Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1201/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından «xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin laboratiya müdiri X7 2010-2025 tarixdə xəsarət aldığı istehsalatda bədbəxt hadisənin təhqiqatı zamanı təqdim edilmiş sənədlərə baxış zamanı məlum olmuşdur ki, X3, Rəhimov Hicran Sarı oğlu, X1, X2, X5 Cəmiyyətdə əmək müqavilələri Ə.M-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən görülməsinə cəlb edilib. Belə ki, göstərilən şəxslər müxtəlif təlimat jurnallarına imza çəkdikləri vaxtlarda “Əmək və Məşğulluq” altsistemində onlarla əmək müqaviləsi qeydiyyatının olmadığı məlum olmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə MMC IXM-nin 192.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini, inzibat iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, X3, Rəhimov Hicran Sarı oğlu, X1, BayramlıNihad Azər oğlu, X5müəssisədə hər hansı əmək funksiyası yerinə yetirməmiş, əmək münasibətlərinə daxil olmamış, yalnız istehsalat prosesi ilə tanış olmaq və əraziyə baxış keçirmək məqsədilə müvəqqəti olaraq gəlmişdirlər. Sözügedən şəxslər daimi və ya müvəqqəti işçi kimi fəaliyyət göstərməmiş, onlara əməkhaqqı ödənilməmiş, hər hansı vəzifə və ya tapşırıq verilməmişdir. Qeyd edilən şəxslərin adı SƏTƏM çərçivəsində aparılan qeydiyyat kitabına səhvən yazılmışdır vəb u hal onların əmək münasibətlərində olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Həmçinin tərəfimizdən həmin şəxslərin əmək müqaviləsi əsasında işləyənşəxslər olmadığı barədə X8 Xidmətinə izahat göndərilmişdir. Lakin qeyd edilən şəxslərin heç birindən izahat alınmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndə2 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində tərəf hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini IXM-in 135.1.1-135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. IXM-in 135.1.1-135.1.3-cü maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi hakimin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayət müəllifi iş üzrə icraata xitam verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən şahid X4 bildirmişdir ki, kömək məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə getmişdir. Orada işçilərə təlimat keçmək məqsədilə dəvət olunmuşdur. Işçi sayı 10 nəfərə yaxın olardı. Qadın işçilər mətbəxdə var idi, ərazidə qadınlar yox idi. Işçilərdən usta, dəzgahda işləyən və s. işçilər var idi Ilk öncə giriş təlimatı keçmiş, bəzi təhlükəsizlik qaydaları ilə bağlı göstərişlər vermişdir. Gündəlik təlimat keçirilir və imza çəkdirilir. Kitablarda olan təlimat qaydaları ilə tanış olmuşdur. Işçilərin hər birinin işdə olması, özlərinin imza çəkməsi müzakirə olunmuşdur. Hər bir texnikanın öz işləmə üsulu var və işçilər buna uyğun təlimatlandırılmalıdırlar. Təlimatdan sonra işçilərdən bir-bir ad soyad və vəzifə soruşaraq imza çəkdirmişdir. Işçilərin hamısına təlimat keçilmiş və imza çəkdirmişdir. Əlavə olaraq təkrar təlimat keçmişdir. Təkrar təlimatda isə keçirilmiş təlimat yenidən təkrar edilmiş və bəzi əlavə təlimatlar keçirilmişdir. Ordakı işçiləri tanımadığı üçün hər kəsi işçi olaraq bilmişdir. Çünki kənar şəxslərin ora girişi qadağandır. Buna görə də işçilərin siyahısını yazarkən səhvliyə yol vermişdir. Iş materiallarında olan X8 Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-****/**** saylı məktubundan görünür ki, X8 Xidmətinin əmri ilə yaradılmış komissiya tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisi X7 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılması səbəbindən lazımi sənədlərin 3 (üç) iş günü müddətində komissiyaya təqdim olunması xahiş edilmişdir. Iş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, X3, Rəhimov Hicran Sarı oğlu, X1, X2, X13 “xxxx” MMC-də çalışmışlar. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini özünü müdafiə cəhdi kimi qiymətləndirir və inandırıcı hesab etmir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1201/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1201/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver