Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1222/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından X3 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim Aygün Həsənova) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan X3 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, törədilmiş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmiş iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim olunan ##.##.2025-ci il tarixli, 03/2025İM nömrəli icarə müqaviləsində X2 adına “Kamaz” markalı avtomobilin ##.##.2025-ci il tarixdən icarəyə verildiyi qeyd olunmuş, lakin vətəndaş X2 da həmin yük avtomobilində sürücü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin tarixdən etibarən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X2 arasında bağlanmış 03/2025/İM nömrəli, ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, “Kamaz 55111 Yük” markalı, **- CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəçi, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən müəyyən edilmiş tikinti işlərində istifadə olunması üçün X2 icarəyə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin iş materiallarına əlavə edilmiş izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X2 ##.##.2025-ci il tarixindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCı barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Məhkəmə iclasında X3 Xidmətinin nümayəndəsi nümayəndə1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ######## 2025ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümükün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim olunan ##.##.2025-ci il tarixli, 03/2025İM nömrəli icarə müqaviləsində X2 adına "Kamaz" markalı avtomobilin ##.##.2025-ci il tarixdən icarəyə verildiyi qeyd olunmuş, lakin vətəndaş X2 da həmin yük avtomobilində sürücü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin tarixdən etibarən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin rəhbərliyinə ünvanlanmış *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, X2 müraciətinə əsasən 7 iş günü ərzində əmək müqaviləsinin surətinin, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquqi müqavilələrin surətinin və vətəndaşın müraciətində qeyd olunan an məsələlərə münasibət bildirilməsinə dair cavab məktubun təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ünvanlanmış *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi inzibati xətanın törədilməsi faktının olubolmamasının müəyyənləşdirilməsi üçün ## ######## 2025-ci il tarixdə, saat 12:00-da Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə dəvət olunmuşdur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X2 arasında bağlanmış **/****/IM nömrəli, ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, "Kamaz 55111 Yük" markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı vasitəsi icarəçi, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən müəyyən edilmiş tikinti işlərində istifadə olunması üçün X2 icarəyə verilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış ## #### 2025-ci il tarixli № 03/2025/İM saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən X2 "Kamaz" yük markalı **-CA-*** saylı avtomobili icarəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən edilmiş tikinti işlərində istifadə olunması üçün onun istifadəsinə vermiş, aylıq icarə haqqı 3000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, səlahiyyətli orqan inzibati xəta törədilməsinə dair protokolu tərtib edərkən, inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübut etmə yükü inzibati xətanın baş verməsini iddia edən səlahiyyətli orqanın üzərinə düşdüyündən inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutların toplanılması və məhkəməyə protokol ilə təqdim etmək vəzifəsi də səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-cu maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam versə də, bura da inzibati xətanın törədilməsi ehtimal edilən şəxsin təqsirinin sübuta yetirilməməsi də özünü aşkar şəkildə birüzə verir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə inzibati icraata xitam verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ümumən düz olduğu gənaətinə gələrək, qərarın təsviri əsaslandırıcı hissəsində apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni də şərh etməklə hesab edir ki, birinci instansiya məhkəməsinin inzibati icraata xitam verilməsi ilə bağlı qəbul etdiyi qərar əsaslı və qanuni olduğundan dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, sadalanan qanunların tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli mübahisələndirilən qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1222/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1222/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver