Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1223/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ/******** saylı protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli EQ/******** saylı qərarın ləğv olunaraq işə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Səfərov Rüfət Arif oğlunun şikayəti təmin edilməmiş, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ/******** saylı protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, elektron qərar 122-ci maddəyə əsasən xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində tərtib olunmalıdır. Və 53-cü maddəyə əsasən real vaxt rejimində tərtib olunmayan protokola xitam verilir. Həmin protokollara oxşar başqa bir protokolları məhkəmədə təqdim edəcək, hansılar ki həm birinci instansiya məhkəməsində həm apellyasiya məhkəməsində real vaxt rejimində tərtib olunmadığına görə xitam olunub. Bu bu cür qeyri düzgün protokolları tərtib edən bəzi əməkdaşların məqsədi, elə protokolları yarımçıq tərtib etmək, vətəndaşı çaştırmaqdır ki, vətəndaş başa düşməsin hadisə nə vaxt, harda və ən əsası hansı səbəbdən baş verib. 100-cü maddədə deyilir ki protokola inzibati xətanın törədildiyi yer və vaxt göstəirlməlidir. Real vaxt rejimində tərtib olunmayan elektron qərarların yol verilməməsi səbəblərdən biri də insan faktorudur. Protokoldaki şəkllərdən biz görürük ki 3 şəkil əlavə olunub hansılar ki fərgli fərgli rakurslardan(istiqamətlərdən) çəkilib. Şəkilər fərqli fərqli tarixdə və saatda, fərqli videomüşahidə kameraları ilə qeydə alınıb. Qayda pozuntusunun tarixi məlum deyil, şəkllərin üstündə heç bir tarix yoxdur, və biz məcburuq elektron qərarda əlnən daxil edilən tarixlərdən məlumat alaq. Yeri gəlmişkən prospektin adını da əlnən küçə kimi qeyd ediblər. Avtomobil nömrəsi arxadan oxunmur, sual yaranır niyə qabaq tərəfdən tam çəkməyiblər və qabaqdan yalnız nömrəni göstərirlər? Cavab, çünki nömrəli şəki tam başqa vaxtda başqa bir yerdə çəkilib. Əgər qabaqdan avtomobil şəkldə belə aydın düşsəydi, avtomobilin tam şəklini elə qabaqdan yerləşdirərdilər. Sadəcə əməkdaş kameradan maşın arxasına baxaraq hesab edib ki avtomobil filan rəqəmli nömrəyə aiddir bu rəqəmləri vurdu kartotekaya və eyni rəqəmli avtomobillərin siyahısı çıxdı. Və hər bir dövlət nişanlı avtomobillərin şəklləri kartotekalarında mövcuddur. Amma birmənalı qabaq şəki başqa bir vaxtda çəkilib, çünki avtomobilin qabağında başqa bir avtomobil var. Bəlkə doğurdanda başqa maşınla səhv salıblar maşınını? Bəlkə şəkidəki maşın sağa dönür, ona görə çıxıb zolağa, və yaxud döngədən çıxır? Bəlkə 8 noyabr prospektində yerləşən Bravo marketin döngəsidir, bəlkə yanacaq doldurma stansiyanın döngəsidir? Mən hesab edirəm ki şəkidəki maşın döngədən zolağa çıxıb və tezliklə icazə verilmiş yerdən zolağı tərk edəcək. Həmçinin 5.9 nişanına çatmayıb ki ona cərimə yazılsın. Xatırlatmaq istəyirəm ki YHHQnun 48 maddəsi dönərkən avtobus zolağına çıxmaqa icazə verir, 42-ci maddədə isə deyilir: Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Bəlkə şəkidəki 5.9 nişanı həmin hissədə ümumiyyətlə yoxdur? 8 noyabrdakı nişanların altında vaxt lövğəsi var 7:00-22:00. Və şəkldə olan nişan 8 noyabr prospektində ümumiyyətlə yoxdur. Bu suallar yaranmazdı, əgər doğurdanda protokol qanunun tələbi ilə tərtib olunsaydı. Amma burda insan faktoru rol oynayır. Məsələ də elə orasındadır ki belə əlnən düzəldilmiş protokolların tərtib olunmasında səhvlər baş verə bilir. Protokolda biz yalnız bir kameranın seriya nömrəsini görürük, hansı ki, şübhəsiz bortkompyuterdi və bu bortkompyuter vasitəsi ilə TŞ görüntülərini çəkib, tarixləri kəsərək gizlədib, istədiyi vaxtda protokol tərtib ediblər. 122.1-ci maddədə deyilir: mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa (yəni bortkompyuterə və yaxud telefona çəkib sonra göndərməklə yox, BİRBAŞA)həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində... Bu maddədə real vaxt rejimi bir neçə dəfəfə təkrarlanır və görünür ki real vaxt rejimi mühüm bir anlayışdır. Bəs real vaxt rejimi nədir: real vaxt rejimi - sistemlərdə məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində dərhal həyata keçirilməsini nəzərdə tutan iş rejimidir Bunu biz İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunda da görə bilərik 7.2. maddəsinin ikinci cümlədə “İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra” sözləri “Təsdiq edilmiş həmin qərar real vaxt rejimində” sözləri ilə əvəz edilsin. Burda demək istəyirlər ki real vaxt rejimi dərhal mənasını daşıyır, başqa vaxt yox. Mən burda demək istəmirəm ki niyə həmin saatda tərtib etməyiblər protokolu, protokol bir gün ərzində tərtib oluna bilər, bəli. Mən demək istəyirəm ki bu real vaxt rejimində tərtib olunmayan protokoldur. Real vaxt rejimində tərtib olunan protokollarda isə, protokol sabahsı gün tərtib olunsa belə, xətanın tarixi düzgün göstərilir. Mənim protokolumda isə xətanın vaxtı düzgün göstərilməyib, protokol tərtib olunan vaxtda göstərilib, çünki bortkompyuterdə tarixi dəyişmək mümkün deyil. Və sonda demək istəyir, ki o hər gün 6-7 saat maşın sürür, düzdür, o yolu gedib gəlir, amma yadında deyil o avtobus zolağı ilə hərəkət etsin. Avtobus zolağına çıxsada, yalnız qanunla icazə verilmiş hallarda. Nəticədə nömrəni təsdiq edən şəki lyalnız bir şəkidir hansı ki avtobus zolağında çəkilməyib və nömrəli avtomobilin zolağda olan şəkli ümumiyyətlə protokolda yoxdur. Hadisənin tarixi və vaxtı əlnən daxil edilib bu isə elektron qərar tərtib olunmasında yolverilməzdir, bu cür əlnən məlumatları daxil edə bilən şəxs yalnız hadisəni bilavasitə aşkar edən DYP inspektoru ola bilər, kamera arxasında bir neçə kilometr uzaqlığında əyləşən əməkdaş yox, ona görə ki hadisəni obyektiv giymətləndirməyə bilər və 122.5 maddəsi bu cür protokolları insan tərəfindən tərtib etməsini qadağan edir. "Qanun sərtdir, lakin qanundur" Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətini müdafiə edərək və ona uyğun çıxış edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibət bildirərək qeyd etdi ki, verilmiş şikayət əsassızdır. Nəqliyyat vasitəsinin digər vaxtlarda çəkilmiş şəkilləri təqdim ediblər. Videodaki avtomobillə eynidir. Görüntülərdə də nəqliyyat vəsitəsinin dövlət qeydiyyat nömrəsi ötəri görünür. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, həmin qərardan məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Yenidən araşdırma nəticəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ/******** saylı protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Peugeot RCZ” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2025-ci il tarixdə saat 22:54- də Xətai rayonu, 8 Noyabr küçəsində hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi aşkar edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş hadisənin baş vermə anının videogörüntülərinə və nəqliyyat vasitəsinin digər fotoşəkillərinə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş və Qərardan şikayət verən orqan (şəxs) “Peugeot RCZ” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2025-ci il tarixdə saat 22:54-də avtobus zolağına daxil olaraq inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) şikayətində və hazırda məhkəmə iclasında inzibati xətanı törətmədiyini bildirsə də, bu iş materiallarında olan sübutlarla təkzib edilir. İş materiallarında olan görüntülərlər ilə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Peugeot RCZ” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini pozaraq, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi öz təsdiqini tapır. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən fotoşəkillər və videogörüntülərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, məhkəmə işin faktiki hallarına və Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ/******** saylı protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1223/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1223/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver