Məhkəmə qərarları › İş №3(3-6)-1209/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1209/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1209/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı (hakim Vüsal Tağıyev) ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə və Əmək Müfəttişliyi hesab etmişdir ki, mən "işəgötürən" qismində çıxış etmişəm. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək və ya şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi rəhbər şəxsdir. Mən Quba və Xaçmaz rayonlarındakı sahələrdə işəgötürən deyil, sifarişçi (Türkiyə vətəndaşı) tərəfindən cəlb olunmuş gündəlik işçi (fəhlə) kimi fəaliyyət göstərmişəm. Digər işçilər üzərində heç bir inzibatiidarəetmə səlahiyyətim, onları işə götürmək və ya işdən azad etmək hüququm olmayıb. İş materiallarında olan şahid izahatları (Mühbəliyev Əkbər, Mehrəliyev Anar və s.) təsdiq edir ki, mən də onlarla birlikdə eyni statusda işləmişəm və ödənişlər birbaşa xarici vətəndaş tərəfindən həyata keçirilib. Məhkəmə buşahid ifadələrinə hüquqi qiymət verməmiş, yalnız Ruslan Mustafayevin subyektiv və qərəzli şikayətinə əsaslanmışdır. Verdiyi izahatında da günəmuzd pul aldığını təsdiqləmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatların məzmununu araşdırsaydı həmin sənədlərin kimə aid olmasını asanlıqla müəyyən edə bilərdi. Eyni zamanda zəruri saydığı halda bununla bağlı cavabdehdən əlavə sübutlar da tələb edə, habelə şahidləri cəlb edib ifadəsini ala bilərdi. Məhkəmə mənim adıma VÖEN olmasını avtomatik olaraq "işəgötürən" olmağımasübut kimi qəbul etmişdir. Halbuki, vergi uçotunda olmağım mənim mütləq şəkildə həmin konkret işdə işəgötürən olduğumu sübut etmir. Mən həmin müddətdə fərdi sahibkar kimi heç bir işçi cəlb etməmişəm və heç bir şəxslə əmək münasibətlərinə daxil olmamışam. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə iddiaçının təqdim etdiyi dəlilləri təsdiq edən sübutların olub olmadığını müəyyən etmədən, vəzifəssi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən iddiaçının izahatlarını mötəbər hesab etmişdir.Cavabdehin tərəfindən təqdim edilmiş dəlillərini isə qiymətləndirməmiş və həmin dəlillərin nəzərə alınıb-alınmadığı isə qəbul etdiyi qərardan bəlli deyildir. Bu isə tərəfin məhkəmə qərarının şübhə doğurmaması hüququnu ciddi şəkildə pozmuşdur. Bir mənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədləri tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar. Başqa sözlə, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları, düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi-nəzərdən də barəsində şikayət olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, X3 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində Quba- Qusar yolu ərazisində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi faktı inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları və müvafiq sənədlərlə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində tənbeh tədbirinin tətbiq edilməsinin əsaslarını düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Bununla belə məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə zəruri sübutlara istinad etməklə onlara verilmiş hüquqi qiyməti bir daha vurğulamağı vacib bilir. Belə ki, X3 müxtəlif dövlət qurumlarına ünvanladığı ərizədən görünür ki, o, Sübhan adlı şəxs tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində Quba və Xaçmaz rayonlarında təsərrüfat işlərinin görülməsinə cəlb edilmiş, işlədiyi bir neçə günə əmək haqqını Sübhan vermiş, lakin digər günlərin əmək haqlarını Sübhandan ala bilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Quba-Xaçmaz regional şöbəsində verdiyi ##.##.2026-cı il tarixli izahatdan görünür ki, X3 onun tərəfindən işlərin görülməsinə cəlb edilmiş, sonuncu gördüyü işlərə görə əmək haqqını tam almış, lakin aralarında əmək müqaviləsi bağlanmamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində Quba-Qusar yolu ərazisində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəhlə işinin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. İnternet Vergi İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, fəaliyyət növü avtomobillərin yuyulması xidmətinin göstərilməsi ilə bağlı olmuşdur. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət ərizəsinə əlavə edilmiş ərizələrə dair haqlı qeyd etmişdir ki, X2, X4, X5, X7 və X6 ərizələrində Qusar rayonunda yerləşən “xxxx” şirkəti tərəfindən işə cəlb edilmələri, Qərardan şikayət verən orqan (şəxs) onlarla birlikdə günəmuzd fəhlə işləməsi ilə bağlı göstərdikləri, sonuncu tərəfindən X3 işlərin görülməsinə cəlb edilmədiyini təsdiq etmir. Başqa sözlə, qeyd edilən şəxslərlə Qərardan şikayət verən orqan (şəxs) arasında işçi-işəgötürən münasibətlərinin olmaması, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən, vergi ödəyicisi olan Qərardan şikayət verən orqan (şəxs) işəgötürən qismində X3 işlərin görülməsinə cəlb etmədiyini təsdiqləyən sübut kimi qəbul edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi doğru vurğulamışdır ki, Qərardan şikayət verən orqan (şəxs) vergi ödəyicisi qismində fəaliyyətinin avtomobillərin yuyulması xidmətinin göstərilməsi ilə bağlı olması, onun tərəfindən vəzifəli şəxs qismində X3 işlərin görülməsinə cəlb edilməsini istisna etmir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin görülməsinə cəlb etməsi məhkəmədə toplanmış sübutlarla təsdiqini tapmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi, verilmiş şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs)barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar