Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 3(3-6)-1192/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin hakimi Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi, Mәhkәmә iclas katibi Boroyev Əli Əhmәd oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi – Şәrur rayon Vәkil Bürosunun vәkili X1 iştirakları ilә, ## ###### 1995-ci il tarixdә Bakı şәhәrindә doğulmuş, subay, orta tәhsilli, fәrdi әmәklә mәşğul olan, ünvan 1 3 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin (bundan sonra – İXM) 388-1.1.1, 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk inzibati qaydada tәnbeh edilmәsinә dair Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsin müdafiәçisi tәrәfindәn verilmiş şikayәtә açıq mәhkәmә iclasında baxaraq, müəyyən etdi : Azәrbaycan Respublikasının Daxili İşlәr Nazirliyi Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsindәn Əmiraslanov Sәrxan Abuzәr oğlunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1, 535.1 vә 388-1.1.1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtaları törәtmәsi ilә bağlı material ## ##### 2026-cı il tarixdә baxılması üçün Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinә göndәrilmişdir. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrәli qәrarı ilә (hakim Gültəkin Əsədova) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 388-1.1.1, 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk, ona 01 (bir) ay müddәtinә inzibati hәbs tәnbehi tәtbiq edilmiş, hәbs etmәnin әvvәli ##.##.2026-cı il tarixdәn hesablanmışdır. Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsin müdafiәçisi X1 şikayәt verәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, şәxsin barәsindә göstәrilәn maddәlәr üzrә verilmiş cәzanın sәbәbi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026cı il tarixdә Bakı şәhәri Nәrimanov rayonu, Tәbriz küçәsi yaxınlığında parkda olarkәn söyüş söymәsi vә ictimai asayişi pozması, ona yaxınlaşan polis әmәkdaşlarının qanuni tәlәbinә riayәt etmәmәsi, bir neçә dәfә qaçmağa cәhd göstәrmәsi, aqressiv davranışlar etmәsi vә onun sosial şәbәkә hesablarında çoxsaylı paylaşımlarda ictimai mәnәviyyatı tәhqir edәn, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn şәrhlәr yazdığı әsas gәtirilәrәk onun әmәllәri yuxarıda göstәrilәn maddәlәrlә tövsif olunmuşdur. Baş vermiş inzibati xәta halı düzgün araşdırılmamış, onun barәsindә İXM-in 3 maddәsi ilә inzibati protokol tәrtib edilmiş, müdafiә hüququ pozulmuş, onun saxlanması barәdә ailәsinә belә mәlumat verilmәmişdir. Şәxsin barәsindә tәtbiq olunmuş İXM-in maddәlәrinә görә xırda xuliqanlıq yәni ictimai qaydanı pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, fiziki şәxslәr üzәrindә zor tәtbiq edilmәsi ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt olunan heç bir hәrәkәtә yol verilmәmiş, ona yaxınlaşan şәxsin polis olması vә ona tabe olmaması vә bunu isә qәsdәn etmәsi halı olmamış, telefonunda isә sosial şәbәkәlәrdә ictimai mәnәviyyatı tәhqir edәn, cәmiyyәtә açıqca hörmәtsizlik edәn hәr hansı hәrәkәt etmәmişdir. Əksinә o, yuxarıda göstәrilәn inzibati xәtalara yol vermәdiyi halda hәmin maddәlәri törәtdiyi ilә bağlı tәqsirli bilinәrәk cәzalandırılmışdır. Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi X1 şikayәtin mәzmununa uyğun çıxış edәrәk, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişlәr. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә xәbәrdar olunmuş sәlahiyyәtli orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә sәbәblәri barәdә mәlumat vermәmişdir. Apellyasiya instansiyası mәhkәmәsi proses iştirakçısının razılığı ilә şikayәtә inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Mәhkәmә, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinlәyib hesab edir ki, verilmiş şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiyası mәhkәmәsi belә qәnaәtә gәlәrkәn, verilmiş şikayәtlә bağlı inzibati xәta haqqında iş üzrә aparılmış icraatın xüsusiyyәtlәrini, qәbul edilmiş mәhkәmә qәrarının qanuniliyini vә әsaslılığını, iş üzrә toplanmış vә әlavә tәqdim edilmiş materiallar әsasında yoxlamağı vә qanunvericiliyin tәlәblәrini rәhbәr tutmağı vacib hesab edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn, qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәta haqqında işlәrә hakim vә ya sәlahiyyәti orqan (vәzifәli şәxs) tәrәfindәn baxılarkәn, xәtanın müәyyәn edilmәsi mәqsәdilә işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını hәyata keçirmәk üçün qanunvericiliyin tәlәblәri baxımından irәli gәlәn bütün zәruri tәdbirlәrin görülmәsi tәlәb olunur. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin inzibati xәta haqqında iş üzrә toplanmış icraat materiallarına әsasәn gәldiyi nәticәni maddi vә prossesual hüquq normalarının tәlәblәri baxımından әsaslı hesab edir. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikasının Daxili İşlәr Nazirliyi Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsinin rәhbәrliyinә ünvanlanan ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdә saat 12:00-da Nәrimanov rayonu, Tәbriz küçәsindә yerlәşәn parkın yaxınlığında әmәliyyat tәdbirindә olarkәn bir nәfәr tanımadıqları şәxsin ucadan ünvansız nalayiq söyüşlәr söymәsi diqqәti cәlb etmişdir. Onlar hәmin şәxsә yaxınlaşıb özlәrini tәqdim edәrәk polis әmәkdaşları olduqlarını bildirmiş, onu intizama dәvәt edib ictimai qaydanı pozmaması barәdә xәbәrdarlıq etmiş, lakin iradlara mәhәl qoymamış, polis әmәkdaşı olduqlarını bildikdәn sonra hәrәkәtlәrini daha da aqressivlәşmiş, onu sakitlәşdirmәyә yönәlmiş cәhdlәrә qarşı nalayiq ifadәlәr işlәtmәklә, әl-qol hәrәkәtlәri ilә cavab vermişdir. Vәtәndaşı bu sәbәbdәn BMCMİ-yә gәtirmәk istәyәrkәn polis әmәkdaşlarının qanuni tәlәblәrinә әmәl etmәyәrәk bir neçә dәfә qaçmağa cәhd göstәrdi. Polis әmәkdaşları onu saxlayaraq Baş İdarәyә gәtirmişdir. Baş idarәdә mәlum olmuşdur ki, hәmin şәxs ##.##.1995-ci ildә ünvan 2 3 ünvanında qeydiyyatda olan Əmiraslanov Sәrxan Abuzәr oğludur. Baş İdarәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özünün iştirakı vә razılığı ilә mobil telefonuna baxış zamanı sonuncuya mәxsus “İnstagram” sosial şәbәkәsindәkı “senan011195” adlı sәhifәdәn hәmin sosial şәbәbәkәdә edilmiş çoxsaylı paylaşımlara ictimai mәnәviyyatı tәhqir edәn, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn şәrhlәr yazmaqla informasiya-telekommunikasiya şәbәkәsindә yayılması qadağan edilәn informasiyanı yerlәşdirdiyi müәyyәn edilmişdir. İş materiallarında olan “İnzibati xәta törәtmiş şәxsi tutmaq haqqında” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Əmiraslanov Sәrxan Abuzәr oğlu ##.##.2026-cı il tarixindә saat 12:30-da polis әmәkdaşları tәrәfindәn saxlanılmışdır. İş materiallarında olan “Mobil telefona baxış keçirilmәsinә dair” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Əmiraslanov Sәrxan Abuzәr oğlunun özünә mәxsus “İnstagram” sosial şәbәkәsindә: “senan011195" adlı idarә etdiyi sәhifә vasitәsilә hәmin sosial şәbәbәkәdә edilmiş çoxsaylı paylaşımlara ictimai mәnәviyyatı tәhqir edәn, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn şәrhlәr yazmaqla informasiya-telekommunikasiya şәbәkәsindә yayılması qadağan edilәn informasiyanı yerlәşdirdiyi müәyyәn edilmişdir. Baxış zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs paylaşım etdiyi rәylәr fotogörüntü halında çıxarış edilәrәk protokola әlavә edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsindә etdiyi çıxışda vә müdafiәçi tәrәfindәn verilmiş apellyasiya şikayәtindә Sәrxan Əmiralanov tәrәfindәn inzibati xәtaların törәdilmәsi mübahәsәlәndirilmәklә tamamilә tәkzib edilsә dә, iş materiallarında olan onun izahatından görünür ki, Emin Mәmmәdov tәrәfindәn bu inzibati xәtaların törәdilmәsi etiraf edilmiş vә işin hallarına uyğun olaraq izah verilmişdir. Birinci instansiya mәhkәmәsindә etdiyi çıxışında da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn bu inzibati xәtaların törәdilmәsi tәkzib edilmәmişdir. Belәliklә, mәhkәmә iş üzrә toplanmış sübutları qiymәtlәndirәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә olan inzibati xәta haqqında işә baxarkәn tәqdim olunmuş material әsasında inzibati xәta haqqında qanunvericiliyin tәlәblәrinә uyğun, düzgün araşdırma aparmış vә әsaslı olaraq onu Azәrbaycan Respublikası Azәrbaycan Respublikası 388-1.1.1, 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 388-1.1.1-ci maddәsinә әsasәn informasiya ehtiyatında vә ya informasiya-telekommunikasiya şәbәkәsindә “İnformasiya, informasiyalaşdırma vә informasiyanın mühafizәsi haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә yayılması qadağan edilәn informasiyanın yerlәşdirilmәsinә yol verilmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk, vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir, yaxud işin hallarına görә, xәtanı törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq edilir, hüquqi şәxslәr min beş yüz manatdan iki min manatadәk mәblәğdә cәrimә edilir. Hәmin Mәcәllәnin 510.1-ci maddәsinә әsasәn xırda xuliqanlıq, yәni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrә görә әlli manatdan yüz manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Hәmin Mәcәllәnin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamağa görә fiziki şәxslәr iki yüz manat mәblәğindә cәrimә edilir vә ya işin halları vә pozuntu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt hesab edilmәdikdә bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Qeyd edilәn maddәlәrin sanksiyasından da göründüyü kimi, hәmin maddәlәrdә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsinә görә hәm cәrimә, hәm dә inzibati hәbs növündә tәnbeh tәdbirlәri nәzәrdә tutulmuş, inzibati hәbs növündә tәnbehin tәtbiq edilmәsi әsası kimi cәrimә növündә tәnbeh tәdbirinin tәtbiqinin inzibati tәnbehin mәqsәdlәrini tәmin etmәk baxımından kifayәt sayılmaması vә xәtanı törәdәnin şәxsiyyәtinin nәzәrә alınmalı olması müәyyәn edilmişdir. Birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh növünü vә hәddini seçәrkәn törәdilmiş inzibati xәtanın xarakterini, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn halları, onun tәqsirinin dәrәcәsini, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә almış, onu qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, hәm onun özü, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq kimi hәmin Mәcәllәnin 21-ci maddәsindә göstәrilәn inzibati tәnbehin mәqsәdlәrinә nail olmağa xidmәt edәn tәnbeh tәtbiq etmişdir. Birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edәrkәn, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 vә 33-cü maddәlәrinin tәlәblәrini nәzәrә almışdır. Şikayәtin, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 43-cü maddәsinin tәlәblәri ilә bağlı dәlillәri, qanunvericilik vә inzibati xәta haqqında iş üzrә icraat materialları ilә müqayisәdә әsassızdır. Şikayәtin dәlillәrinә münasibәtdә, inzibati xәta haqqında iş üzrә toplanmış icraat materiallarını tәdqiq edәn apellyasiya instansiyası mәhkәmәsi, birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi yekun nәticәni işin faktiki hallarına uyğun hesab edir. Belә ki, inzibati xәta haqqında iş üzrә icraat materiallarını müqayisәli şәkildә tәhlil edәn birinci instansiya mәhkәmәsi maddi vә prosessual hüquq normalarının tәlәblәrinә әsaslanaraq qanuni qәrar qәbul etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә, sadalanan qanunun tәlәblәri vә işin hәqiqi halları baxımından mәhkәmә belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı qanuni vә әsaslı, tәyin etdiyi inzibati tәnbeh әdalәtlidir. Bu sәbәbdәn şikayәtdә göstәrilәnlәr qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi, elәcә dә iş üzrә icraata xitam verilmәsi üçün әsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayәt tәmin edilmәmәlidir. Şәrh olunanlara әsaslanaraq vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә qərara aldı : Barәsindә inzibati xәta haqqında icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi X1 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 388-1.1.1, 510.1 vә 535.1ci maddәlәri ilә tәqsirli bilinәrәk inzibati qaydada tәnbeh edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәtidir, ondan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-6)-1192/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1192/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver