Məhkəmə qərarları › İş №3(3-6)-1193/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1193/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1193/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ####### 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədlərinin icrası ilə bağlı icra vərəqələrində göstərilən tələbləri üzrlü səbəblər olmadan icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırkı vaxtadək onun 6932 manat borcu yaranmışdır. Beləliklə də, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqələri üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edib baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.Axundov) ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbs müddətinin əvvəli ## ##### 2026-cı il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbs müddətinin əvvəli ## ##### 2026-cı il tarixdən hesablanmışdır. Qərarla tanış olduqdan sonra ondan narazı qaldığımız üçün apellyasiya şikayəti vermək qərarına gəlmişik. Belə hesab edirik ki, çıxarılan qərar onun konstitusion hüquqlarını pozmaqla, əsassız yerə azadlığını məhdudlaşdırmışdır. Belə ki, məhkəmə müəyyən etmişdir ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş aylıq aliment ödənişlərini üzrsüz səbəbdən icra etməmişəm və nəticədə onun 6.932 manat borcum yaranmışdır. Məhz bu əsasla məhkəmə onu, İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmişdir. İXM-nin 528.1-ci maddəsi məhz icra sənədinin "üzrsüz səbəbdən" icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Onun vəziyyətində öhdəliyin icra edilməməsi qərəzli xarakter daşımır. Məhkəmə iclasında da bildirdiyi kimi, hazırda heç bir daimi iş yeri və maddi imkanı yoxdur. Maddi imkansızlıq və işsizlik obyektiv çətinliklər olduğundan, bu hal İXM-nin 19-cu maddəsinin tlblərinə uyğun olaraq təqsiri istisna edən və ya məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilməli olduğu halda məhkəmə bunu etməmişdir. Bundan əlavə, onu da vurğulamaq istəyirəm ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə və İXM-nin 76-cı maddəsinin tələblərinə əsasən, sübutların araşdırılması zamanı şəxsin əmlak vəziyyəti tam nəzərə alınmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Göründüyü kimi icra haqqında qanunda məcburi icra tədbirləri müəyyən ardıcıllıqla sadalanmışdır. Lakin, həm icra məmuru, həm də ki, qərar çıxaran məhkəmə bu normaları nəzərə almamışlar. Əgər qanunvericiliyin tələblərinə riayət olunub, zəruri araşdırma aparılmış olsaydı, görülərdi ki, onun mülkiyyətimdə **-HY-*** dövlət qeydiyyat nişanlı "Nissan Maxima" markalı avtomobil mövcuddur. Qanunvericiliyə görə, borclunun nağd pul vəsaiti olmadıqda, tutma onun əmlakına yönəldilməlidir. İcra məmuru İXM-nin 528.1-ci maddəsi üzrə protokol tərtib etməzdən əvvəl bu əmlak üzərinə həbs qoyub satışını təşkil etməklə borcun ödənilməsini təmin etməli idi. Lakin, icra məmuru bunu etməmiş, ən acınacaqlısı isə odur ki, məhkəmə bu halı araşdırmamışdır. Bu addımlar atılmadan onu "qərəzli yayınmaqda" ittiham etmək İXM-nin 9-cu maddəsində təsbit olunmuş "təqsirsizlik preduzumsiyası" prinsipinin pozulmasıdır. Həmçinin, İXM-nin 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə təqsirli (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl başa düşülür. Göründüyü kimi onun əməlində heç bir qərəzlilikdən söhbət gedə bilməz, səhhəti qaydasında olmadığından onun işləyib gəlir əldə etməyi də mümkünsüzdür. Bundan əlavə, o, şəhid ailəsinin üzvüdür. İXM-nin 31.2ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri ilə yanaşı, şəxsin şəxsiyyətini xarakterizə edən hallar və məsuliyyəti yüngülləşdirən hallar mütləq nəzərə alınmalıdır. İXM-nin 32.1.1-ci maddəsinə uyğun olaraq, onun əməlindən səmimi peşmançılıq çəkməyim və borcun bir hissəsini (1000 manat) yaxın 3 ay ərzində ödəyəcəyini bildirməyi məsuliyyəti yüngülləşdirən hal kimi tənbehin növünə təsir etməli idi. Məhkəmə isə İXM-nin 21-ci maddəsində nəzərdə tutulan tənbehin məqsədlərini (tərbiyələndirmə və yeni xətaların qarşısını almaq) əsas gətirərək ən ağır növü — həbsi seçmişdir. Nəticədə İXM-nin müddəaları kobud şəkildə pozulmuş, mənə qarşı ədalətsiz qərar çıxarılmışdır. Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 4-cü maddəsinə əsasən, bu Məcəllə İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6-cı maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Məhz bu səbəbdən də o, qənaətdəyik ki, bu qərəzli icraat nəticəsinə Azərbaycan Respublikasının İXM-nin 7-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığım, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və va hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətalar qanunvericiliyinin tələblərindən də görünür ki, yalnız təqsirli olaraq inzibati xəta törədən şəxs məsuliyyətə cəlb edilə bilər ki, düşünürəm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırki, əməlində heç bir təqsirdən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və s. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 78.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Bu səbəbdən də o qənaətdədir ki, apellyasiya qaydasında verdiyi şikayət təmin edilərək, məhkəmənin bu qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vermiş olduğu apellyasiya şikayətin təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Bakı şəhəri Nizami rayon icra şöbəsinin nümayəndəsi və tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə şikayətə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı icra sənədinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2023-cü il tarixdən başlayaraq (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-16(007)- **/**** saylı qərardadı nəzərə alınmaqla) hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələbolunur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən, yetkinlik yaşına çatmayan ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X3 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. İş materiallarında olan ##.##.2026-cı il tarixli “icra sənədlərinin ümumi icraatda birləşdirilməsi” haqqında qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra işləri ümumi icraatda birləşdirilmiş və icra tədbirləri bir icraatda davam etdirilmişdir İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında qeyd olunan “məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi...” özlüyündə inzibati xəta tərkibi yaratmış olur. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin öhdəliyi pozmaqla tələbkarlara olan borcunun ödənilməsindən yayınmış və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi inzibati məsuliyyətə səbəb olmuşdur. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Şikayətin dəlilləri ilə bağlı qeyd edirəm ki, barəsində qərar qəbul edilmiş şəxsin iş materiallarında olan izahatlardan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-ci il tarixli və ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarlardan məlumatlı olmuş buna baxmayaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1, 12, 21 və 31.2-ci maddələrinin tələblərinə riayət edərək, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə qanuni, əsaslı və ədalətli tənbeh tədbiri tətbiq etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı vətəndaşların məhkəmə sisteminə inamını azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar