Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1214/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, “KIA Cerato” markalı **-YM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat və 2 balla cərimə olunması haqqında, Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Biəqədi Rayon Məhkəməsinin (hakim Z.R.Bağırov) ## #### 2026-cı il tarixli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, idarə etdiyi “KIA Cerato” markalı **-YM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini “Araz” supermarketin qarşısında saxlamaqla, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, nəqliyyat vasitəsini saxladığı yerdən sağ istiqamətdə yol ayrıcına 7.50 metr, sol istiqamətində yol ayrıcına isə 7.50 metr məsafə olmuşdur. “Araz” supermarketin ön giriş qapısında yol çiynində əraziyə uyğun olaraq nəqliyyat vasitələrinin dayanması durması üçün üfüqi nişanlama xətləri ilə yerdə konkret nəqliyyat vasitələrinin yan yana durması üçün üfüqi nişanlama xətləri çəkilmiş və nəqliyyat vasitələrinin parklanması üfüqi nişanlama xətləri 1.4 ilə sarı rənglə sərhədləri müəyyən edilmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi inzibati iş üzrə verilmiş şikayəti toplanmış iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, mübahisələndirilən Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı saymır və aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını tədqiq olunmuş iş materialları ilə əlaqəli yoxlayaraq qeyd edir ki, məhkəmə tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə hüquqi mövqeyinə münasibətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayəti və mübahisə olunan yol hərəkəti qaydasına dair təqdim olunmuş fotoşəkillər əlaqəli şəkildə təhlil olunarkən, işin həqiqi halları ilə müqayisədə, inzibati xəta hadisəsinin törədilməsi faktı müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir:“...Məhkəmə xüsusilə qeyd edir ki, şikayətçinin sözügedən ərazinin parklanma yeri olması barədə istinadları hüquqi baxımdan əsaslı hesab edilə bilməz, çünki qüvvədə olan yol hərəkəti qanunvericiliyinə əsasən parklanma yerləri yalnız müvafiq yol nişanları (xüsusilə 5.15 nişanı) və səlahiyyətli dövlət orqanı tərəfindən tətbiq edilmiş nişanlama vasitəsilə müəyyən edilir. Halbuki iş üzrə müəyyən olunmuşdur ki, həmin ərazidə belə nişan mövcud olmamış, çəkilmiş nişanlama xətləri isə səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən deyil, üçüncü şəxslər tərəfindən tətbiq edilmiş və bu səbəbdən hüquqi tənzimləyici qüvvəyə malik olmamışdır ki, bu da öz növbəsində şikayətçinin həmin nişanlamaya əsaslanaraq davranışını hüquqa uyğun hesab etməsi üçün obyektiv əsasların olmadığını göstərir...”. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı ilk öncə qeyd edir ki, “Araz” supermarketin qarşısında dayanma və ya durmanı qadağan edən müvafiq yol nişanları (3.27,3.28,3.29) işdə olan fotoşəkillərlə müəyyən edilməmişdir. Bundan başqa, “Araz” supermarketin qarşısında avtomobillərin dayanması üçün çəkilmiş nişanlama xətlərinin qanuni və ya qanunsuz olmasına məsul qurumların və ya müvafiq icra hakimiyyəti orqanlarının nəzarətsizliyi nəticəsində yol hərəkəti iştirakçısının inzibati məsuliyyətə cəlb olunması mümkün halda yolverilməzdir. Bundan əlavə, “Araz” supermarketin qarşısında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş yerdə dayanmış “KIA Cerato” markalı **-YM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin təsiri altında, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasını və ya durmasını təsdiq edən fakt, Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Baş Dövlət Yol Polisi Idarəsinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən mübahisə ilə əlaqədar məhkəməyə təqdim olunmamış və belə bir hal məhkəmə baxışı zamanı da aşkar edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı, həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Qeyd: Bu Məcəllənin 97.1-ci və 124.5-ci maddələrində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi iddia olunan və nəqliyyat vasitəsinin yanında olmamış şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan aparılmalı olan foto və ya video çəkilişə dair dəlillər mübahisə ilə əlaqədar səlahiyyətli vəzifəli şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Işdə olan fotoşəkillərin təhlilindən bir daha görünür ki, “Araz” supermarketin qarşısında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş yerdə dayanmış “KIA Cerato” markalı **-YM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin təsiri altında, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsindən və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması və ya durması faktı təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq vurğulayır ki, fotoşəkillərin müqayisəli təhlili göstərir ki, “Araz” supermarketin qarşısında avtomobillərin dayanması üçün çəkilmiş nişanlama xətlərinin hüdudları daxilində dayanmış “KIA Cerato” markalı **- YM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsini və kəsişən hərəkət hissəsinin kənarını əks etdirən sağ və sol müvafiq nişanlama xətlərindən nəinki 5 metrdən az yaxınlıqda dayanması müşahidə olunmur, əksinə həmin sağ və sol nişanlama xətlərindən kifayət qədər uzaq məsafədə dayandığı məlum olur. Bununla da, apellyasiya baxışı zamanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətinə və inzibati xəta hadisəsinin baş verdiyi ərazini əks etdirən fotoşəkillərin tədqiqinə əsasən, “KIA Cerato” markalı **-YM- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin təsiri altında inzibati xəta törətməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya baxışının nəticlərinə əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sübutlarla müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Apellyasiya instansiyası məhkəməsi, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “KIA Cerato” markalı **-YM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, “Araz” supermarketin qarşısında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş yerdə saxlamasına görə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında, Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın məhkəmə qaydasında mübahisəsi zamanı mövcud şübhələrin onun xeyrinə həll edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi, iş üzrə toplanmış icraat materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Apellyasiya şikayəti təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya Instaniyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilsin. Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1214/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1214/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver