Məhkəmə qərarları › İş №3(3-6)-1224/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1224/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1224/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) müdafiəçisi - “Universal” Vəkil Bürosunun vəkili Vəkil İlyas oğlunun iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 469-1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Həmin qərardan X4 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXMin 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Gözəlov Yusif Cəmaləddin oğlu ## ###### 2025-ci il tarix, saat 20:05-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus “Paulaner” restoranında ətləri qiymə etmək üçün ətçəkən avadanlıqdan istifadə edərkən anidən sağ əli ətçəkən avadanlığın fırlanan hissəsində qalmış və xəsarət almışdır. Göstərilən bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, həmin Cəmiyyət ## ###### 2025-ci il tarixdə Yusif Gözəlovla bağlı işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasını təmin etməmişdir. Həmin Cəmiyyətin Yusif Gözəlovla bağlı icbari sığorta müqaviləsini yalnız ## ###### 2025-ci il tarixdə, yəni istehsalatda baş vermiş bədbəxt hadisədən sonra bağlaması səbəbindən əməlində Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri vardır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müdafiəçisi Vəkil İlyas oğlu verdiyi izahatında göstərmişdir ki, həmin Cəmiyyət Gözəlov Yusif Cəmaləddin oğlu ilə əmək müqaviləsini bağladığı gün, həmçinin sonuncu ilə bağlı icbari sığorta müqaviləsinin bağlanması üçün aidiyyəti üzrə müraciət etsə də, həmin müqavilənin rəsmiləşdirilməsi elektron inteqrasiya prosedurundan asılı olmuş və sistemin 24 saatlıq texniki emal müddəti səbəbindən dərhal aktivləşməmişdir. Növbəti günlər həftə sonu, yəni qeyri-iş günlərinə düşdüyünə görə həmin müqavilənin İcbari Sığorta Bürosu sistemində inteqrasiyası növbəti ilk iş günü olmuş ## ###### 2025-ci il tarixdə tamamlanmış, rəsmən təsdiq edilməsi ## ###### 2025-ci il tarixdə baş vermişdir. Beləliklə, həmin Cəmiyyət göstərilən müqavilənin bağlanması üçün bütün zəruri hərəkətləri etmiş, bununla bağlı gecikmə Cəmiyyətin iradəsindən asılı olmayan texniki səbəbdən baş vermişdir. Digər tərəfdən, həmin Cəmiyyət göstərilən müqavilənin bağlanması nəticəsində Yusif Gözəlova sığorta ödənişinin ödənilməsini təmin etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclaslarına vaxtı və yeri barədə xəbərdar edilmiş səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə həmin Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə səlahiyyətli orqanın verdiyi şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlillərində göstərdiyi işin faktiki halı üzrə tərtib etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında gəldiyi müvafiq nəticəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə işçisi Gözəlov Yusif Cəmaləddin oğlu arasında ## ###### 2025-ci il tarixdə əmək müqaviləsinin bağlanması, 22 və ## ###### 2025ci il tarixlərin qeyri-iş günləri olması, növbəti ilk iş günü olmuş ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Yusif Gözəlova münasibətdə icbari sığorta müqaviləsinin bağlanması ilə əlaqədar elektron sistem üzərindən müvafiq yenilənmələrin texniki nasazlıqla əlaqədar edilə bilməməsi, ## ###### 2025-ci il tarixdə həmin Cəmiyyətlə “xxxx” ASC arasında Yusif Gözəlovla bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması və müvafiq olaraq sığorta ödənişinin ödənilməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsində əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsinin mütləq olmasının nəzərdə tutulması işəgötürənin işçi ilə əmək müqaviləsi bağlayarkən sonuncunu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta etdirmək öhdəliyini icra etməsini ifadə edir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl etməklə və yuxarıdakı sonuncu abzasda göstərilən hüquqi mövqeyə əsaslanmaqla hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisi Gözəlov Yusif Cəmaləddin oğlu ilə əmək müqaviləsini ## ###### 2025-ci il tarixdə bağladığı halda, sonuncu ilə bağlı işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsini onun iş yerində xəsarət alması ilə nəticələnmiş hadisənin baş verdiyi ## ###### 2025-ci il tarixdən sonra, yəni ## ###### 2025-ci il tarixdə bağlamasından ibarət olan işin mübahisəsiz halı həmin Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərdiyi məzmunda yaratmışdır. İş üzrə birinci instansiya məhkəməsinin yekun qərar qəbul edərkən, qeyd edilən işin faktiki hallarını nəzərə almaması qanunsuz və əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinə ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Gözəlov Yusif Cəmaləddin oğlu ilə əmək müqaviləsi bağlayarkən sonuncu ilə bağlı işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsini bağlaya bilməməsinin iradəsindən asılı olmayan texniki səbəbdən baş verməsindən ibarət olan özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili təsdiq edən sübutu təqdim etməməsini və Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarını da nəzərə almışdır. Belə ki, səlahiyyətli orqanın hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib etdiyi inzibati xəta haqqında haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokolda göstərilmiş işin faktiki hallarına görə həmin Cəmiyyətin direktoru X3 barəsində Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsi ilə qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə X3 verdiyi, təmin edilmiş şikayətinə münasibətdə ləğv edilsə də, Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə səlahiyyətli orqanın verdiyi, təmin edilmiş şikayətinə münasibətdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə müvafiq inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına görə qanunsuz və əsassızdır. Səlahiyyətli orqanın verdiyi şikayət isə əsaslıdır. Bu səbəbdən X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133.2.8, 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXMin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar