Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1228/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, müəyyən e t d i m: Həmin qərardan narazı qalan “xxxx” MMC-nin vəkili apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə barəsində inzibati cərimə tənbeh tətbiq edilən “xxxx” MMC barədə qərar tam əsassız və qanunsuzdur. ## #### 2026-cı il tarixli, MVFaMMRd* nömrəli ödəniş tapşırığından açıq şəkildə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Bakı Baş Gömrük Idarəsinin ## ###### 2026-cı il tarixli 00100- 00635/26 və 11 fervral 2026-cı il tarixli ******/***** saylı qərardadlarına əsasən “xxxx” MMC tərəfindən 1500 manat məbləğində inzibati cərimə könüllü qaydada və tam həcmdə icra olunmuşdur. Eyni zamanda ## ##### 2026-cı il tarixli hesab üzrə çıxarışda həmin ödəniş faktını təsdiq edir və göstərir ki, ## #### 2026-cı il tarixdə “xxxx” MMC tərəfindən Bakı Baş Gömrük Idarəsinin müvafiq hesabına inzibati xəta üzrə 1500 manat məbləğində vəsait köçürülmüşdür. Bu isə tətbiq edilmiş inzibati tənbehin faktiki olaraq icra edildiyini açıq şəkildə göstərir. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh tərəfindən ## #### 2026-cı il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsi ilə ## #### 2026-cı il tarixli ödəniş tapşırığı məhkəməyə təqdim edilmiş və ərizə ilə müraciət edərək cərimə məbləğinin ödənilməsini nəzərə alaraq icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş materiallarında mövcud olan bu mühüm hüquqi əhəmiyyətli halı nəzərə almamış, faktiki halları düzgün qiymətləndirmədən formal yanaşma tətbiq edərək öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv formada araşdırılmamışdır. Məhkəmə qeyd edilən tələblərə əməl etməyərək, xüsusilə ödəniş faktını təsdiq edən rəsmi maliyyə sənədlərinə lazımi hüquqi qiymət verməmiş, bununla da işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Nəticə etibarilə qəbul edilmiş məhkəmə qərarı iş üzrə mövcud olan real sübutlarla ziddiyyət təşkil edir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə qəbul etdiyi qərar ədalətli məhkəmə aktı kimi səciyyələndirilməlidir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən sübutların natamam araşdırılması, mühüm halların nəzərə alınmaması və nəticələrin kifayət qədər əsaslandırılmaması qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu bir daha sübut edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun olaraq məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə baxış iclasının onların iştirakı olmadan davam etdirillməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərərfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin ünvanına **AG*** nömrəli nəqliyyat vasitəsi ilə gələn və Bakı Bas Gömrük Idarəsində ## ###### 2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsində bəyan edilmiş mallar ## ###### 2026-cı il tarixdə saat 04:34 radələrində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərədə tutulmuş xəta törədilmişdir. - ## ###### 2026-cı il tarixli raport, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Birinici instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə inizbati xətanı istina edən hər hası sübut əlavə edilmədiyindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər, yəni sonradan cərimənin ödənilməsi qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən verilmiş apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş nzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1228/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1228/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver