Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1189/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə346 y y ə n etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2026-cı il tarixdə saat 18:52-də Rəşid Behbudov küçəsi ilə hərəkər edərkən Türk Səfirliyinə yaxınlaşanda Yol Polisi əməkdaşının göstərişi ilə avtobus zolağına daxil olmuşdur. Səhərisi gün Asan.Paydan ona EQ ******** nömrəli protokolun yazıldığı barədə məlumat gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli EQ ******** nömrəli elektron qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanıması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. İdarəyə hər hansı rəsmi bildiriş daxil olmamışdır. Belə olan halda işə baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məlumatın çatıb-çatmamasını aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. İnzibati xəta haqqında işin materiallarında işin baxılma və vaxtı və yeri barədə səlahiyyətli orqana məktubun çatdırılması barədə hər hansı sübut mövcud deyildir. İkincisi, sürücü barəsində tərtib olunmuş elektron qərarda öz əksini tapmış 3 foto şəkillərdən də tam aydın olur ki, sürücü yol nişanının tələbini pozaraq qayda pozuntusu törətmişdir. Üçüncüsü, iş üzrə icraata xitam verillməsi üçün əsas səbəb ondan ibarət olmuşdur ki, YPX əməkdaşı tərəfindən yol hərəkəti nizamlanmış və avtobus zolağına daxil olaraq hərəkət etmələri bildirlmişdir. Bu fikir yanlışdır və qeyd olunan hal öz təsdiqini tapmamış, yəni YPX əməkdaşı həmin vaxt digər sürücülərin avtobus zolağına daxil olması ilə bağlı heç bir göstəriş verməmişdir. Videogörüntülərdə bu hal öz təsdiqini tapır. Apelyasiya icraatında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından apellyasiya qaydasında verilən şikayətə baxarkən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə saat 18:52-də R.Behbudov küçəsində idarə etdiyi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı **-QE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “Qərardan şikayət verən orqan (şəxs) qeyd edir ki, ## ###### 2026-cı il tarixdə saat 18:52-də Rəşid Behbudov küçəsi ilə hərəkər edərkən Türk Səfirliyinə yaxınlaşanda Yol Polisi əməkdaşının göstərişi ilə avtobus zolağına daxil olmuşdur. Səhərsi gün asan.paydan ona EQ ******** nömrəli protokolun yazıldığı barədə məlumat gəlmişdir. Belə olduğu halda, hadisə zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə əsaslı şübhələr olduğundan məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna dair şübhələr onun xeyrinə həll edilməli və təqsiri sübuta yetirilmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ###### 2026cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir”. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bu hissədə qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə “R.Behbudov küçəsində idarə etdiyi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı **-QE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi işin mübahisəsiz halıdır. Məsələ ondan ibarətdir ki, Qərardan şikayət verən orqan (şəxs) həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında nəqliyyat vasitəsini digər zolaqda hərəkət etdiyini etiraf etmiş və bunu polisin göstərişi ilə məcburi şəkildə etməsi ilə izah etmişdir. Qərardan şikayət verən orqan (şəxs) qeyd etdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, o, belə məzmunda izahat verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Həmçinin apellyasiya baxışı zamanı hadisənin baş vermə mexanizmini əks etdirən videogörüntüyə baxış keçirilmiş və inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar bir daha təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi, sadalanan maddələr üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla bağlı şəxsin iştirakı olmadan elektron formada inzibati tənbeh vermə haqqında qərar çıxarılır və dərhal şəxsin mobil nömrəsinə sms göndərilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olduğu halda, apellyasiya icraatında Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmış, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olduğundan hazırki icraatda dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1189/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1189/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver