Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1194/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Belə ki, bundan əvvəl ## ######## 2025-ci il tarixli, TP ******* saylı qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət ünvanlamışdır. X5 sədrliyi ilə həmin şikayət üzrə məhkəmə iclasları həyata keçmişdir. ## ###### 2026-cı il tarixində həmin qərarın ləğv edilməsinə dair məhkəmə qərarı çıxarılmışdır. Amma buna baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi həmin qərarı ləğv edərək, TP ******* nömrəli, ## ###### 2026- cı il tarixində yeni qərar vermişdir. Şikayətçi şəxsi məhkəmə kabinetinə nəzər saldıqda görmüşdür ki, Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin məhkəməyə təqdim etdiyi materialların içərisində hadisə sxemi həqiqətə uyğun olmayan formada tərtib edilmişdir. Sərxoşluğun muayinə sənədi yalnız şikayətçinin təqdim etdiyidir. Digər qəza iştrakçısına aid sərxoşluq muayinəsi sənədi yoxdur. Eyni zamanda hadisə baş verən günün ertəsi şikayətçi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə dəvət olunduğu gün, hadisə vaxtı çəkdiyi fotonu polisə təqdim etdiyim zaman, polis fotoya diqqətsiz baxaraq qəza nöqtəsi arxa yox sol tərəf olduğunu bildirərək, fotoya məhəl qoymamışdır. Belə olan halda digər qəza iştrakçısının xeyrinə hər bir vasitə ilə köməklik edilmişdir. Bundan əvvəlki məhkəmə prosesində də şikayətçi həmin sxemi görmədən ona imza çəkdirmələri barədə nüanslar qeyd etmişdir. Hadisə vaxtı çəkdiyi fotolardan da aydın görünür ki, həqiqət göz qabağındadır. Hadisə yandan deyil avtomobilin arxa hissəsində baş vermişdir. X1 Polisinin əməkdaşı naməlum maraqlar səbəbindən hadisəni saxtalaşdırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Ceyhun Tağıyev) şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəmə iclasında nümayəndə iştirak etməmiş, hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.3-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qəbul etdiyi qərarı 3 gün müddətində müvafiq səlahiyyətli orqanın informasiya sisteminə göndərməlidir. Lakin hazırkı iş üzrə məhkəmə bu tələbi pozaraq qərarı qanunla müəyyən edilmiş müddətdən gec, yəni 5 gün sonra göndərmişdir. Bu hal prosessual normaların kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati icraatın vaxtında və düzgün həyata keçirilməsinə maneə yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə baxılarkən hadisə ilə bağlı əhəmiyyətli məlumatlara malik şəxslərin, o cümlədən zərərçəkmiş şəxsin mövqeyi öyrənilməlidir. Lakin məhkəmə tərəfindən zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilməmiş, onun izahatı alınmamış və bu hal işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mənfi təsir göstərmişdir. İşin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmişdir. Göründüyü kimi sürücü Qərardan şikayət verən orqan (şəxs) YHHQ-nın 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsini törətmişdir. Bu hal toplanmış materiallar və inzibati xəta haqqında protokol ilə öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında protokol sübut xarakterli sənəd olmaqla, iş üzrə digər materiallarla birlikdə qiymətləndirilməlidir. Mövcud materiallar inzibati xətanın baş verməsini təsdiq etmək üçün kifayət etmişdir. Hakim isə əsassız olaraq sübutların yetərsiz olması qənaətinə gəlmişdir. Belə ki, inzibati araşdırma zamanı hadisə sxemi tərtib edilmiş, iştirakçıların izahatları alınmış, hadisənin baş vermə şəraiti müəyyən edilmişdir. Bu sübutlar məcmu halda inzibati xəta faktını təsdiq edir. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etriaz edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etriaz edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Bakı şəhər X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, səlahiyyətli orqanın qərarında qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəmə iclasında nümayəndə iştirak etməmiş, hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına,onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmənin 33(001)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxılı İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Lakin məhkəmə tərəfindən həmin qərarda qeyd edilən və tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələlərə inzibati orqan tərəfindən münasibət bildirilməmiş və yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Həmin ziddiyyətli hallarla bağlı məhkəmə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ######## 2026-cı il tarixində saat 08:10- radələrində idarə etdiyi CHANGAN minik markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu 4-cü MKR dairəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq hərəkət üstünlüyünə malik olan avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ######## 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən inzibatı xəta haqqında qərar qəbul edən orqanın nümayəndəsinin iştirakının təmin edilmədiyindən onun sübutlar təqdim edə bilmə imkanının olmamasını nəzərə almamış, yol-nəqliyyat hadisəsi törədilməsini əks etdirən sübutların mövcudluğunu araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında Azərbaycan Respublikası Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırmalı oldğu halda məhkəmə proses iştirakçılarının gəlməməsi səbəblərini aydınlaşdırmadan iclasın onların iştirakı olmadan keçirilməsi mümkün hesab etmiş və məhkəmə çəkişməsi prinsipini pozmuşdur. Məhkəmə apellyasiya şikayətinə əlavə edilmiş sübutu da işin materialları ilə birgə tədqiq edərək, belə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin nümayəndəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xətanın mövcudluğunu təsdiq edən inzibati xəta haqqında qərar, videogörüntü və digər sənədlərlə sübuta yetirilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş DVD diskdə olan videogörüntüdən də göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) ## ######## 2026-cı il tarixində saat 08:10radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR dairəsində CHANGAN minik markalı **-SX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq hərəkət üstünlüyünə malik olan avtomobili vurmuşdur. Birinci instansiya məhkəməsi inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyinə istinad etməklə hər hansı sübut olmamasını qeyd etməklə kifayətlənmiş və iş üzrə səthi araşdırma aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Birinci instansiya məhkəməsi iş üzrə çəkişmə prinsipini təmin edərək əhəmiyyətli halları hərtərəfli, tam və obyektiv araşdırma aparmaq əvəzinə, Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakını təmin etmədən, sübutların təmin edilmə imkanından məhrum etməklə formal qaydada işə baxmaqla qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, məhkəmə şikayətdə göstərilən halları araşdırmadan, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat apararkən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasını əsas göstərərək inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmaması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. - 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta barədə qərar qəbul edərkən tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələlərə inzibati orqan tərəfindən münasibət bildirilmədiyini əsas gətirərək inzibati xəta haqqında işə xitam vermiş, lakin məhkəmə qərar qəbul edərkən işi tam və hərtərəfli araşdırmamış, işə əlavə olunmuş inzibati xəta haqqında qərara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd olunan hallarla Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta üzrə təqsiri öz təsdiqini tapdığından Bakı şəhər X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Belə ki, həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuiyyətə cəlb olunması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan, həmin qərar dəyişdirilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin rəisi R Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin və Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərarı dəyişdirilməsin. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1194/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1194/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver