Məhkəmə qərarları › İş №3(3-6)-1208/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1208/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1208/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlunun, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə idarə etdiyi "KİA Forte'' markalı, **-SX-*** d.q.n. avtomobillə Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında, “Binə" TM qarşısına müştəri sifarişi qəbul etmiş və müştərilər mobil telefonda avtomobilin nömrəsini dəqiqləşdirib avtomobilə tərəf gəlməyə başlamışlar. Həmin vaxt avtomobil baş yolda olmuş və müştərilərin rahat və təhlükəsiz minməsi üçün avtomobili bir qədər arxaya verərək həmin şəxslərlə birlikdə oradan sürüb getmişdir. Bir qədər sonra cərimə ilə bağlı məlumat daxil olmuş və sistemə daxil olduqda İXM-nin 346.2ci maddəsi ilə barəsində 2 bal 40 manat cərimə qərarın çıxarılmasını öyrənmişdir. Elektron qərara əlavə edilmiş fotolara baxdıqda hər hansı xəta törətdiyi görünmür. Belə ki, həmin fotolarda avtomobilin “baş yol" nişanı olan istiqamətdə olduğu, yolayrıcına yenicə yaxınlaşaraq avtomobili sərnişinlərin minməsi üçün bir qədər arxaya hərəkət etdirdiyini, avtobus dayanacağının baş yola perpendikulyar hissədə olmaqla cib formasında olduğu, avtobus dayanacağı nişanına münasibətdə aradakı məsafənin məhz 15 metrdən az olması barədə şübhələr yaranmış, çünki məsafəni vizual ölçmək mümkün deyildir, Belə ki, foto-video funksiyalarına malik xüsusi texniki vasitələrlə məsafənin ölçülməsi mümkün deyil, həmin XTV-lər yalnız foto-video görüntünü əks edən funksiyasını yerinə yetirir Qısa müddətdə sərnişinləri mindirdiyi yer baş yolun kənarıdır, həmin yerin avtobus dayanacağı yerinə (nişanına) aidiyyəti yoxdur və sonradan hərəkət etdiyi yolun istiqamətində deyil. Dayanacağa 15 metr məsafə yalnız avtobus nişanı quraşdırıldığı yol istiqamətində hesablana bilər, perpendikulyar və ya radius nəzərə alınmaqla yox. Belə olan halda həmin elektron qərarı əsassız hesab edərək məhkəməyə şikayətlə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarında BDYPİ tərəfindən İXM-nin 346.2-ci maddəsi ilə xətanın faktiki düzgün qeydə alınmadığı və təkzib edildiyi məlum olduğu halda buna əhəmiyyət verməyib elektron qərara əlavə edilmiş qeyri- müəvvən sübuta (fotolara) istinad etmişdir. Halbuki, xəta ilə bağlı təqdim edilən sübutlar mötəbər və təkzibedilməz olmalıdır. Belə olan halda BDYPİ-in barəsində İXM-nin 346.2-ci maddəsi ilə çıxardığı ##.##.2026*cı il tarixli, EQ ******** saylı elektron qərar sübutsuz və qanunsuzdur. Apellyasiya baxışı zaman iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zaman iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab edərək məhkəmədən şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV hissəsinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Babaxanov İkram Hacıəhməd oğlunun şikayətdə və izahatında göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətinin əsas dəlilləri qismində məhkəməyə təqdim etdiyi fotolarda avtomobilin “baş yol" nişanı olan istiqamətdə olduğu, yolayrıcına yenicə yaxınlaşaraq avtomobili sərnişinlərin minməsi üçün bir qədər arxaya hərəkət etdirdiyi, həmin vaxt məsafəni vizual ölçmək mümkün olmadığından avtobus dayanacağı nişanına münasibətdə aradakı məsafənin məhz 15 metrdən az olması barədə şübhələr yaranması, habelə sərnişinləri mindirdiyi yer baş yolun kənarı olmaqla həmin yerin avtobus dayanacağı yerinə (nişanına) aidiyyətinin olmaması və dayanacağa 15 metr məsafənin yalnız avtobus nişanı quraşdırıldığı yol istiqamətində hesablana biləcəyi göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV hissəsinin tələbləri baxımından digər nəqliyyat vasitələrinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmasına görə qadağa müəyyən olunmuşdur ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq normanın tələblərinə zidd olaraq ## #### 2026-cı il tarixdə idarə etdiyi "KİA Forte'' markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.12, 5.13 yol nişanlarından 15 metrdən az məsafədə saxlaması və bununla da ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə törədə biləcək şərait yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, digər nəqliyyat vasitələrinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmasına görə qadağa müəyyən edən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV hissəsi əsas etibarilə ümumi istifadədə olan nəqliyyat vasitələrinin hər hansı maneə olmadan və təhlükəsiz hərəkət imkanlarını təmin etmək məqsədinə xidmət etməklə həmin qaydanın pozulmuş hesab olunması üçün həmin vaxt nəqliyyat vasitələrinin hansı istiqamətdə hərkətdə olmalarına dair hər hansı qeyd-şərt müəyyən etməmişdir. Məhkəmə onu da qeyd edir ki, Babaxanov İkram Hacıəhməd oğlunun avtomobilinin “baş yol" nişanı olan istiqamətdə olduğu, yolayrıcına yenicə yaxınlaşaraq avtomobili sərnişinlərin minməsi üçün bir qədər arxaya hərəkət etdirmək məqsədilə saxladığı və avtobus dayanacağının baş yola perpendikulyar hissədə olması vəziyyətində onun avtomobilinin artıq hər iki istiqamət üzrə yolun iştirakçısı kimi çıxış etməklə avtobus dayanacağının yerləşdiyi istiqamət üzrə yol hərəkətində maneə üçün şərait yaratması halı istisna olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV hissəsinin tələblərinə zidd olaraq ona məxsus nəqliyyat vasitəsinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması və bununla da ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə törədə biləcək şəraitin yaranması öz təsdiqini tapdığı halda apellyasiya şikayətində göstərilənlər inzibati məsuliyyətin yaranmasını istisna edən hallar hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babaxanov İkram Hacıəhməd oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar