Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1219/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası DINnin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17.23-də ünvan 1ndə, “Volkswagen Golf” minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarının pozduğuna görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat mələğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, ##.##.2026-cı ildə EQ******** nömrəli protokola əsasən 327.2 maddəsilə yolayrıcı keçmə qaydalarının pozulmasına görə 100 AZN+3 bal qanunsuz cərimələnmişdir. Ona göndərilən SMS RADAR linkində video tamamilə yoxdur və sms radar şəklində heç bir qayda pozdusu fotoda da əks olunmur. Həmin çəkilişə keçmiş Inqilab-Həsən Əliyev küçəsi ilə hərəkət edərkən, C.Məmmədquluzadə küçəsini kəsib keçən anda düşdüyü zaman o, artıq sağ tərəfdən, perpentikulyar yolla, yəni C.Məmmədquluzadə küçəsini keçmişdi və YHH Qanunda göstərildiyi kimi, digər hərəkət iştirakçılarına maneə törətdiyi sübut olunmur, yəni 4 yolda heç bir şəxsin və ya avtomoobilin hərəkətinə mane olduğu təstiq edilmir, nə sağ tərəfdən gələn, ya başqa istiqamətlərdəki avtomobillərə, piyadalara mane olmağı təstiqini tapmayıb. Həmin anda ağır tıxac olsa da, qanunun tələbini pozmamış və heç kəsə mane olmamışdır. Sfetoforun yaşıl işığı yanan kimi hamı kimi düz istiqamətdə hərəkətə başlamasaydı, arxadakı maşınlara mane olmuş olardı. Ona görə də heç kəsə mane olmadan, qabağında dayanan avtomobillər dayandığına görə, sarı xətlə işarələnmiş hissədə digər dayanan sürücülərin hərəkət etmədiklərinə görə, məcburi dayanmalı olmuşdur. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılması mümkün hesab edilmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, onun təqsiri məhkəmə icraatı zamanı inzibati iş üzrə toplanmış sübutlarla və inzibati xətanı əks etdirən videogörüntü ilə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında, Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə münasibətdə mövqeyini: “...Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə görüntünün olmamasını bildirsə də məhkəməyə təqdim edilən görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17.23-də ünvan 1 ünvanında olan ərazidə Volkswagen Golf minik markalı, **RP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcında tıxac yarandığı üçün dayanmalı olduğu halda, Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun 75.2-ci maddəsinin tələblərinə zidd olaraq 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olaraq hərəkətini davam etdirməklə yolayrıcında tıxacda qalmışdır. Belə ki, sürücü kəsişməyə yalnız onu keçə biləcəyinə əmin olduqda daxil olmalı, əgər qarşısındakı yol hissəsi doludursa və kəsişmədə dayanmağa məcbur qalacaqsa 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Göründüyü kimi, inzibati xətanın olması görüntü ilə də təsdiq olunur, ona görə də məhkəmə hesab edir ki, şikayət əsassızdır...”, işin müəyyən olunmuş həqiqi hallarına istinad edərək əsaslandırmışdır. Inzibati işdə olan videogörüntü, Azərbaycan Respublikasının “Yol Hərəkəti haqqında” Qanununun 69 və 75.2-ci maddələri ilə əlaqəli şəkildə təhlil olunarkən, Qərardan şikayət verən orqan (şəxs), ##.##.2026-cı il tarixdə saat 17.23-də ünvan 1ndə, “Volkswagen Golf” minik markalı ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1219/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1219/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver