Məhkəmə qərarları › İş №3(3-6)-1217/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1217/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1217/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə saat 11-də idarə etdiyi “Mercedes Benz E240” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 8 noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olarkən həmin yolda “çevik polis alayı” olan hissəyə çatanda avtomobilin arxa hissəsində güclü əsmə (nasazlıq) hiss edib, məcburi qaydada hərəkət zolağından sağa, avtobus zolağına daxil olub, qəza işıqlarını yandırıb avtomobili dayandıraraq düşüb avtomobilə baxış keçirdikdə, arxa sağ təkərin cırıldığını görmüşdür. Ehtiyat təkərin dəyişməsi üçün alətin olmaması səbəbindən avtomobil ilə qəza işıqları yanılı vəziyyətdə, yavaşyavaş bir qədər irəlidəki təkər təmiri yerinə qədər hərəkət etmişdir. Daha sonra ehtiyyat təkər orada qoyulduqdan sonra hərəkətini davam etdirmişdir. Bir müddət sonra avtomobili ilə nasazlıq səbəbindən təcili və məcburi dayanma etdiyi avtobus zolağında saxladığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə edilməyi barədə ## ###### 2026- cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında protokol əsasında çıxarılmış eyni tarixli elektron qərarın qüvvəyə minməsinə dair mobil telefonuna məlumat daxil olmuşdur. Hesab etmişdir ki, bu vəziyyətdə, yəni avtomobildə baş vermiş nasazlıq səbəbindən hərəkəti mümkün olmadığı və təcili məcburi dayanmağına görə ona Qanunsuz elektron cərimə tətbiq edilmişdir. Ona görə də elektron qərarı əldə edib məhkəməyə şikayət vermək qərarına gəlmişdir. “X3” Qanunun 1-ci maddəsinin (əsas anlayışlar) 30-cu bəndində nəqliyyat vasitəsini texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması kimi anlayış mövcuddur. Hesab edir ki, avtomobildə yaranmış nasazlıq (arxa sağ təkərin partlaması) səbəbindən avtomobili məcburi qaydada yolun sağına çəkərək dayanmağı açıq-aşkar göründüyü halda buna görə xüsusi texniki vasitə ilə qeydə alınmış cərimə əsassız və qanunsuzdur. Eyni zamanda fotoşəkildən görünür ki, həmin istiqamətdə avtomobillər sərbəst hərəkət edir və heç bir sıxlıq müşahidə edilmir. Belə olan halda məntiqi sual yaranır: nəyə görə yol boş olduğu halda o, avtobus zolağına daxil olmalıdır? Təbii ki, yalnız yuxarıda qeyd etdiyi və Qanunla nəzərdə tutulan istisna hallarından, həmin hallardan biri də nasazlıq səbəbindən məcburi qaydada avtomobili qadağan edilmiş yerdə belə yol kənarında saxlamaq və səbəblərin aradan qaldırılması üçün tədbirlər görmək. Ona görə də, “X3” Qanunun 1-ci maddəsinin (əsas anlayışlar) 30-cu bəndində göstərilən hallardan birinə görə avtomobilini saxladığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsindəki inzibati xətanı törətməmiş hesab edilməlidir. Bu əsasa görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə barəsində ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında protokol əsasında çıxarılmış eyni tarixli qərarın ləğvi və inzibati işin icraatına xitam verilməsi ilə bağlı tərəfindən elektron qərardan məhkəməyə şikayət verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin## ###### 2026-cı il tarixli, EQ ******** saylı elektron qərarı ləğv edilib iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Məhkəmə qərarında xəta ilə bağlı şübhələrin yaranmasını və bu şübhələrin aradan qaldırılması, yəni başqa mötəbər və təkzibedilməz sübutların təqdim etmək vəzifəsini səlahiyyətli orqanın üzərinə qoymuşdur. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli şəxsləri heç bir araşdırma aparmadan, xətanın nasazlıqdan deyil, qəsdən edilməsi barədə hər hansı sübut təqdim etmədən sistemə eyni fotoşəkillər yerləşdirərək əsassız olaraq ## #### 2026- cı il tarixli, EQ/ ******** saylı qərar qəbul etmişlər. Belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli şəxsləri məhkəmə qərarında qeyd edilən halları araşdırmaqdan yayınmışlar, əks halda inzibati xəta işi üzrə elə həmin qurum özü xitam qərarı çıxarmalı idi. Lakin, bunu məhkəmənin öhdəsinə buraxmışlar, nəticədə şikayətçini yenidən məhkəməyə şikayətlə müraciət etməyə vadar etməklə süründürməçiliyə şərait yaratmışlar. Odur ki, iddia edilən “xəta” ilə bağlı yaranmış şübhələr səlahiyyətli orqan tərəfindən aradan qaldırılmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli, EQ/ ******** saylı qərarı ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan bəhs edən 53cü maddəsinin 1.3-cü bəndinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Eyni Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə əsasən, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə edilməyi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli, EQ/ ******** saylı qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Mirsadiq Seyidov) şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, avtomobildə yaranmış nasazlıq səbəbindən qəfil dayanması kamera vasitəsi ilə çəkilmiş fotolarda avtomobilin arxa sağ hissəsinin əyri olması açıq-aşkar göründüyü halda qeydə alınmış həmin cərimə əsassız və qanunsuzdur. Eyni zamanda fotoşəkildən görünür ki, həmin istiqamətdə avtomobillər sərbəst hərəkət edir, heç bir sıxlıq müşahidə edilmir. Belə olan halda məntiqi sual yaranır: getdiyi istiqamətdə yolun digər zolaqları boş olduğu halda nəyə görə o, avtobus zolağına daxil olmalıdır? Təbii ki, bu yalnız yuxarıda qeyd etdiyi və göstərilən nasazlıq səbəbindən bas vermişdir. Ona görə də, “X3” Qanunun 1 -ci maddəsinin (əsas anlayışlar) 30-cu bəndində göstərilən hallardan birinin baş verməsinə görə avtomobilimlə avtobus zolağına daxil olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsindəki inzibati xətanın tərkibi yaranmamalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli (hakim Mirsadiq Seyidov) qərarı ilə şikayət qismən təmin edilərək iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ ******** saylı elektron protokol əsasında çıxarılmış eyni tarixli elektron qərar ləğv edilərək yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Məhkəmə iclasında videogörüntü monitor vasitəsi ilə nümayiş olunarkən məlum oldu ki, cəmi 3-4 saniyədən ibarət videogörüntüdə avtomobilim saatda 15-20 km surətlə, qəza işıqları işlək və arxa sağ tərəfə əyilmiş vəziyyətdə yolun ən sağ zolağı ilə hərəkət edir. Həmin qısa videogörüntüyə baxış keçirdikdən sonra bir qədər öncə, yəni nasazlıq (arxa hissədə titrəmə hiss etdikdə) səbəbindən avtomobili sağa çəkib saxlayaraq bunun nə ilə bağlı olmasını bilmək üçün avtomobildən düşməyi və arxası əyilmiş sağ tərəfinə keçməyi ilə bağlı görüntünü də təqdim olunmasını da tələb etmiş, lakin video tam təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarı qeyriobyektiv, qərəzli, sifarişli, məntiqsiz, şübhəli, sübutsuz olduğundan ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “X3” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 11:02-də 8 Noyabr pr – X2 yaxınlığı, Zığ istiqamətində “Mercedes E240 minik” markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1- 1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır Şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, “Mercedes E240 minik” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında dayanmışdır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Mercedes E240 minik” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda idarə edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş, X4 tərəfindən yazılmış ## ##### 2026-cı il tarixli izahatdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə EQ ******** saylı, ## #### 2026-cı il tarixli elektron qərardan onun verdiyi şikayətlə bağlı bildirmək istəyir ki, ## ###### 2026-cı il tarixdə saat 11 radələrində həyat yoldaşı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Mercedes Benz E240” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə azyaşlı uşağı ilə avtomobilin arxa oturacağında əyləşib 8 Noyabr prospekti ilə Zığ stiqamətində hərəkətdə olarkən ərazidə “Çevik polis alayı” olan hissədə avtomobilinin arxa hissəsində qəfil bərk titrəmə baş vermiş, Cavid məcburi avtomobili yolun sağ kənarına verərək dayandırmış və düşərək avtomobilə baxış keçirdikdən sonra arxa sağ təkərin sıradan çıxdığını bildirdi. Daha sonra avtomobili asta surətlə qarşıdakı təkər təmiri yerinə qədər idarə edib orada təkəri təmir etdirmiş və nasazlıq aradan qaldırıldıqdan sonra yollarına davam etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ## ###### 2026- cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş 05 yanvar.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan videogörüntüdən açıq şəkildə görünür ki, “Mercedes E240” markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etdirilmişdir. Bu hal isə inzibati xətanın obyektiv tərəfini birbaşa təsdiq edir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş pozuntunun mövcudluğunu göstərir. Şikayətçi tərəfindən irəli sürülən “məcburi dayanma” və “texniki nasazlıq” arqumentlərinə gəldikdə isə, “X3” Qanunun 55-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsi nasaz olduqda sürücü onu hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda isə yolun ən kənar hissəsində təhlükəsizlik tədbirləri görməklə dayandırmalıdır. Eyni zamanda belə hallarda qəza dayanma işıqları yandırılmalı və qəza dayanma nişanı (ən azı 30 metr məsafədə) qanunla müəyyən edilmiş qaydada yerləşdirilməlidir. Lakin iş üzrə sübutlardan, xüsusilə videogörüntüdən görünür ki, nəqliyyat vasitəsi qeyd edilən zolaqda dayanmış vəziyyətdə deyil, məhz hərəkətdə olmuşdur. Bu isə onu göstərir ki, sürücü tərəfindən nəqliyyat vasitəsinin “məcburi dayanması” deyil, əksinə həmin zolaqda hərəkət edilməsi baş vermişdir. Digər tərəfdən, əgər həqiqətən nəqliyyat vasitəsində texniki nasazlıq yaranmış və ehtiyat təkərin dəyişdirilməsi üçün zəruri avadanlıq mövcud olmamışdırsa, bu halda sürücü nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə etməklə hərəkəti davam etdirməməli, təhlükəsizlik qaydalarına uyğun tədbirlər görməli idi. Şikayətçinin iddia etdiyi kimi təkər ustasına çatmaq məqsədilə hərəkət etmək zərurəti yarandıqda isə, bu hərəkət ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış xüsusi zolaqda deyil, ümumi hərəkət zolaqları üzrə həyata keçirilməli idi. Bundan əlavə, “X3” Qanunun 48-ci maddəsinin tələblərinə əsasən, xüsusi zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır və bu qadağa yalnız qanunda açıq şəkildə göstərilmiş istisna hallarında tətbiq edilmir. Şikayətçi tərəfindən göstərilən hallar isə həmin istisnalara aid edilə bilməz. Beləliklə, şikayətçinin istinad etdiyi texniki nasazlıq halı nəqliyyat vasitəsinin məhz xüsusi zolaqda hərəkət etməsini zəruri edən və ya qanuniləşdirən hal kimi qiymətləndirilə bilməz. Əksinə, təqdim edilmiş sübutlar onun həmin zolaqda qanunsuz hərəkət etdiyini təsdiq edir. Birinci instansiya məhkəməsi inzibati xətanın törədilməsi ilə bağlı hər hansı aradan qaldırılmamış şübhə mövcud olmadığından və iş materialları ilə təqsir sübuta yetirildiyindən, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi öz təsdiqini tapdığından birinci instansiya məhkməsinin qərarı qanuni hesab edilir. Belə ki, iş materiallarında olan videogörüntüdə “Mercedes E240” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 8 noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etdiyi açıq aşkar görünür. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən artıq araşdırılıb qiymətləndirilmiş və məhkəmə də bu nəticə ilə razılaşmışdır. Belə ki, görüntünün tədqiqi zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin qadağan edici nişan olmasına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkəti faktı təsdiqlənmiş, onun müdafiəsi üçün gətirdiyi dəlillər əsassız hesab olnmuşdur. Məhkəmə bu baxımdan qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsi olmaması barədə dəlillər heç bir əsası olmayan, müdafiə xarakterli hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya şikayətində şikayətçi inzibati xəta haqqında qərarın əsaslılığını mübahisələndirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, təqdim edilən videogörüntü digər sübutlarla yanaşı, inzibati xətanı təsdiq edən sübut növüdür və onun əsaslılığını şübhə altına alan hər hansı dəlil mövcud olmamışdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanın törədilməsi barədə qərar qəbul edərkən işi tam və hərtərəfli araşdırmış, işə əlavə olunmuş inzibati xəta haqqında qərara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab edir ki, göstərilən hallar işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə belə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar