Məhkəmə qərarları › İş №3(3-6)-1200/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1200/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1200/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X4, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, müəyyən etdi : Səbail rayon Icra şöbəsinin icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmin qərardan narazı qalan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 30 gün müddətində inizbati qaydada həbs edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ## ######## 2025-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 166.353 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və ödənilmiş 600 manat dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra işi Bakı şəhəri Səbail Rayon Icra Şöbəsinin Icra məmuru, R X1 icraatındadır. Lakin, icra sənədi ## ######## 2025-ci il tarixdə icraata götürülüb bu barədə borcluya tələbi könüllü icra etmək tələb olunsa da o bununla bağlı tələbi könüllü icra etməmişdir. Məcburi icra isə öz nəticəsini verməmişdir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə mübahisəsi gedən zaman adına olan mülkiyyətləri formal olaraq addan-ada keçirmiş və nə hikmətdirsə guya satdığı evdə hələ də qeydiyyatda olmaqla yaşamaqdadır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə özü etiraf edərək bildirmişdir ki, Nerimanov ərazisində evi olmuş, onu satıb əldə olunan pulu başqa borclarına verərək, məhkəmə və icra qərari olan borcunu ödəməkdən yayınmışdır. Bu isə onu göstərir ki, borclu icradan yayınmaq və icranı qeyri-mümkün etmək üçün adına olan mülkiyyətləri formal olaraq başqasının adına keçirmişdir. Bu məhkəmə qərarını icra etməməkdə, onun icrasını qeyri-mümkün etməkdə aktiv hərəkətlərdir. ## ##### 2024-cü ildə Bakı şəhər Polis Idarəsində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatda bildirmişdir ki, 90000-100000 manat dəyərində anbarda mal qalmışdır. 2 il müddət keçməsinə baxmayaraq Fəxrin həmin mallardan sataraq heç bir ödəniş etməmişdir. Bundan başqa da borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət heç bir məbləğ ödəməmiş, ## ##### 2026-cı il tarixdə icraçı tərəfindən barəsində inzibati protokol tərtib edilib məhkəməyə verildikdən sonra həmin gün saat 14:35-də 2000 manat ödəniş etmişdir. Açıq aşkardır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulu ödəyə imkanı olduğu halda ödəməmiş, yalnız həbs təhlükəsini sovuşdurmaq üçün 10 dəqiqənin içində 2000 manat ödəniş etmişdir.Məhkəmə isə heç bir qanuni və faktiki əsas gətirmədən inzibati xəta üzrə icraata xitam vermişdir. Halbuki, bu mübahisə edilmir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta protokolu tərtib edilərkən o, 2000 manatı ödəməmişdir və həmin pul inzibati xəta protokolu tərtib edildikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilmişdir. Beləliklə inzibati protokol tərtib edilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta mövcud olmuşdur, yəni inzibati xəta baş vermiş və onun cəzalandırılması şərt olmuşdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddətdir heç bir ödəniş etmədiyini, icradan qərəzli yayındığını bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv olunmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- ****/**** saylı ## ####### 2024-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 166.353 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 600 manat dövlət rüsumu tutularaq tələbkar Əmənov Sərraf Zahir oğluna ödənilməlidir. - ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ## ####### 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. - ## ######## 2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ## ####### 2024-cü il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün vaxt verilmişdir. Bildiriş, ## ####### 2025-ci ildə borcluya rəsmi qaydada verilmişdir. -## ####### 2025-ci il tarixli məktublardan görünür ki, borclunun həyat yoldaşı X2 əmək haqqılarından tutulmalar aparılması üçün müvafiq olaraq Bakı Baş Səhiyyə Mərkəzinə və “xxxx” MMC-yə müraciətlər ünvanlanmışdır. - ## ##### 2026-cı il tarixli qəbzdən görünür ki, borclu həmin tarixdə tələbkarın xeyrinə 2000 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, iş materiallarından tədqiqi nəticəsində müəyyən edilmişdir ki, ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı ## ####### 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün vaxt verilmişdir. Keçən uzun müddət ərzində borclu tərərfindən heç bir ödəniş edilməmişdir. Yalnız ## ##### 2026-cı il tarixində birinci instansiya məhkəməsində məhkəmə iclası təyin edildiyi gün 2000 manat ödəniş edilmişdir. Bu isə öz növbəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərəzli şəkildə məhkəmə qərarının icrasından yayındığını sübut edir. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən Icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar