Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1210/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün “buraxılmış müddətin bərpa olunması” barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir.
2. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət vermiş, eyni zamanda şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəmənin həmin qərardadından şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ünvanladığı şikayət ərizəsi və ona əlavə edilmiş vəsatətdən də müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan ## ###### 2026-cı il tarixədək məlumatlı olmuş, ##.##.2026-cı il tarixində DIN-nə rəsmi şikayət ünvanladığını da qeyd etmişdir. Iş materiallarından da göründüyü kimi, qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən üzrsüz səbəbdən 04 aydan da çox müddət keçmiş və Qərardan şikayət verən orqan (şəxs) bu müddət ərzində şikayət vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Belə olduğu halda, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpa edilməməsinə dair vəsatəti təmin etməməklə haqlı olmuşdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI:
Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün “buraxılmış müddətin bərpa olunması” barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.