Məhkəmə qərarları › İş №3(3-6)-1221/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1221/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1221/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin Islam Həsənzadə tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: «xxxx» MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən çıxarılan MN ******* nömrəli, ## ###### 2026-et il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin qanuni təmsilçisi və direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun barəsində MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında qərar qəbul etmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin işçisi X6 ##.##.2025-ci il tarixində xəsarət alması ilə nəticələnmiş bəxbəxt hadisənin baş verərkən həmin tarixdə əməkdaş barədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması müəyyən olunmamışdır. Bu əsasla Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə uyğun olaraq MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh qərarı qəbul edilmişdir. Qərar ## ###### 2026-cı il tarixində əldə edilmişdir. Lakin qeyd olunan maddə də göstərilmişdir ki, “Istehsalda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə ödəməlidir. Lakin bu hal baş verməmişdir. Belə ki, işçinin işə qəbul edildiyi gün icbari sığorta müqaviləsinin bağlanması üçün müraciət edilmişdir. Sığorta müqaviləsinin rəsmiləşdirilməsi elektron inteqrasiya prosedurundan asılı olmuş və sistemin 24 saatlıq texniki emal müddəti səbəbindən müqavilənin dərhal aktivləşməsi mümkün olmamışdır. Növbəti günlər həftəsonuna düşdüyü və qeyri iş günləri olduğundan müqavilənin yalnız növbəti ilk iş günü ##.##.2025- ci il tarixində “Pasha Life” sığortaya inteqrasiyası tamamlanaraq, ##.##.2025-ci il tarixindən sığorta müqaviləsi rəsmi təsdiq edilmişdir. Sistemin inteqrasiya müddəti və sığorta müqaviləsinin surəti tanış olmanız üçün qoşmaya əlavə edilir. Bundan əlavə, sığorta qeyd olunan tarixdə baş vermiş bədbəxt hadisəyə görə ödənişi qarşılayır. Bütün bunlardan əlavə, şirkətin dəyərlərinə sahib çıxaraq, zərərçəkmiş əməkdaş X6 bütün zəruri tibbi xərclərinin qarşılanmasını tam şəkildə təmin etmişdir. Müəssisə tərəfindən zəruri tibbi xərclərlə bağlı ödənişi təsdiq edən sənədlər qoşmaya əlavə edilir. Baş verən qəzadan əvvəl işçiyə bütün prosedurlar və təhlükəsizlik qaydaları və eyni zamanda təhlükəsizlik vasitələrindən istifadə qaydası və təminatların olması əvvəlcədən izah edilmişdir, işçinin ##.##.2025-ci il tarixli təhqiqat aktında da qeyd olunan faktı təsdiq etdiyi göstərilmişdir. X1 Müfəttişliyi Xidmətinə qeyd olunan faktlar barədə məlumat verilməsinə baxmayaraq yuxarıda qeyd olunanlar nəzərə alınmayaraq, inzibati tənbeh qərarı qəbul edilmişdir. X5 tərəfindən nəzərə alınmamışdır ki, icbari sığorta müqaviləsi bağlanmamış deyil, müqavilənin bağlanması üçün müraciət edilmiş, lakin ondan asılı olmayan texniki inteqrasiya səbəbindən proses qısa müddətə gecikmişdir. Buna baxmayaraq, sığorta münasibətləri faktiki olaraq formalaşmış və bədbəxt hadisənin baş verdiyi gün üçün sığorta təminatının həyata keçirilməsi razılaşdırılmışdır. Belə olan halda “icbari sığorta müqaviləsinin bağlanmama” faktı mövcud deyil. Beləliklə, X5 Xidmətinin Bakı idarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh etmə haqqında qərar əsassız olmaqla xitam verilməlidir. Tərəflərindən qanunvericiliyin bütün tələblərinə tam şəkildə əməl olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin Islam Həsənzadə apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 şikayətə uyğun izahat verərək verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) verilmiş şikayətin təmin edilməməsini və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı iltarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməlidir. Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 469-1-ci maddəsinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən qərarını onunla əsaslandırılmışdır ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş elektron sistemdən əldə olunmuş fotoşəkildən göründüyü kimi işçi işə qəbul edilən zaman «xxxx» MMC tərəfindən sistemə daxil olmaqda məhdudiyyətlər olmuş, məhdudiyyət səbəbi məlumat bazasının təkmilləşdirilməsi olmuşdur. Göründüyü kimi icbari sığortalanma hüquqi şəxsin təqsirli hərəkətləri nəticəsində deyil, məlumat bazasının yenilənməsi, bunun nəticəsində də elektron sistemin çalışmaması olmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin rəis müavini X2 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «xxxx» MMC-nin işçisi X6 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxst hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, hüquqi şəxsin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş və barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş “xxxx” ASC “xxxx” ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, «xxxx» MMC tərəfindən ##.##.2025-ci il tarixdə 1290.42 manat və 7169 manat “xxxx” MMCnin, ##.##.2025-ci il tarixdə 743.63 manat “xxxx” ASC-nin, ##.##.2026-cı il tarixdə 400 manat “xxxx” MMCnin xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, «xxxx» MMC tərəfindən istehsalatda bədbəxt hadisələrin sığortalanması üçün 12.56 manat ödəniş edilmişdir; «xxxx» MMC ilə “xxxx” ASC ilə bağlanmış ##.##.2025-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əlavədən görünür ki, hüquqi şəxs tərəfindən ümumilikdə 15.58 manat məbləğində ödəniş edilmişdir; Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. " Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında " qanunun 3.1.1 -ci və 4.0.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar əmək müqaviləsi üzrə işləyən işçiləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalıdır. Qeyd edilən qanunvericilik aktlarının ümumiləşdirilmiş tələbindən də aydın göründüyü kimi işəgötürən özünün hər bir işçisini icbari qaydada sığorta etdirməlidir. Icbari sığorta etdirmək vəzifəsi işçi ilə əmək müqaviləsi imzalandığı andan yaranır. Icbari sğorta müqaviləsi işçi ilə əmək müqaviləsinə xitam verildiyi andan qüvvədən düşmüş hesab edilir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş ektron portaldan əldə olunmuş fotoşəkildən görünür ki, işçi işə qəbul edilən zaman «xxxx» MMC tərəfindən sistemə daxil olmaqda məhdudiyyətlər olmuş, məhdudiyyət səbəbi məlumat bazasının təkmilləşdirilməsi olmuşdur. Lakin təqdim edilmiş elektron portaldan əldə olunmuş fotoşəkildə tarix müəyyən edilməmişdir. Gözəlov Yusiflə əmək müqaviləsi ##.##.2025-ci il tarixində bağlansa da, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2025-ci il tarixdə X6 işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ##.##.2025- ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqindən sonraya təsadüf etmişdir. "xxxx” MMC-nin işçisi X6 ##.##.2025- ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqi zamanı müəyyən edilmişdir ki, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2025-ci il tarixdə X6 işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması müəyyən olunmamışdır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən“Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamamasını nəzərə alaraq, həmin vəzifəli şəxsi Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar