Məhkəmə qərarları › İş №3(3-6)-1203/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1203/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1203/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayətlə müraciət edərək Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli 3-17-5/1-İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN ******* saylı) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025ci il tarixli, MN *******) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, xxxxnin direkoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsi və səlahiyyətli orqanın qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” X1 (bundan sonra - PHŞ) tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən PHŞ ilə aranızda ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli *** nömrəli əmrlə (əsası X5 Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilmiş ümumi iclasının ##.##.2025-ci il tarixli ** nömrəli protokolu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli KQ- ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları olan) həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək) xitam verilərkən həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinin (işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır) tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Mehtiyeva İlhamiyyə Murad qızı ilə “xxxx” PHŞ arasında ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən edilmişdir. Xitam əmrində əsas olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad olmalı (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) halda, həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə istinad edilmiş (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi), lakin təqdim edilmiş sənədlərlə həmin hal öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, sözügedən inzibati xətanın aşkarlanmasına səbəb olmuş şikayət və vətəndaşın müraciətinə isə ümumiyyətlə, etinasız yanaşılmışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə Xidmətin Bakı Şəhər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarı və ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərardadı tam qanuni və əsaslıdır. Anlaşıldığı kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində işçi qanunsuz olaraq işdən azad edilmiş və onun əmək hüquqları pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN *******) saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması və həmin qərarla tətbiq edilmiş cərimənin şərti olaraq tətbiq edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025ci il tarixli, MN *******) nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xxxxnin direkoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Mehdiyeva İlhamiyyə Mirad qızının əmək müqaviləsinə xitam verilərkən əmək qanunverciliyi ilə nəzərdə tutulmuş tələblərə düzgün riayət olunmuş və bunun nəticəsində qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Birinci instansiya məhkəməsinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətdə, o cümlədən apelyasiya icraatında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin çıxışında hər hansı inzibati xətanın törədilmədiyi qeyd edilsə də, iş materialları şikayətin dəlilləri və inzibati orqanın nümayəndəsinin izahatı ilə birgə əlaqəli araşdırıldıqda müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş bildirişdən görünür ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə baxılması ##.##.2025-ci il tarixində saat 12:00 təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025ci il tarixli, MN *******) nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsində təqsirli bilinərək 1700 manat inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi iş materialları əsasında müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin bildirişinə əsasən qeyd edilən tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində dəvət edilsə də nə X2 Xidmətinin Bakı şəhər İdarəsinə gedərək, nə də video konfrans vasitəsi ilə qoşularaq qeyd edilən halların araşdırılmasına heç bir fikir bildirməmiş və həmin məsələ ilə bağlı müvafiq sənədləri səlahiyyətli orqana təqdim etməmişdir. Belə olduğu halda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR ƏƏSMN yanında X2 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN *******) nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in İXM-in 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Eyni Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Qeyd olunanlara görə hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN *******) nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 3- 17-5/1- İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN *******) nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalı və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.6-cı maddəsi ilə tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi ona izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN *******) nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi təmin edilməsin. İXM-nin 116.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 3-17-5/1- İ-2411/2026 saylı (##.##.2025-ci il tarixli, MN *******) nömrəli qərarı ilə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.6-cı maddəsi ilə tətbiq edilmiş 1700 (min yeddi yüz) manat miqdarında inzibati cərimə şərti tətbiq edilsin. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Mərkəzinin direkoru Qərardan şikayət verən orqan (şəxs) törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Qərardan şikayət verən orqan (şəxs) izah edilsin. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar