Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1218/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlunun sədirliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 (bundan sonra PHŞ) nümayəndəsi X9, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, vətəndaş X10 və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4) müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən *- **-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-yə bu cərimənin şərti olaraq tətbiq edilməsi və hüquqi şəxs tərəfindən bir ay müddətində törədilmiş hüquqpozmanın aradan qaldırıldığı təqdirdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi, həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəyə məlumat verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan “xxxx” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ## #### 2026-cı il tarixli yekun qərarı ## ##### 2026-cı il tarixdə “elektron məhkəmə sistemi”nə ## ##### 2026-cı il tarixi ilə yerləşdirilmiş və məhkəmə tərəfindən ## ##### 2026-cı il tarixdə bizə müvafiq bildiriş göndərilmişdir. Bu zaman məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməklə həmin qərar bizə “elektron məhkəmə sistemi” vasitəsilə 7 gün sonra geçikdirilməklə göndərilmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərarında göstərilir ki, «İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş Məlikova Bədirşah qızının və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4)müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X10 və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4) müraciəti əsasında ARƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilərək və şəxsi kabinetə bildiriş yerləşdirilərək, sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktub çatdırılmış və tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindəntərtib edilmiş ##.##.2025ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaş X10 və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsPHŞdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏM-nin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin elektron kabinetinə yerləşdirilmiş məktubun sürətindən görünür ki, sorğu ##.##.2025-ci il tarixdə «RespublikaPediatriya Mərkəzi» PHŞ-yə çatdırılmışdır”. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ ## ##### 2024-cü il tarixdən fəaliyyət göstərir və həmin vaxtdan da ünvan 1 ünvanında yerləşən Ə.Qarayev adına X13 yerləşir və həmin ünvana qeyd olunanlarla bağlı Dövlət ƏməkMüfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hər hansı bir məktub daxil olmamışdır. Formal olaraq Mərkəzin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206 A ünvanı qeyd edilsə də, X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən göndərilmiş məktublar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-ə və Mərkəzə çatdırılmamışdır. Nəticədə qeyd olunanlarla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-ə və X1 Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin məktublarından və vətəndaş X10 və digərlərinin həmin xidmətə müraciətindən xəbərsiz olmuşlar. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-ə ünvanlanmış X8 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in və Mərkəzin də qoşulduğu Mərkəzləşdirilmiş Elektron SənədDövriyyəsi vasitəsilə təqdim edilməmiş, yəni həmin məktub qeyd olunan müvafiq sistemə yüklənilməmişdir. Müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-ə ünvanlanmış X8 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2025-ci iltarixli *-**-*/*-*****/**** nömrəli məktubu ƏMAS alt sistemində ##.##.2026-cı ildən görsənsə də, sistem xətası ilə bağlı açılması mümkün olmamış, bu səbəbdən qeyd olunanlarla bağlı ##.##.2026-cı il tarixində 142 Qaynar xəttinə müraciətdən sonra, həmin sənəd yalnız ##.##.2026-cı il tarixdə açılmışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3(VOEN: **********) ƏMAS alt sisteminin “Rəsmi yazışmalar” bölümünə 2603928230086 və ************* nömrəli ##.##.2026-cı il tarixli məktublar daxil olmuşdur. Lakin həmin məktublar əlçatan formatda olmamış, yəni qoşma faylar bölümündə açılan sənədlər boş olmuş və hər hansı mətn olmamışdır. (ekran görüntulərini qoşmada təqdim edirik). Qeyd olunanlarla bağlı tərəfimizdən ##.##.2026-cı il tarixində 142 Çağrı mərkəzinə məlumat verilmişdir. Əlavə olaraq bildiririk ki, ************* nömrəli ##.##.2026-cı il tarixli məktubda ##.##.2026-cı il tarixinə, yəni məktubun göndərilmə tarixindən 17 gün əvvələ inzibati protokolun tərtibində iştirak edilməsi üçün dəvət təyin olunmuşdur. Göründüyü kimi, həmin məktub sistem xətası səbəbilə gecikmiş və tərəfimizdən yalnız ##.##.2026-cı il tarixində qəbul edilmişdir. Qeyd olunanlarla əlaqədar ##.##.2026-cı il tarixində **-*-**/*-***/**** nömrəli məktubla X8 Xidmətinin Bakı Şəhər İdarəsinəmüraciət edilərək 2603928230086, 2603928249464 və ************* nömrəli məktubların icra tarixini cari tarixə yeniləyib icra üçün təkrar göndərilməsinə köməklik göstərməyinizi xahiş edilmiş və 6 (altı) ekran görüntüsü də məktuba əlavə edilmişdir. Həmin məktuba bu günə kimi cavab verilməmişdir. Həmçinin, həmin sorğu Mərkəzə ESD üzərindən göndərilməmiş, ƏMAS portalına yerləşdirilmişdir. Hesab edirik ki, ƏMAS Əmək MünasibətlərininElektronlaşdırılması Sistemi olmaqla, elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulmamışdır. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ın tələblərinə əsasən daxil olan korrespondensiyanın ilkin yoxlanılması və təyinat üzrə göndərilməsi təmin edilir. Bu qaydaya uyğun olaraq, məktubun təyinat yerinə vaxtında çatdırılmaması yalnız poçt xidmətinin texniki icrası ilə bağlı olmuşdur və bu hal nə TƏBİB-in, nə də tabeliyində olan Pediatriya Mərkəzinin fəaliyyətindən asılı olmamışdır. Bu səbəbdən tərəflərin məsuliyyət daşıması üçün hüquqi əsas mövcud deyildir və vəziyyət müvafiq qanunvericilik çərçivəsində, obyektiv amillər nəzərə alınmaqla qiymətləndirilməlidir. Həm də, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin tələblərinə əsasən, elektron sənədin göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı, elektron sənədin alıcının göstərdiyi informasiya sisteminə daxil olduğu an isə elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Elektron sənəd dövriyyəsi vasitəsilə bizə elektron sənəd daxil olmamışdır. Məhkəmənin “*-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilərək və şəxsi kabinetə bildiriş yerləşdirilərək, sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktub çatdırılmış və tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən təqdim edilməmişdir” müddəası ilə bağlı bir daha qeyd edilir ki, həmin məktub hər hansı bir formadaMərkəzə vaxtında çatdırılmamışdır. Həm də tərəfimizdən müəyyən edilmişdir ki, *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub şikayətçi X10 işlədiyi Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsində yerləşən X2 Xəstəxananın ünvanına göndərilmiş, bir halda məktub geri qaytarılmış, digər halda isə məktub guya qəbul edilmişdir. Qeyd olunan məktub X2 Xəstəxanası tərəfindən Mərkəzə hər hansı bir formada təqdim edilməmiş və göndərilməmişdir. Həmin hallar məhkəmə tərəfindən yoxlanılmamışdır. Bundan başqa, məhkəmənin “Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir” müddəası ilə bağlı bildirilir ki, məhkəmə iclasları barədə müvafiq bildiriş və məlumatlar hər hansı bir formada Mərkəzə daxil olmamışdır. Həm də məlum olduğu kimi mart ayının ortalarından aprel ayının əvvəlinə kimi bütün ölkə ərazisində “elektron məhkəmə sistemi” məlum texniki səbəblərdən fəaliyyət göstərməmişdir. Bu üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirakımız mümkün olmamış və yalnız həmin sənədləri --- tarixdə həmin sistem vasitəsilə əldə etmişik. İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübutlar bu Məcəllədə nəzərdə tutulmuş qaydada toplanılmış və işdə qiymətləndirilmiş sübutlardır. Bu sübutlar işdə əhəmiyyət kəsb edən halların mövcudluğunu və ya olmamasını müəyyənləşdirir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən məhkəmə iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırdıqdan sonra qərar qəbul etməlidir. Məhkəmə isə yalnız qarşı tərəfdən təqdim edilmiş qeyri-dəqiq sənədlərə əsaslanmış və bizim təqdim etdiyimiz izahatlara, arqumentlərə və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə sübutlara birtərəfli yanaşmış, “obyektiv araşdırma prinsipi”ni pozmuşdur. Bu da ədalətli mühak hüququna ziddir (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və AİHM-in təcrübəsi ilə ziddiyyət təşkil edir). Odur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi tam həcmdə ləğv edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin “RESPUBLIKA PEDIATRIYA MƏRKƏZI” PHŞinzibati cərimə növündə tənbeh tədbirinin tətbiq olunması tələbləri əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərini uyğun çıxıb edib, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X10 və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4) müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilərək və şəxsi kabinetə bildiriş yerləşdirilərək, sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktub çatdırılmış və tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaş X10 və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏM-nin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X8 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin elektron kabinetinə yerləşdirilmiş məktubun sürətindən görünür ki, sorğu ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-yə çatdırılmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən vətəndaş X10 və digərlərinin (X7, X5, Hüseynova İlahə Qabil qızı, X4) müraciəti əsasında *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub əsasında tələb olunan sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə göndərilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-ə göndərilən sənədlər, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, elektron sistem vasitəsilə rəsmi şəkildə həmin quruma təqdim edilmişdir. Elektron sistemlər vasitəsilə sənədlərin çatdırılması, qanunla müəyyən olunmuş müddət və qaydalara uyğun olaraq hüquqi qüvvəyə malikdir. Hər hansı bir sənədin, xüsusilə əmək müfəttişliyi tərəfindən göndərilən, elektron şəkildə müəssisəyə təqdim edilməsi, müəssisənin həmin sənədləri qəbul etdiyi və onlara görə cavab vermək öhdəliyi daşıdığı anlamına gəlir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-in həmin sənədlərə reaksiya verməməsi, əmək qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Son olaraq, əmək müfəttişliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-ə təqdim edilən sənədlər, hüquqi baxımdan həmin qurumun qəbul etdiyi və ya qəbul etməli olduğu sənədlərdir. Bu sənədlərin qəbul edilməsi ilə müəssisənin müvafiq hüquqi vəzifə və öhdəlikləri yaranmışdır. Əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ bu öhdəliklərini yerinə yetirməyib, müvafiq qaydalara riayət etməyibsə, onun əmək qanunvericiliyini pozduğu və Azərbaycan RespublikasıİXM 539-cu maddəsi ilə tənbeh olunması üçün əsas yaranmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanuni olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb etmişdir. İXM-nin 539.3-cü maddəsində Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Bundan başqa birinci instansiya məhkəməsi cərimənin şərti olaraq tətbiq edilməsi və hüquqi şəxs tərəfindən bir ay müddətində törədilmiş hüquqpozmanın aradan qaldırılması barədə qərar qəbul etmişdir ki, bu da hüquqi şəxsin verilmiş müddət ərzində mübahisəni araşdıraraq həllini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1218/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1218/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver