Məhkəmə qərarları › İş №3(3-6)-1205/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1205/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1205/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin inspektoru X4 və nümayəndə X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Bakı şəhəri BPİ-nin X1 İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixində, saat 04:10 radələrində “Range Rover” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri BPİ-nin X1 İdarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin inspektoru X4 və nümayəndə X3 verilmiş şikayəti müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə avtomobil idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sərxoşluq vəziyyətinin yoxlanılması tələb edilmişdir və həmin vaxt bir avadanlıqdan istifadə etmişlər. Həmin avadanlığın sertikatını tələb etmişdir. Lakin, polis əməkdaşları onu tibbi müayinədən keçməyə dəvət etmişlər. O da tibbi müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzə getmişdir. Heç bir halda müayinədən imtina etməmişdir. Müəssisədə müayinədən keçmək istədiyini bildirsə də, akta imtina etmiş kimi qeyd etmişlər. Həmin gün müəssisədə özü müayinədən keçmiş və aktda içki təsiri altında olmadığı göstərilmişdir. Həmçinin polis orqanları tərəfindən qəbul edilmiş qərardadda 343-1.1-ci maddə göstərilsə də, protokolda 343.1-ci maddənin göstərildiyini, qeyri-müəyyənliyin olduğunu bildirmişdir. Məhkəmədən protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş ##.##.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixində, saat 04:10 radələrində “Range Rover” minik markalı, **-ZT- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin ##.##.2025-ci il tarixli, */**** saylı aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 03:35 radələrində müayinədən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «xxxx» Publik Hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */***** nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparıln tibbi müayinə» protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 05:15 radələrində keçdiyi müayinədə alkoqolluq əlamətlərinin olmaması və ayıq hesab olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «xxxx» Publik Hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, */** nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparıln tibbi müayinə» protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 17:00 radələrində keçdiyi müayinədə narkotik maddə qəbul etmədiyi, sidiyində narkotik vasitənin aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmadığını, hər hansı yol hərəkəti qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq, onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarının araşdırılmasından müəyyən edilmişdir ki, sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılmış tibbi müayinə aktına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol vəziyyəti ayıq olmuşdur. Bu hal şəxsin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və inzibati xətanın tərkibinin mövcudluğunu şübhə altına alır. Bununla yanaşı, şəxs barəsində tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair ##.##.2025-ci il tarixli */**** saylı aktda onun güya tibbi müayinədən imtina etdiyi göstərilmişdir. Lakin, iş materiallarının məzmunu və faktiki hallar arasında ziddiyyət mövcuddur. Belə ki, əgər şəxs tibbi müayinədən imtina etmişdirsə, bu halda o yenidən nəyə görə dərhal həmin müəssisədə müayinədən keçmişdir. Həmçinin, müayinədən keçdiyi vaxtlar arasında uzun bir müddət olmamışdır. Bundan başqa protokolda şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, qərardadda, eləcə də elektron sistemdə şəxsin barəsində 343.1-1-ci maddə ilə protokol tərtib edildiyi öz əksini tapmışdır ki, bu da öz növbəsində protokolun əsaslılığını şübhə altına alır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında icraata əməldə inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. İş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar