Məhkəmə qərarları › İş №3(3-6)-1207/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1207/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1207/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMCnin nümayəndəsi (vəkili) Vəkil oğunun iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: protokolu tərtib edən orqan2 Hava Nəqiliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsi ilə *****-*****/** nömrəli ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 823435.59 Rusiya Rublunun 30 (otuz) faizi, yəni 247030,70 Rusiya Rublu məbləğində (qərar çıxarılan günü Azərbaycan manatına olan məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-97)- ***/**** nömrəli qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üzrə qeyd edilməlidir ki, iş üzrə mühüm əhəmiyyətli olan faktiki hallar tam olaraq aydınlaşdırılmamışdır. İşin halları üzrə qeyd etmək istəyir ki, "xxxx” MMC ilə Rusiyanın "xxxx" şirkəti ilə **/**-** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 1 (bir) dəst qızğın yağ sistemi satılmışdır. Həmin avadanlığın satışı ilə əlaqədar olaraq xxxx" MMC- yə ## ###### 2024-cü II tarixində 25.698 (İyirmi beş min altı yüz doxsan səkkiz) manat avans ödəmişdir. Avadanlıq hazır olduqdan sonra ## ### 2025-ci ildə Rusiyaya ixrac edilmişdir. Qalan məbləğ 18 242,39 (on səkkiz min iki yüz qırx iki manat otuz doqquz qəpik) manat avadanlığın "Alıcı" tərəfindən qəbul olunduqdan 5(beş) iş günü ərzində ödənişinə razılaşdırılmışdır. Lakin "xxxx" ООО-nun rəhbəri Anton Savelyev avadanlıq çatandan sonra şirkətin müraciətlərini cavablandırmamışdır. O. gah "Zəng edəcəm", "Vergi ilə problemim var", "Sərəncam gəlib", "Rusiyada bayramlardır, iş günü deyil" və sair bəhanələrlə vaxtı uzatmışdır. Hamıya məlumdur ki, həmin periodda Rusiyaya beynəlxalq sanksiyaların tətbiq olunmuş və Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginlik var idi. Bəzi hüquq şirkətləri Azərbaycandan olan şirkətə hüquqi yardım göstərməkdö maraqlı olmadığını bildirmişdir. Bir qisim hüquqkonsalting şirkətləri, vəkillər xidmətlərinə görə VTB(Rusiya), ABB(Azərbaycan) bankları Rusiya Federasiyasının sanksiya tətbiqinə görə ödənişin mümkünsüzlüyünü ifadə etmişdi. Rusiya İxracaatçılar Assosiyasiyasının referansı ilə “xxxx” MMC hüquq xidmətləri göstərən şirkət ilə anlaşmışıq. Rusiya hüquq konsaltinq şirkətinin direktoru Anton Alekseyev xidmətlərinə görə nəğd ödənişə razılaşıb işlərə başlamışlar. Daha sonralar Macarıstanın OTP bankında rəsmi hesab açıb müqavilə bağladıq. Hesablarına xidmətə görə ödənişi də icra etdik. Bütün bünlann nəticəsində qeyd edilən işləri qanunvericilikdə nəzərdə tutulan 180 gündən əvvəl yəni, 163-cü gündə tamamlaya bildik və məhkəməyə müraciət etdilər. Hazırda iş Rusiya Federasiyasının müvafiq məhkəməsində baxılmaqdadır. Bununla bağlı lazımi sənədlər Apellyasiya instansiyasına təqdim ediləcəkdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş protokolu tərtib edən orqan2 Hava Nəqiliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfin razılığı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, “xxxx” MMC ilə xaricdəki şirkət arasında müqavilə bağlanmış və avadanlıqların alqı-satqısı həyata keçirilmişdir. İlk hissəsini ödəniş etmişlər, mallar təhvil verildikdən sonra qarşı tərəf ödəniş edilməsini dayandırdı. Onlara pritenziyalarda göndərilmişdir. “xxxx” MMC-nin təqsiri olmadan pulun qaytarılması gecikmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alıb apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il *** nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi qaydaları'nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə (VÖEN **********) bu barədə Bildiriş (elektron ünvan 1 ##.##.2046) məktubu göndərilmişdir. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən ##.##.2026-cı il tarixində alınmış məlumata əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 11,02.2017ci il tarixindən ##.##.2026-cı il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 2400000 rubl məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan protokolu tərtib edən orqan2 “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair” *****/*** nömrəli bildirişdən görünür ki, 01252000059715 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyiniz malların müqabilində 29981.64 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir. İş materiallarında olan *****-*****/** nömrəli ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- ****/***/****** saylı ##.##.2026-cı il tarixli raportun araşdırılması zamanı, banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1" elektron hesabat sistemindən alınmış məlumata əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) tərəfindən ##.##.2017-ci il tarixindən ##.##.2026-cı il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə (01252000059715) 2400000 Rusiya Rublu məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Gömrük xidmətinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” informasiya sisteminə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) tərəfindən cədvəldə göstərilən gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində qeyd olunan məbləğdə vəsait müvəkkil bank hesabına köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokola əsasən 823435.59 Rusiya Rublu milli valyutaya nisbətdə 18242.39 AZN təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2021-ci il tarixli qərarından görünür ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”- nın 4.1-ci maddəsinə əsasən, konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) tərəfindən cədvəldə göstərilən gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində qeyd olunan məbləğdə vəsait müvəkkil bank hesabına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məhkəmə iclasında bildirdikləri məqamlara münasibətdə məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən də qanunvericiliyin normalarının pozulması etiraf edilir, lakin şirkətdən asılı olmayan səbəblərdən baş verdiyi əsaslandırılır. Lakin göstərilən məqamlarla bağlı rəsmi şikayətlərin olması və ya müvafiq qurumların qərarlarının olması ilə bağlı məhkəməyə rəsmi sənəd təqdim edilə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən alqısatqı yolu ilə ##.##.2025-ci il tarixli, 01252000059715 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində 823435.59 Rusiya Rublu məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən etməyərək, həmin MMC-nin barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslıdır, təyin edilən inzibati tənbeh isə ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram: “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar