Məhkəmə qərarları › İş №3(3-6)-1196/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1196/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1196/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Talışınski Mirəkbər Fuad oğlunun (bundan sonra - Talışınski Mirəkbər Fuad oğlu) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Talışınski Mirəkbər Fuad oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Talışınski Mirəkbər Fuad oğlu Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) onun barəsində qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Talışınski Mirəkbər Fuad oğlunun verdiyi şikayətin qismən təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Talışınski Mirəkbər Fuad oğlu həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin və ona edilmiş əlavənin dəlilləri, tərəflərin izahatları: Talışınski Mirəkbər Fuad oğlu şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqan onun barəsində inzibati tənbeh vermə haqqında qərarı müvafiq inzibati xəta hadisəsinin qeydə alındığı vaxt avtomobilin onun tərəfindən idarə edilməsini və ya inzibati xəta hesab edilən əməlin onun tərəfindən törədilməsini təsdiq edəcək foto və ya videogörüntü olmadan qəbul etmişdir. Apellyasiya məhkəməsi iclasında Talışınski Mirəkbər Fuad oğlu şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, iş üzrə səlahiyyətli orqanın onun barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarına əlavə etdiyi fotoşəkildən inzibati xəta hesab edilən hadisənin avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi səbəbindən onun deyil, başqa şəxs tərəfindən törədildiyi aşkar görünür. Buna görə də iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Səlahiyyətli orqanın nümayəndəsi apellyasiya məhkəməsi iclasına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarla Talışınski Mirəkbər Fuad oğlu Azərbaycan Respublikası İXM-in 328.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin müvafiq nəticəyə gələrkən, səlahiyyətli orqanın Talışınski Mirəkbər Fuad oğlu barəsində inzibati tənbeh vermə haqqında qərarı təqsirliliyinə dair hər hansı görüntü və ya digər sübut olmadan qəbul etməsinə əsaslandığı halda, bu halın səlahiyyətli orqanın qəbul etdiyi qərarın ləğv edilib, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi deyil, həmin qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsinə əsas olduğunu nəzərə almaması özü-özlüyündə prosessual baxımdan iş üzrə düzgün nəticəyə gəlməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, səlahiyyətli orqanın Talışınski Mirəkbər Fuad oğlu barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarına əlavə etdiyi, xüsusi texniki vasitənin qeydə aldığı fotoşəkildən ## ###### 2026-cı il tarix, saat 09:21:17-də “Kia” markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Bakı şəhəri, Xətai rayonu, Zığ yolu “Socar” YDM-in yaxınlığı Zığ ist 1” ünvanındakı avtomobil yolunda sürət həddinin 60km/s olduğu halda, 84km/s sürətlə idarə olunmasından ibarət inzibati xəta hadisəsinin sükanı arxasında əyləşmiş şəxsin Talışınski Mirəkbər Fuad oğlunun olmamasının aşkar görünməsi əsasında sonuncu deyil, başqa şəxs tərəfindən törədildiyini, beləliklə də Talışınski Mirəkbər Fuad oğlunun iş üzrə inzibati xətanın törədilməsinə aidiyyətinin olmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normaları və müəyyən etdiyi işin hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Talışınski Mirəkbər Fuad oğlunun verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, sonuncu qərar əsasında Talışınski Mirəkbər Fuad oğlu barəsində Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Talışınski Mirəkbər Fuad oğlunun verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Talışınski Mirəkbər Fuad oğlu barəsində Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, müvafiq inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar