Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1197/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndələri X1 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Baxşəliyev Fərid Malik oğlunun iştirakları ilə, Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baxşəliyev Fərid Malik oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşkar olunmuş xəta faktı ilə bağlı regional bölmə tərəfindən başlanılmış ilkin inzibati icraata dair sənədlər toplusuna nəzər yetirsək görərik ki, ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/** nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanma barədə bildirişdə tərəfin həm Nəsimi rayonu, həm də Xəzər rayonundakı ünvanları qeyd olunmuşdur. Azərexpress poçt qəbzinin kötük hissəsində ünvan 4 ünvanı ilə bağlı “Bu ünvanda belə bir şirkət yoxdur” cümləsi qeyd olunmuş, eyni zamanda “xxxx” MMC-nin səlahiyyətli şəxsi ilə (*** *** ** **) əlaqə saxlanılarkən şəxs tərəfindən zərfin ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan ağacların saxlanıldığı ünvana göndərilməli olduğu bildirilmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul olunmuş qərar məhz ünvan 2 ünvanına göndərilmiş, həmin qərar ##.##.2025-ci il tarixdə təhvil alınmışdır. İş üzrə icraatın digər sənədləri də həmçinin həmin ünvana göndərilmiş və şirkətin səlahiyyətli şəxsləri tərəfindən təhvil alınmışdır. Bununla əlaqədar iş materiallarına əlavə edilmiş sənədlərin göndərilməsinə dair poçt qəbzlərinin kötüyü məhkəməyə təqdim edilmişdir. Lakin, Məhkəmə adı çəkilən sübutların heç birinə hüquqi qiymət verməmiş, qərarda heç birinə istinad etməmişdir. Bundan əlavə, Baxşəliyev Fərid Malik oğlu barəsində regional bölmə tərəfindən iki qərar qəbul edilmişdir. Belə ki, sahibkar barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Maraqlısı odur ki, sahibkar həm sözügedən qərardan, həm də mübahisə predmeti olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul olunmuş qərardan ilkin olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermişdir. Bu halda belə bir sual yaranır əgər sahibkar qeyd etdiyi kimi qərarlardan məlumatsız idisə və regional bölmənin sənədləri düzgün ünvana göndərmədiyini iddia edirdisə, nəyə görə hər iki şikayəti məhz Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlamışdır? Belə ki, Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Baxşəliyev Fərid Malik oğlu tərəfindən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimə qərarının ləğvinə dair edilmiş şikayət üzrə müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan rədd edilmişdir. Lakin, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarla bağlı iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən halların hər biri sahibkarın Xəzər rayonunda faktiki fəaliyyət göstərdiyini, habelə sözügedən qərarla vaxtında tanış olduğunu, digər inzibati xəta barədə məhkəmə işində müddətin bərpası barədə tələbinin məhkəmə tərəfindən qəbul olunmadığı üçün məhz aidiyyət qaydalarını əsas gətirərək Məhkəməni yanıltmaq istədiyini deməyə əsas verir. Məhkəmə isə oxşar inzibati xəta barədə iş üzrə qüvvəyə minmiş məhkəmə qərardadını nəzərə almamış, poçt qəbzlərinə və digər bütün dəlillərə hüquqi qiymət verməmiş, əsassız qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndələri X1 və X3 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək, həmçinin ## #### 2025-ci il tarixdə “xxxx" MMC-nin Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinə edilmiş ##.##.2025-ci il tarixli, İD ********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan və sınaq protokoluna əsasən Bakı Regional Bölməsi tərəfindən qəbul olunan ##.##.2025-ci il tarixli 235/FN qərarın icra vəziyyətini yoxlayarkən səlahiyyətli şəxs tərəfindən məhvetmə qərarı verilmiş 3 ədəd "Corylus Colurna" adlı bitkinin müvafiq ünvanda olmadığının müəyyən olunmasını, habelə həmin vaxt barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs tərəfindən başqa ağacların təqdim olunduğunu, buna görə də ## #### 2025-ci il tarixdə “xxxx" MMC-nin Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinə edilmiş ##.##.2025-ci il tarixli, İD ********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan 3 ədəd "Corylus Colurna" ağacından götürülmüş nümunənin sınaq nəticəsinə dair protokolda fındıqda bakterioz xəstəlik törədicisi fitopatogen bakteriya aşkar olunduğundan MMC-nin ünvan 1 fəaliyyət ünvanına geri çağırlması barədə qərar qəbul olunduğunu, lakin xxxx" MMC-nin direktoru Baxşəliyev Fərid Malik oğlu tərəfindən məcburi qanuni tapşırıqların icrasına dair məlumatların verilmədiyini qeyd edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Baxşəliyev Fərid Malik oğlu ağacların ##.##.2025-ci il tarixdə gətirilməsindən sonra bakteriyanın aşkar olunması barədə qısa müddət ərzində məlumat almadıqlarından ağacların əkilməsinin həyata keçirildiyini, inzibati orqanın sözügedən qərarlarından isə MMC-yə təqdim olunmadığından xəbərsiz olduqlarını, göndərilmiş sənədləri qəbul edən şəxslərdən yalnız Behbudov soyadlı şəxsi tanıdığını, lakin məhz ona hər hansı sənədin təqdim olunmadığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının mövqelərini dinləyərək hesab edir ki, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ləğv edilməli və Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan , "xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixli, İD ********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından 3 ədəd "Corylus Colurna" bəzək ağaclarını idxalı həyata keçirilmiş, sınağın nəticəsinə əsasən "Corylus Colurna" bəzək ağaclarından götürülmüş nümunə analizi zamanı fındıqda bakterioz xəstəlik törədicisi fitopatogen bakteriya aşkar olunmuşdur. İş materiallarında olan ## #### 2025-ci il tarixli aktdan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinə edilmiş ##.##.2025-ci il tarixli, İD ********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan və sınaq protokoluna əsasən Bakı Regional Bölməsi tərəfindən qəbul olunan ##.##.2025-ci il tarixli 235/FN qərarın icra vəziyyətini yoxlayarkən səlahiyyətli şəxs tərəfindən məhvetmə qərarı verilmiş 3 ədəd "Corylus Colurna" adlı bitkinin olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli ***/FN nömrəli qərardan görünür ki, “xxxx" MMC-nin Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinə edilmiş ##.##.2025-ci il tarixli, İD ********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan 3 ədəd "Corylus Colurna" ağacının 10 gün müddətində ünvan 1 fəaliyyət ünvanına geri çağırlması qərara alınmışdır. İş materiallarında olan Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Türkiyə Respublikasından idxal olunmuş və toxunulmazlığı təmin olunmayan 3 ədəd "Corylus Colurna" ağac barəsində Bakı Regional Bölməsindən qəbul olunmuş məcburi qanuni tapşırıqların icrasına dair məlumatların daxil olmaması səbəbindən "xxxx" MMC-nin direktoru Baxşəliyev Fərid Malik oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilmiş, pozuntunun aradan qaldırılması üçün 19 gün vaxt müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/** nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanma barədə bildiriş "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 13, mənzil 08 ünvanına göndərilmiş və poçt qəbzinin kötüyünə “Bu ünvanda belə bir şirkət yoxdur” cümləsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/** nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanma barədə bildiriş "xxxx" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov B/887 ünvanına göndərilmiş və həmin bildiriş ##.##.2025-ci il tarixdə hüquqi şəxsin nümayəndəsi tərəfindən təhvil alınmışdır. İş materiallarından görünür ki, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul olunmuş qərar "xxxx" MMCnin ünvan 2 ünvanına göndərilmiş və həmin qərar ##.##.2025-ci il tarixdə hüquqi şəxsin nümayəndəsi tərəfindən təhvil alınmışdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3 olsa da, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən həmin şirkətə ünvanlanmış məktub və digər sənədlər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov B/887 ünvanına göndərilmişdir. Beləliklə, qanuni yazılı tələblərin icrası ilə bağlı sənədlərin hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən qanuni yazılı tələblərə cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Bununla belə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan iş üzrə icraata xitam verilməsi qərara alımışdır. Belə ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, ev 13, mənzil 08 ünvanı olduğu halda Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən müvafiq sənədlərin, eləcə də ##.##.2025ci il tarixli, ***/FN nömrəli qərarın Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov B/887 ünvanına göndərilməsinə istinad edərək inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Baxşəliyev Fərid Malik oğlu tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi faktının iş materiallarında olan sübutlarla, xüsusilə də onun özünü etirafedici ifadələri (ağacların ##.##.2025-ci il tarixdə gətirilməsindən sonra bakteriyanın aşkar olunması barədə qısa müddət ərzində məlumat almadıqlarından ağacların əkilməsinin həyata keçirilməsi) əsasında sübuta yetirildiyini, apellyasiya baxışı zamanı ## #### 2025-ci il tarixdə “xxxx" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov B/887 ünvanına baxış keçirilərkən barəsində məhvetmə qərarı verilmiş 3 ədəd "Corylus Colurna" adlı bitkinin müvafiq ünvanda olmadığının müəyyən olunmasını, habelə həmin vaxt barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs tərəfindən başqa ağacların təqdim olunduğunu və iş materiallarında olan Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov B/887 ünvanına göndərilmiş ##.##.2025ci il tarixli, *-**-*/*-*-****/** nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanma barədə bildirişin, eləcə də ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul olunmuş qərarın hüquqi şəxsin məhz Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov B/887 ünvanında Behbudov və Bağırova soyadlı nümayəndələri tərəfindən imza edilərək rəsmi qaydada qəbul edildiyini və apellyasiya baxışı zamanı Baxşəliyev Fərid Malik oğlunun müvafiq sənədi qəbul edən şəxslərdən Behbudov soyadlı şəxsi tanıdığını bildirməsini nəzərə alaraq Baxşəliyev Fərid Malik oğlunun törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətini istisna edən hər hansı halın mövcud olmaması qənaətinə gəlir və iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli və Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin Baxşəliyev Fərid Malik oğlunun barəsində Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1197/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1197/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver