Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1220/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. IXM-nin qeyd edilən maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat Idarəsinin öhdəliyindədir. Belə ki, Nəqliyyat Idarəsinin tabeliyində olan avtomobillər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli struktur qurumlarının əməkdaşları tərəfindən idarə olunsa da, həmin nəqliyyat vasitələrinin sürücülərinə yol vərəqələri Nəqliyyat Idarəsi tərəfindən verilir, həmçinin nəqliyyat vasitələri və sürücülər haqqında bütün məlumatlar yalnız həmin Idarədə olur. Lakin buna baxmayaraq Yasamal RPI-nin DYP şöbəsi yol hərəkəti əleyhinə inzibati xəta törədildikdə nəqliyyat vasitəsinin sürücüsü haqqında məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə Nəqliyyat Idarəsinə göndərməli olduğu halda Meşələrin Inkişafı Xidmətinə göndərmişdir. Qeyd edilən məlumatlar Meşələrin Inkişafı Xidmətində olmadığı üçün DYP şöbəsi tərəfindən ünvanlanan sorğular cavablandırılması üçün aidiyyəti üzrə həmin Idarəyə göndərilmişdir. Nəqliyyat Idarəsinin DYP şöbəsinin sorğularına göndərdiyi cavab məktublarından da görünür ki, avtomaşınlar və sürücülər haqqında məlumatlar həmin Idarədə olur (məktubların surətləri qoşmaya əlavə edilir). Lakin Yasamal RPI-nin DYP şöbəsi inzibati xəta törətmiş sürücülər barəsində məlumatları əldə etmək üçün sorğunu aidiyyəti üzrə düzgün göndərməmiş və buna görə də, qanunsuz olaraq barələrində ## #### 2026-cı il tarixli IXP ******* saylı əsassiz protokol tərtib etmişdir. Beləliklə də, yuxarıda göstərilən hallardan aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin IXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə heç bir aidiyyəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə prosesinə onların iştirakı olmadan baxılmasına etiraz etmirlər. Lakin şikayət ərizəsində qeyd etdikləri kimi işin materiallarına nəzər saldıqda xətanı sübut edən foto-şəkillə xətanın törədilməsi haqqında bildiriş və protokolda saat və tarix uyğunsuzluqları mövcud olması müəyyən edilir. Bu səbəbdən həm tərtib olunmuş protokolun əsassız olduğunu, həm də Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın düzgün olmadığını nəzərə alaraq çıxarılmış qərarın ləğv olunmasını və protokol üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis Idarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası IXM-nin 64.3-cü maddəsinə əsasən şikayətə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs» mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da «Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs» MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Bakı şəhəri Yasamal RPI-nin «Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs»-nin rəhbərliyinə ünvanladığı sorğudan görünür ki, həmin MMC-dən mülkiyyətində olan «Mitsubishi L 200» markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2026-cı il tarixdə, saat 16:09- da idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPI-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPI-nin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəhbərliyinə ünvanladığı sorğu ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verməli olduğu halda bunu etməmiş və bununla da məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan avtomobilin hərəkəti ilə bağlı MMX seriyalı protokol üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPI tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdən hesablanmaqla 5 gün müddətində həmin məlumatlar Bakı şəhəri Yasamal RPI-nin DYPŞ-nə təqdim edilməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Göründüyü kimi şikayətin dəlilləri qismində göstərilən mülahizələr yuxarıda sadalanan sübutlarla tam təkzib edilir. Apellyasiya şikayətində tələblərin yerinə yetirilməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat Idarəsinin öhdəliyində olması, Nəqliyyat Idarəsinin tabeliyində olan avtomobillərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli struktur qurumlarının əməkdaşları tərəfindən idarə olunmasına baxmayaraq, həmin nəqliyyat vasitələrinin sürücülərinə yol vərəqələrinin Nəqliyyat Idarəsi tərəfindən verilməsi qeyd edilsə də, məhkəmə bununla bağlı qeyd edir ki, X1 Idarəsinin sistemindən təqdim edilmiş çıxarışa əsasən **YG*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 minik” markalı avtomobili Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs balansında göründüyü üçün qeyd edilən dəlil əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1220/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1220/2026
06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver