Məhkəmə qərarları › İş №3(3-6)-1191/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1191/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1191/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş Məmmədov İlham Rəsul oğlunun, Barəsində inzibati xəta haqqında icaat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından zərərçəkmiş şəxs Məmmədov İlham Rəsul oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:

1. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ****/**** saylı, ##.##.2023-cü il tarixli icra işi üzrə borclu 20350 manatı ödəməmiş, nəticədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, ## #### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə (hakim Z.A.Ramazanov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. Həmin qərardan zərərçəkmiş Məmmədov İlham Rəsul oğlu şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarını ləğv edilib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II.Şikayətin dəlilləri və etirazlar:

4. Zərərçəkmiş Məmmədov İlham Rəsul oğlu tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə 20350 manat məbləğində borcun ödənilməsi öhdəliyi qoyulmuşdur. İcraata başlamaq haqqında ##.##.2024- cü il tarixli qərardan görünür ki. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7101\**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı səhəri Xətai Rayon İcra Şöbəsinin ##.##.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki. borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icra olunması üçün könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. X3 iddia edir ki, guya həmin qərarı ##.##.2025-ci il tarixdə qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bütün bunlardan göründüyü kimi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən icra məmurunun çağırışlarına gəlməmiş, icra hərəkətlərindən yayınmış, borcu cuzi hissəsini ödəməklə öhdəliyin icrasını faktiki olaraq təmin etməmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs_Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2( ***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin ##.##.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən xəbəri olmuş, o zamanki məhkəmə proseslərində iştirak etmiş, lakin bilərəkdən icradan yayınmışdır. Xətai Rayon Məhkəməsinin İs №*(*-***-****/**** saylı ##.##.2026 -cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinin. 8.2-ci maddəsinin. 53.0.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki. İXM 8.1-ci maddəyə əsasən məhkəmə təqsirin olmadığını əsaslandırmamışdır, borc uzun müddət birclu tərəfindən ödənilməmişdir, icra məmurunun çağırışlarına əməl olunmamışdır. İXM 8.2-ci maddəyə əsasən məhkəmə tərəfindən təqsirsizlik prezumpsivası isdə olan sübutlar qiymətləndirilmədən tətbiq edilmişdir, isdə olan sübutlar şəxsin təqsirli olduğunu göstərir. İXM 53.0.2-ci maddəyə əsasən icra sənədi olduğu halda və borclunun bu barədə məlumatlı olduğu və uzun müddət icra etmədiyi halda məhkəmə səhvə yol verərək İXM 53.0.2-ci maddəyə istinad edərək icraata xitam vermişdir. Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026 -cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki. İXM 53-cü maddədə göstərilən hallar isdə faktiki olaraq mövcud olmadığı halda məhkəmə İXM 114.2.1-ci maddəyə istinad edərək inzibati xəta haqqında i$ üzrə icraata xitam vermişdir. Beləliklə. Xətai Rayon Məhkəməsinin qərarı ilə həm maddi həm prosessual hüquq normaları kobud səkildə pozulmuşdur, bu isə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Göründüyü kimi Xətai Rayon Məhkəməsi iş üzrə borclunun öhdəliyini icra etməməsini müəyyənləşdirsə də yekunda inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur hesab edərək tamamilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, borclunun şüurlu səkildə öhdəliyini icra etməməsi, borc məbləğindən çox az miqdarda ödəniş etməsi və guva icra bildirişinindən gec xəbər tutması inzibati xəta tərkibinin yaranması üçün zəruri olan obyektiv cəhətin şəxsin əməlində olmamasını göstərmir.

5. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

III. Proses iştirakçılarının izahatları:

6. Apelyasiya icraatında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, borc üzrə depozit hesabına 1800 manat ödəniş etmişdir. Bu barədə qəbzlər var, elektron məhkəmə sisteminə əlavə etmişdir. Hazırda işləyə bilmədiyi üçün ödəniş edə bilmir, aylıq 500 manat ödəyə bilər. Məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

7. Apelyasiya icraatında iştirak edən zərərçəkmiş Məmmədov İlham Rəsul oğlu bildirmişdir ki, apelyasiya şikayətini müdafiə edir, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona 21450 manat borcu var, heç bir ödəniş edilməyib, icra şöbəsinə bir dəfə 400 manat, iki dəfə 200 manat olmaqla ümumilikdə 800 manat ödəniş edilib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra şöbəsinə hər ay 400 manat ödənilməsi üçün müraciət vermişdir. O, bununla razı olmamışdır. Pulunun bütöv şəkildə ödənilməsini tələb etmişdir və məhkəmədən şikayətin təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

IV.İşin faktiki halları və hüquqi məsələlər:

8. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edirəm ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

9. İş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra işi üzrə borclu 20350 manatı ödəməmiş, nəticədə icra məmurunun qanuni tələbinə əməl etməməsinə istinad edilmişdir.

10. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən ** nömrəli evin * nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21150 (iyirmi bir min yüz əlli) manat, mütəxəssis rəyinə görə ödənilmiş 300 (üç yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Məmmədov İlham Rəsul oğluna ödənilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN 1700326621, X7, KOD 210005 VÖEN Müxbir hesab AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE00000000000002088501 hesabına ödənilməsi qərara alınmışdır.

11. İş materiallarına əlavə edilmiş Icraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

12. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim etdiyi sənəddən görünür ki, həmin qərarı ##.##.2025-ci il tarixdə qəbul etmişdir.

13. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icra olunması üçün könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir.

15. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkara ##.##.2026-cı il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2026-cı il tarixdə 200 manat, ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026-cı il tarixdə 500 manat ödəniş etmişdir.

16. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən müəyyən etmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata ##.##.2024-cü il tarixdə başlanılmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini ##.##.2025-ci il tarixdə qəbul etmişdir. Bundan sonra müvafiq olaraq tələbkara ödənişlər etmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

18. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir.

19. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.

21. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

22. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 23.. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

24. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında.

25. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər.

26. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı müəyyən edilməmiş, borclu öz borcunu etiraf edir və borcun 1800 manat hissəsini ödəmişdir. Belə olan halda hesab edirəm ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

27. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ümumi borcdan 1.800 manat vəsaitin ödənilməsi və hazırki vəziyyətdə onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin müəyyən edilməməsi, boclunu üzərinə düşən öhdəliklərin icrasından azad etmir, növbəti mərəhələdə məhkəmə və digər səlahiyyətli orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi faktının aşkar edilməsi adekvat tədbirlərin tətbiqini qaçılmaz edəcəkdir.

28. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir.

29. Qeyd olunanlara görə hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola biləcək hər hansı hal hazırda müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 134-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Hakim Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar