Məhkəmə qərarları › İş №3(3-6)-1188/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1188/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1188/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol eyni tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün ##.##.2026-cı il tarixli *-**- */*-****/**** nömrəli müşayiətedici məktub əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi aşkar edilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 şikayəti əsasında X4 Xidmətinin Bakı Şəhəri İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə *-**-*/*- ******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin, məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub işəgötürənin Əmək və Məşğulluq Altsistemində mövcud olan elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən sözgüdən sübuta düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi "Bakı Neft Qaz X3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən "Bakı Neft Qaz X3 MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- 97)- ***/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, 3(5-97)- ***/**** nömrəli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə ünvanlanmış *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubun xxxxundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin 7 iş günü ərzində X4 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Materiala əlavə olunmuş “Məktub” adlı sənədə əsasən “sənədin tarixi” qrafasında ##.##.2026, “icra tarixi” qrafasında ##.##.2026, “xxxx” qrafasında müəssisəyə sorğu məktubu, “hüquqi şəxsin adı” qrafasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli nömrəli olmasına dair isə hər hansı qeyd yoxdur. “E-social.gov.az” internet səhifəsindən çıxarışdan görünür ki, “ƏMAS” üzərindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin şəxsi kabinetində ##.##.2025- ci il və ya ##.##.2025-ci il tarixli sorğu məktubunun göndərilməsi müşahidə edilmir. Verilmiş şikayətə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə ünvanlanan məktuba əsasən müəssisənin müvafiq sorğulara qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilmədiyi və vətəndaşa aid sənədlərin idarəyə təqdim edilmədiyi bildirilərək göndərilən sorğu məktubunun surəti iş materiallarına əlavə olunsa da görünür ki, həmin məktub imzalanmamış, tarix və nömrəsi əl yazısı ilə yazılmaqla blanksızdır. Hesab etsək ki, həmin məktub inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olan *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli sorğu məktubudur, bu halda qeyd edilməlidir ki, məhz bu məktubun hüquqi şəxsə rəsmi qaydada çatdırılması iş materiallarına əsasən müəyyən olunmur. Məhkəmə qeyd edir ki, “avtomatlaşdırılmış elektron informasiya sistemi” vasitəsi ilə göndərilən məktubun çıxarışına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin şəxsi kabinetinə yüklənməsi iddia edilən sorğu məktubunda sənədin tarixi ##.##.2025, icra tarixi isə ##.##.2026-cı ildir. Yəni, bu sorğu məktubu inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sorğu məktubu ilə eynilik təşkil etmir. Məhkəmə qeyd edir ki, materiala əlavə olunmuş “Məktub” adlı sənədə əsasən “sənədin tarixi” qrafasında ##.##.2025, “icra tarixi” qrafasında ##.##.2026, “xxxx” qrafasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i, “hüquqi şəxsin adı” qrafasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun 3- **-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli olmasına dair isə hər hansı qeyd yoxdur. Həmçinin, səlahiyyətli orqan tərəfindən müvafiq məktubun hüquqi şəxsin ünvanına çatdırılması barədə mötəbər sübut hesab edilən “poçt göndərişlərinin izlənilməsinə dair” çıxarış məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolda *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli sorğu məktubunun hüquqi şəxsə çatdırılması qeyd olunsa da, məhkəmə həmin faktın sübuta yetirilmədiyi, əksinə bunun yalnız şübhədən ibarət olduğu qənaətinə gəlir ki, bütün şübhələr qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar