Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1211/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## #### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2024-cü il tarixdə 250000 ABŞ dolları məbləğində olan vəsaiti avans olaraq bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## ###### 2026-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 250000 (iki yüz əlli min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 50000 (əlli min) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC olaraq məhkəmənin gedişatı barəsində poçt vasitəsi ilə heç bir bildiriş almamışıq və “Elektron məhkəmə” elektron sistemində yeniləşmə olduğundan məhkəmənin vaxtı, tarixi barəsində məlumatı olmamışdır. Məhkəmə elektron sistemində yeniliklər bitdiyindən məhkəmə prossesindən agah olmuş və dərhal reaksiya göstərmişlər. Məhkəmə çıxardığı qərarın iclasından xəbəri olmadığı üçün “xxxx" MMC-nin öz hüquq və qanuni mənafeyini müdafiə etmək, məhkəməyə müvafiq sənədlər təqdim etmək, etiraz təqdim etmək kimi hüquqlarından məhrum olmasına səbəb olmuşdur. Mərkəzi Bank və Binəqədi Rayon Məhkəməsi elektron bazalarda mövcud olan problemdən xəbəri olduğu halda heç bir araşdırma aparmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni cərimə edilməsini qərara almışdır. Qeyd olunan qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin konstitusion hüquq və qanuni mənafeyinin pozuntusuna səbəb olub. Onuda Məhkəməyə bildirmək istəyirik ki, Qərarda, Protokolda qeyd olunan məbləğ xarici şirkətə ödənilib və əvəzində Respublikaya qida malları daxil olub (gömrük bəyanamələri ilə təsdiqini tapır). Ödənilən məbləğ “xxxx” tərəfindən təsdiq edilib. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi müvafiq gömrük bəyannamələrinin surəltərini təqdim edib apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Mərkəzi Bankın nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq gömrük bəyannaməsinə əsasən iki il müddətində malların idxal edildiyinin təsdiq edildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsinə etiraz edilmədiyini bildirdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2024-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC-də olan hesabdan 250000 ABŞ dolları məbləğində pul vəsaiti “FONTERRA BRANDS MİDDLE EAST LLC” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən Protokol tərtib edən orqanlar göndərilmiş ## ###### 2026-cı il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 250000 ABŞ dolları məbləğində olan vəsait bank hesabından ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara avans olaraq köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. İş materiallarında olan ## ###### 2024-cü il tarixli müqavilədən görünür ki, “FONTERRA BRANDS MİDDLE EAST LLC” şirkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məbləği 10000000 ABŞ dolları təşkil edən alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın ## ###### 2016-cı il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmış və kifayət qədər araşdırma aparılmadan yekun qənaətə gəlinmişdir. Belə ki, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında şikayətdə göstərdiyi dəlillər öz təsdiqini tapmış və hazırkı iş üzrə inzibati xəta tərkibinin olmaması müəyyən olunmuşdur. Belə ki, “XalqBank” tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli BŞ-XO- ##.##.****-*** saylı məktubdan görünür ki, müvafiq ödənişlər 01241000095463 və ************** saylı yük gömrük bəyannamələri vasitəsilə bəyan edilmişdir. ## #### 2024-cü il tarixli nömrəli 01241000095463 tarixli gömrük bəyannaməsindən görünür ki, ## ###### 2024-cü il tarixdə xaricə köçürülmüş vəsait hesabına alınmış mallar 2 il müddət keçmədən – cəmi 1 ay sonra ölkəyə idxal edilmişdir. Təqdim edilmiş məktublardan görünür ki, gömrük bəyannamələrinə əsasən mallar bəyan edilmişdir. İnzibati orqanın - Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi də apellyasiya baxışı zamanı malların ölkəyə idxal edildiyini təsdiq etmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində maliyyə vəsaiti köçürülmüş və həmin ödəniş üzrə mallar qanunla müəyyən olunmuş 02 (iki) il müddət keçmədən – bir ay sonra ölkəyə idxal edilmiş və belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi baş verməmiş hesab edilməlidir. Bu da öz növbəsində hazırkı iş üzrə inzibati xəta hadisəsinin baş verməməsinə dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli EP ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı ləğv edilsin. Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli EP ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1211/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1211/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver