Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1215/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Mirsadiq Seyidov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində X4 Xidmətinin Bakı Şəhəri İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X8 şikayəti əsasında X4 Xidmətinin Bakı Şəhəri İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2026-cı il tarixli, 3-17-5/2- 10873/2026 məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər natamam təqdim olunmuşdur. Belə ki, sözügedən ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubda nəzərdə tutulan sənədlər siyahısından son haqq-hesabın hesablanıb ödənilməsinə dair müvafiq sənədlərin surəti təqdim edilməmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilərək X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104) ****/**** saylı, ## ##### 2026cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*/*- *****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X8 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması barədə X4 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Məktubda 1. əmək müqaviləsinin surəti, 2. vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməklə ətraflı müşaiət məktubu, 3. son haqqhesabın hesablanıb ödənilməsinə dair müvafiq sənədlərin surəti, 4. əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən müvafiq sənədlərin surəti (işlədiyi dövr üzrə) tələb edilmişdir. Çıxarışdan görünür ki, X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktub həmin tarixdə elektron qaydada Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi kabinetinə yerləşdirilmişdir. Sənədin icra müddəti ##.##.2026-cı il tarixə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 16:00-da * saylı Bakı Dost Mərkəzinə dəvət edilmişdir. Çıxarışdan görünür ki, X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktub həmin tarixdə elektron qaydada Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi kabinetinə yerləşdirilmişdir. Sənədin icra müddəti ##.##.2026-cı il tarixə kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanan ## ###### 2026-cı il tarixli, ** nömrəli məktubdan görünür ki, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktuba cavab olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi bildirir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ilə işçi X8 arasında ##.##.2019-cu il tarixdə bağlanmış Əmək müqavilə ilə ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixə kimi cəmiyyətdə 4-cü dərəcəli qülləli kran maşınisti peşəsində işləmişdir. İşlədiyi dövr üzrə X8 əmək haqqı hesablanmış, əmək haqqı kartına köçürülmüş və işlədiyi dövrün DSMF-si köçürülmüşdür. X8 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2020- ci il tarixli 14№-Ii ƏMR-i ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixinədək və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2021-ci il tarixli ** №-li ƏMR-i ilə ##.##.2021-ci il tarixdən ##.##.2021- ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır və ödənişsiz məzuniyyətdə olduğu müddətdə ona əmək haqqı hesablanmamışdır, ödənilməmişdir və ödənişsiz məzuniyyətdə olduğu dövrün DSMF-si köçürülməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, İnzibati xəta haqqında protokola əsasən vətəndaş X8 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən müəssisəyə 3-17-5/2- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, sonhaqq hesabın ödənilməsi ilə bağlı sənəd təqdim edilməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt avtomatlaşdırılmış sosial informasiya sistemi üzərindən çıxarış ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görəvəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati xəta haqqında protokol vətəndaş X8 şikayəti əsasında tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb kimi isə vətəndaş X8 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin15.2ci maddəsinə əsasən müəssisəyə 3-17-5/2- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da, son-haqq hesabın ödənilməsi ilə bağlı sənədin təqdim edilməməsi olmamışdır. Məhkəmə müəyyən etmişdir ki, inzibati xəta tərkibinin obyektiv tərəfi, yəni qanuni tələbə əməl etməmək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətsizliyində müəyyən edilmir. Çünki protokolun tərtib edilməsinə səbəb olmuş tələb edilən sənədlərdən son-haqq hesabın ödənilməsi ilə bağlı hər hansı bir sənəd mövcud olmamış, bununla bağlı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən protokol tərtib edilməzdən əvvəl, yəni ## ###### 2026-cı il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilmişdir. Təqsir elementi də istisna olunur, belə ki, hüquqi şəxs öz səlahiyyət və faktiki imkanları xaricində olan hərəkətə görə məsuliyyət daşıya bilməz. Göstərilən hallardan görünür ki, Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənədlərin (sonhaqq hesabın ödənilməsi ilə bağlı) təqdim edilməsində inzibati xəta törətmək qəsdi və ya səhlənkarlıq elementi olmamış, yaranmış vəziyyət sırf belə bir sənədin mövcud olmaması səbəbindən meydana çıxmışdır. Digər tələb edilən sənədlər isə tam şəkildə səlahiyyətli orqana təqdim edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, hüquqi şəxsin real icra imkanı müəyyən edilmədən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati xətanın tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati orqan olaraq İnzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. Halbuki İnzibati Xətalar Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən təqdim edilən protokolun əsaslılığını yoxlayarkən, qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi barəsində icraat aparılan şəxs barədə protokol tərtib edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmamışdır. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilən sənədlərdən son-haqq hesabın ödənilməsi ilə bağlı hər hansı bir sənəd mövcud olmamış, bununla bağlı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən protokol tərtib edilməzdən əvvəl, yəni ## ###### 2026-cı il tarixli məktubla DƏMX-nin Bakı şəhər İdarəsinə məlumat verilmişdir. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticəsi qanuni və əsaslıdır. İşin halları X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun əsaslılığını və bu barədə apellyasiya şikayətinin dəlillərini təkzib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1215/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1215/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver