Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1195/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızı, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)-588/2026 nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDIM : Inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 27300 ABŞ dolları məbləğində vəsaiti ## ###### 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 27300 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Protokol tərtib edən orqanlar tərəfindən ## ###### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)-588/2026 nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 27300 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında 5460 (beş min dörd yüz altmış) ABŞ dolları məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)-588/2026 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinə əməl edilməsi üçün materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. IXM-nin 57-1.1.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərildikdə məlumatlandırılmış sayılır. Iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)-588/2026 nömrəli qərarı ##.##.2025-ci il tarixində, saat 19:09da hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə həmin qərardan şikayət ##.##.2026-cı il tarixdə verilmişdir. Aşkar haldır ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddət buraxılmışdır. IXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edirəm ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsinin həlli məqsədilə şikayət material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-98)-588/2026 nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1195/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1195/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver