Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1190/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Tələbkar – Zərərçəkmiş şəxs oğlu və onun nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəliinzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında şikayət verərək, şikayətin təmin edilməsini, icra məmuru tərəfindən verilmiş protokolun ləğv edilməsini, həmçinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən dəfələrlə pozuntulara yol verilərək icra vərəqəsinin icra olunmasına maneə törədilmiş, nəticədə tələbkarın uşağı ilə görüşü baş tutmamışdır. Belə ki, tələbkar ayda 4 dəfə olmaqla 2025-ci ilin dekabr ayından 2026cı ilin aprel ayına kimi 16 dəfə uşağın atası ilə görüşməsi üçün icra məmurunun təyin etdiyi görüş yeri kimi icra şöbəsinə gətirilməsini təmin etməli olduğu halda cəmi 4 dəfə uşağı görüş üçün gətirmişdir. Məhkəmə aktına borclu tərəfindən laqeyd və saymazyana münasibət göstərilməsi tələbkarın haqlı narazılığına səbəb olmuşdur”. Hesab edir ki, icra məmuru müvafiq təqdimatında işin faktiki hallarını qərəzli şəkildə təhrif edilmiş şəkildə təqdim edib. Belə ki, o, oğlu Naili bir neçə dəfə icra şöbəsinə çox çətinliklə gətirsə də, o nəinki atası, icra məmuru ilə görüşməkdən imtina edib. Bununla bağlı aktlar tərtib edilib, və icra məmuru özü bildirib ki, uşaq atası ilə görüşmək istəmədikdə, biz buna məcbur edə bilmərik. O, eyni zamanda icra məmurundan tələb etmişdir ki, tələbkar uşağın görüş yerini yaşadığı evə təyin etsin ki, bəlkə uşaq orada atası ilə görüşər. Çünki, uşağı hər dəfə aldadaraq evdən çıxarmalı olur, o isə atasını və icra məmurunu gördükdə ağlayaraq qaçır və özünü döyür. Lakin, icra məmuru bunu etməyib. Nail Gözəlov hazırda autizm spektr pozuntusu, oliqofreniya (əqli gerilik), hiperaktivlik və davranış çətinlikləri ilə əlaqədar müalicə alır və öz hərəkətlərini idarə etməkdə çətinlik çəkir. Bu hallar müvafiq tibbi sənədlərlə təsdiq olunmuş və şikayətə əlavə edilmişdir. Uşağın psixoloji vəziyyətinə görə anası ona atası ilə görüşə aparıldığını izah etməkdə çətinlik çəkir; uşaq evdən çıxmaq istəmir, qapanır və kəskin reaksiya verir. Belə hallara baxmayaraq, icra məmuru Rövşən Əliyev tərəfindən məhkəməyə təqdim edilən materiallarda görüş günlərində çəkilmiş video görüntülər nəzərə alınmamışdır. Halbuki həmin görüntülər uşağın real psixoloji vəziyyətini və görüşlərə qarşı ciddi müqavimətini açıq şəkildə göstərir. İcra məmuruna video sübutların niyə əlavə edilmədiyi ilə bağlı sual verildikdə, o, buna ehtiyac olmadığını və hakimin video materiallara baxmadığını bildirmişdir. 12 fevral tarixində icra şöbəsində psixoloq müşayiəti ilə görüş təşkil olunmalı idi. Uşağın həmin görüşə aparılmasına baxmayaraq, psixoloqun iştirak etməməsi səbəbindən görüş baş tutmamışdır. ##.##.2026 tarixində keçirilən növbəti görüş zamanı isə uşaq icra şöbəsinə aparılarkən yolu tanıdığı üçün ciddi psixoloji reaksiya göstərmiş, ağlamış, getmək istəmədiyini bildirmiş və faktiki olaraq kriz vəziyyətinə düşmüşdür. Bu səbəbdən o, icra məmuruna zəng edərək uşağı gətirə bilmədiyini bildirmiş, video görüntüləri təqdim etmiş və görüşün ev şəraitində təşkil olunmasını xahiş etmişdir. Lakin qarşı tərəfin etiraz etdiyi qeyd olunmuşdur. Bundan əlavə, tələbkarın məqsədinin uşaqla ünsiyyət qurmaqdan çox, ona qarşı maddi və mənəvi təzyiq göstərmək olduğu iddia olunur. Belə ki, ##.##.2025 tarixində icra şöbəsinə çağırış olmasına baxmayaraq, tələbkar görüşə gəlməmiş və bu barədə əvvəlcədən məlumat verməmiş, buna baxmayaraq anaya qarşı protokol tərtib edilməsini tələb etmişdir. ##.##.2025 tarixində isə icra şöbəsinə yaxınlaşmasına baxmayaraq, uşaqla görüşməkdən imtina etmiş və bu hal rəsmi qaydada aktlaşdırılmışdır. Qeyd olunur ki, tələbkar uşağın onunla ünsiyyət qurmaq istəmədiyini bildiyi halda görüşlərin məhz icra şöbəsində keçirilməsində israr edir və evdə və ya alternativ mühitdə təşkil olunmasına etiraz edir. Həmçinin, uşağın xüsusi vəziyyətinə görə o, işləyə bilmir və onun təlim-tərbiyəsi ilə məşğul olur; maddi dəstək əsasən ailə üzvləri tərəfindən təmin edilir. Buna baxmayaraq, tələbkar tərəfindən məhkəmədən ona qarşı yüksək məbləğdə cərimə tətbiq edilməsi xahiş olunur. Eyni zamanda qeyd edilir ki, tələbkar yalnız digər övlad — 9 yaşlı Fəxrəddinlə görüş məsələsi ilə bağlı məhkəmə qərarı çıxarıldıqdan sonra Nail ilə bağlı görüş tələbi ilə çıxış etmişdir. Suraxanı icra şöbəsində dəfələrlə Nail ilə görüşlər keçirilsə də, Nəsimi icra şöbəsində digər uşağın görüşləri faktiki olaraq təmin olunmamışdır. O, yalnız bir dəfə həmin icra şöbəsində övladını görə bilmiş, o zaman da ünsiyyət psixoloq vasitəsilə həyata keçirilmişdir. Ümumilikdə, təqdim olunan hallar göstərir ki, mövcud vəziyyət uşağın sağlamlıq durumu və psixoloji vəziyyəti ilə birbaşa bağlıdır və görüşlərin təşkili zamanı bu amillər nəzərə alınmalıdır. Məhkəmə iclasında tələbkar və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşağın atası ilə görüşməsinə şərait yaratmadığını, borclunun həqiqətə uyğun olmayan fikirlər söylədiyini, həmçinin uşaq körpə olan zaman ana tərəfindən başına qaynar su tökülərək yandırıldığını qeyd edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul etməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, uşağın atası ilə görüşməsinə etiraz etmir, lakin uşaq autizm spektr pozuntusu xəstəsi olduğundan atası ilə görüşmək istəmir, uşaq evdən çıxmaq istəmir, qapanır və kəskin reaksiya verir. Uşağın körpə olan zaman tərəfindən guya başına qaynar su tökülərək yandırılması ilə bağlı qeyd edir ki, həmin hadisə baş vermişdir, lakin hadisə qarşı tərəfin səsləndirmiş olduğu şəkildə deyil, tamam ayrı şəkildə olmuşdur. Belə ki, uşağı qaynanası ilə birlikdə çimizdirən zaman suyu tənzimləyə bilmədiyi üçün ehtiyatsızlıqdan qaynar su uşağın başına tökülmüş, bundan sonra evə həkim çağırılaraq uşaq müayinə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, **(***)-***/**** nömrəli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Zərərçəkmiş şəxs ilə övladı ##.##.2018-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 12:00-dan, saat 18:00dək görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 16(006)- ***/**** nömrəli aktına dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində ## ###### 2025-ci il tarixdə icraata başlanılmış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli aktına dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra olunması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, tələbkar Zərərçəkmiş şəxs, onun atası X2 və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli icra sənədinin icrası ilə bağlı Suraxanı rayon İcra Şöbəsinə gəlmişlər, lakin borclu uşağı özü ilə gətirməmişdir. İş materiallarında olan aktlardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4 dəfə icra şöbəsinə uşağı gətirmiş, 1 dəfə uşaq atası ilə görüşmək istəməmiş və 1 dəfə isə anası uşağın icra şöbəsinə gəlmək istəmədiyini bildirmişdir. Qalan həftələr ərzində ümumiyyətlə görüş olmamışdır. İş materiallarında olan ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Zərərçəkmiş şəxs ilə övladı ##.##.2018-ci il təvəllüdlü X1 hər həftənin şənbə günü saat 12:00-dan, saat 18:00dək görüş vaxtı müəyyən edilmişdir Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırki iş üzrə barəsində protokol tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən dəfələrlə pozuntulara yol verilərək icra vərəqəsinin icra olunmasına maneə törədilmiş, nəticədə tələbkarın uşağı ilə görüşü baş tutmamışdır. Belə ki, tələbkar ayda 4 dəfə olmaqla 2025-ci ilin dekabr ayından 2026-cı ilin aprel ayına kimi 16 dəfə uşağın atası ilə görüşməsi üçün icra məmurunun təyin etdiyi görüş yeri kimi icra şöbəsinə gətirilməsini təmin etməli olduğu halda cəmi 4 dəfə uşağı görüş üçün gətirmişdir. Məhkəmə aktına borclu tərəfindən laqeyd və saymazyana münasibət göstərilməsi tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya məhkəməsi icraatı zamanı borclu tərəfindən məhkəməyə təqdim edilmiş icra məmuruna ünvanlanmış ərizədən, həmçinin tələbkar Pərviz Gözəlovla aparılmış yazışmalardan aydın olur ki, borclunun uşağın atası ilə görüşməsinə heç bir etirazı yoxdur. Lakin qərarda görüş yeri göstərilmədiyi üçün uşağın atası tərəfindən qeyd edilən saatda yaşadıqları evdən götürülməsi və qeyd edilən saata qədər atanın yanında olmasına heç bir etirazı yoxdur. Bundan başqa tələbkar tərəfindən təqdim edilmiş foto şəkillərə baxış keçirilən zaman ananın uşağı atası ilə görüşməsi üçün icra şöbəsinə gətirdiyi, lakin uşağın ananın arxasında gizlənərək atası ilə görüşmək istəmədiyi müəyyən edilir. Həmçinin atası və babasının uşağın tam sağlam olması barədə dediklərinin əksinə olaraq anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birlikdə məhkəmə iclas zalında əyləşən ##.##.2018-ci il təvəllüdlü X1 davranışlarından onun autizm spektr pozuntusu, oliqofreniya (əqli gerilik), hiperaktivlik və davranış çətinlikləri olduğu açıq-aşkar müəyyən edilir. Qeyd edilənlərin əsasında və apellyasiya icraatı zamanı təqdim edilmiş fotoşəkillərdən, “Whatsapp” yazışmalarından və uşağın davranış şəkilindən aydın olur ki, ana tərəfindən uşağın ata ilə görüşməsinə heç bir maneə yaradılmamış, əskinə uşaq özü atası ilə görüşmək istəməmiş və görüşməkdən çəkinmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici deyil, hazırki halda şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sübutla təsdiq olunmur, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalara dair qanunvericiliyin sübutetməyə dair prinsip və müddəalarını heçə endirmiş olar və ədalətsiz hüquqi nəticələrə gətirib çıxarar, şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas olmadan, işin hallarına düzgün hüquqi qiymət verməməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətində göstərdiyi dəlillər məhkəmədə onun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Yuxarıda sadalanan halların fonunda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbin könüllü olaraq icra edilməməsinə əsaslar yoxdur ki, bunu da məhkəmə iclası zamanı təqdim edilmiş ödəniş qəbzləri sübut edir. Məhkəmə həmin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirsizliyinə dəlalət edən hallar kimi qiymətləndirir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 528.1-ci maddəsi ilə inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi sübuta yetirilmədiyindən verilmiş şikayətə münasibətdə xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1190/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1190/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver