Məhkəmə qərarları › İş №3(3-6)-1227/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1227/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1227/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, EP-0158587 seriyalı, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4605 (dörd min altı yüz beş) Avro valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 1381.5 (min üç yüz səksən bir Avro, beş sent) Avro (avronun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında tərkib olmadığı üçün icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işə baxılarkən işin halları birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Belə ki, ixrac edilmiş 22t 800 kq ümumi dəyəri 7524 euro məbləğində soğan məhsulunun 11 t 634,664 kq zay olduğu üçün alıcı tərəfindən qəbul edilməmiş, bu barədə ##.##.2025ci il tarixli, ****/**** nömrəli akt tərtib edilməklə tərəflər arasında həmçinin vəzifəli şəxs (yoxlayıcı orqan inspektor) tərəfindən imzalanaraq fotoşəkil aktda əlavə edilmişdir. Göründüyü kimi burada konkret olaraq onların hər hansı bir günahından (hərəkət və hərəkətsizliyimdən) deyil, məhsulun zay olması səbəbindən qeyd edilən məbləğdə pul alıcı tərəfindən onlara ödənilmədiyi üçün həmin vəsait bu səbəbdən ölkəyə daxil olmamışdır. Odur ki, məhkəmə obyektiv və humanisitlik prinsipini hər şeydən üstün tutaraq, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarını ləğv edərək, inzibati xəta üzrə icraata xitam verilməlidir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EP-0158587 seriyalı, *****-*****/** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 daxil olmuş ## ###### 2026-cı il tarixli, *-**-****/***/****** saylı raportun icrası ilə əlaqədar bildirirlər ki, həmin raportda Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2 1» elektron hesabat sistemindən alınmış məlumata esasən “xxxx" MMC tərəfindən rəsmiləşdirilən 01252000071959 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4605 (dörd min altı yüz beş) Avro məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. 01252000071959 gömrük bəyannaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” MMC-dən 9024 (doqquz min iyirmi dörd) Avro dəyərində mallar ixrac edilmişdir. Əlavə edilmiş xidməti qeyd və sənədlərdən görünür ki, göndərilmiş 9024 avro məbləğin qarşılığı olaraq 4419 avro bank ödənişi olmuş, qalıq məbləğ 4605 avro təşkil edir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin, Fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair ****-***/*** saylı bildirişdən görünür ki, DGK-nin VAİS-a baxış nəticəsində müəyyən edildi ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 01252000071959 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 4605 (dörd min altı yüz beş) Avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ## ###### 2026-cı il tarixli, EP-0158587 seriyalı, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2021- ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, inzibati xəta haqqında iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar 01252000071959 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmiş, lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 4605 (dörd min altı yüz beş) Avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnın gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində ## ###### 2026-cı il tarixli, EP-0158587 seriyalı, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi MMC-nin nümyəndəsi tərəfindən təqdim edilmiş “xxxx” şirkəti ilə onun “xxxx" MMC arasında bağlanılmış ##.##.2025-ci il tarixli akta münasibətdə qeyd edir ki, həmin aktın yalnız iki şirkət arasında bağlanılmış, müstəqil marağı olmayan hər hansı bir qurum tərəfindən tərtib edilməmiş və həmin akt Belarus dövlətinin hər hansı səlahiyyətli qurumu tərəfindən təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin aktı şübhə altına alan hallar mövcuddur. Əgər aparılmış mallar xarab olmuşdursa idxal edilmiş ölkənin müvafiq qurumları tərəfindən müəyyən edilməli və buna dair qeydlər mövcud olmalı idi. Lakin hazırki işin hallarından görünür ki, ##.##.2025-ci il tarixli akt “xxxx” şirkəti ilə “xxxx" MMC arasında, yəni işdə maraqlı olan şirkətlər arasında bağlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in qanuni təmsilçisi X3 ona verilmiş suallara cavabında göstərmişdir ki, “xxxx” şirkəti ilə onun “xxxx" MMC arasında akt hər hansı orqan və qurum tərəfindən təsdiq edilməmişdir. Göndərdiyi malın xarab olması barədə gömrük orqanına və ya hər hansı rəsmi quruma müraciət etməmişdir. Aktın hər hansı dövlət qurumunda təsdiq edilməsini və orqana məlumat verməsini bilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, “xxxx” şirkəti ilə onun “xxxx" MMC arasında bağlanılmış ##.##.2025-ci il tarixli akt mötəbər sübut hesab edilə bilməz. Əks yanaşma sui-istifadə hallarına yol açacaqdır ki, bir şirkət başqa bir şirkətlə razılaşmaqla akt tərtib etməklə ölkə ərazisindən çıxarılan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə nəticələnsin. Birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar