Məhkəmə qərarları › İş №3(3-6)-1206/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1206/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1206/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) həmin tarix, saat 10:33-də “Bakı şəhəri, Xan Şuşinski, 10” ərazisində “BYD Destroyer 05 Plug-in hibrid minik” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) hərəkətini svetoforun qadağanedici işarəsində davam etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin hərəkətini svetoforun qadağanedici işarəsində davam etdirməklə müvafiq inzibati xəta törətmişdir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 orqanın verdiyi şikayətin dəlilinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, inzibati xəta hadisəsinin səlahiyyətli orqanın əməkdaşı tərəfindən qeydə alınmış video-görüntüsünü mövcud olmadığına görə təqdim edə bilmir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında iş üzrə səlahiyyətli orqanın onun inzibati xəta törətməsini sübut etməməsinə görə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iş üzrə səlahiyyətli orqanın birinci və apellyasiya instansiyası məhkəmələri iclaslarında iştirak etmiş nümayəndələri Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarında göstərilmiş inzibati xətanı törətməsini təsdiq edən foto və ya videogörüntü, yaxud hər hansı sübut növünü təqdim etmədiyinə, beləliklə də səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarda göstərilmiş inzibati xətanın törədilməsini sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən və bununla bağlı oxşar əsaslandırma apararkən haqlı olmuşdur. Bu səbəbdən iş üzrə səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ###### 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar, eləcə də səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar