömrük bəyannaməsində qeyd edilmiş yalnışlıq üzərində dəyişikliyi edərək təsdiq edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Komitədən verilən məlumata əsasən hazırda növbəlik üzrə zamanı çatdıqda bəyannamədə dəyişiklik təsdiq ediləcəkdir. Birinci instansiya məhkəməsinə tərəflərindən bu barədə elektron məhkəmə sistemi üzərindən məlumat verilməsinə, işin baxılmasını təxirə salınmaqla əlavə vaxtın verilməsinə dair müraciətinə və məhkəmədə inzibati işin baxılma müddətinin olmasına baxmayaraq hansısa səbəbdən məhkəmə aktını tələsik şəkildə qəbul etmək qərarına gəlmişdir. Hesab edirlər ki, Bank tərəfindən göndərilmiş məlumatlar Mərkəzi Bank tərəfindən kifayət qədər araşdırılmadığı üçün barələrində əsassız olaraq inzibati protokolun tərtib edilməsi ilə nəticələnmiş, eyni zamanda birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmədə iştirakımız təmin edilmədiyi üçün barələrində ədalətsiz və qanunsuz məhkəmə qərarının çıxarılmasına gətirib çıxarmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış elektron ərizədə vəkillərinin ##.##.2026-cı il tarixə saat 11:00 Abşeron rayon məhkəməsində öncədən təyin edilmiş məhkəmə iclası olduğundan onun hazırkı iş üzrə ##.##.2026-cı il tarixə saat 10:25 təyin edilmiş iclasda iştirakı mümkün deyildir, bu səbəbdən qeyd edilən xüsusatları nəzərə alaraq işin baxılmasının vaxtını 10 gün sonraya təxirə salınması barədə qərar qəbul edilməsi xahiş edilmiş, məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə hər iki tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, “xxxx” MMC-nin şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “xxxx” MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: İş materiallarında olan köçürmə sənədinin surətindən görünür ki, ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X2 Azərbaycan” QSC-də olan hesabdan 12000.00 ABŞ dolları məbləğində pul vəsaiti “GÖZCÜ PARK GEÇIŞ KONTROL SISTEMLERI SANAYI VE TICARET LIMITED ŞIRKETI”-nin müvafiq bankdakı olan hesabına köçürülmüşdür; “X2 Azərbaycan” QSC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, müəyyən edilir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti 12000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsin 139700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “X2 Azərbaycan” QSC-də olan hesabdan ##.##.2023cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməyini, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 12000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyini və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadığını nəzərə alaraq, həmin hüquqi şəxsi İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Apellyator apellyasiya şikayətində Mərkəzi Bank tərəfindən hazırkı inzibati xəta üzrə araşdırma aparılan zaman ##.##.2024-cü il tarixində ************** nömrəli gömrük bəyannaməsi gömrük orqanlarına bəyan edilərkən bəyannamənin 20-ci qrafasında yalnışlığa yol verilərək malın çatdırılma şərtində 110 kodu seçilməsi əvəzinə 120 kodunun qeyd edilməsi, tərəflərindən qeyd edilən gömrük bəyannaməsində olan yalnışlıq aşkar edildikdən dərhal sonra yəni, ##.##.2026 – cı il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bu yanlışlığın gömrük bəyannaməsində düzəliş edilməsi ilə bağlı rəsmi müraciət göndərildiyi, sözügedən idarənin ##.##.2026 – cı il tarixli cavab məktubu ilə müraciətlərinin ##.##.2026 – cı il tarixli, 3-33-3100/1-008292/2026 qeydiyyat nömrəsi ilə qeydə alındığını, lakin müraciətlərinin 2 aya yaxın müddətdə baxılmaması səbəbindən tərəflərindən ##.##.2026 – cı il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təkrar müraciət göndərildiyi, təkrar müraciətdən sonra sözügedən idarə ************** nömrəli gömrük bəyannaməsində qeyd edilmiş yalnışlıq üzərində dəyişikliyi edərək təsdiq edilməsi üçün Dövlət Gömrük Komitəsinə göndərildiyi və komitədən verilən məlumata əsasən hazırda növbəlik üzrə zamanı çatdıqda bəyannamədə dəyişiklik təsdiq ediləcəyi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin həmin sənədləri hazırki vaxta qədər qeyd edilən orqandan əldə edə bilməməsi onu törədilmiş inzibati xətanın məsuliyyətindən azad etmir. Yəni belə bir sənəd olsa idi hüquqi şəxs həmin sənədi hazırki vaxta qədər əldə edərdi. Bu da apellyatorun dəlilinin əsassız olduğuna dəlalət edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: “xxxx” MMC-nin direktoru Murat Keçeli tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “xxxx” MMC-nin İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı hüquqi şəxsin direktoru tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar