Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1229/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin ## ##### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməklə inzibati məsuliyyətdən azad edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin ## ##### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və direktoru olaraq onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qərarlarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə (iş 3(007)-1659/2025, hakim Nigar Qədirli) baxılır. İşə baxılarkən, prokurorluğun nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, artıq onun barəsində eyni qərarla başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər İdarəsi tərəfindən cərimə tənbeh tədbirinə dair qərar qəbul olunmuşdur. Dərhal, tərəfindən ## ### 2025-ci il tarixdə X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət olunaraq, onun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qismində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 3.000 (üç min) manat məbləğində cərimə olunmağı barədə ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli qərarın surəti rəsmi qaydada əldə edilmişdir. Həmin qərar aşağıda şərh olunanlara əsasən, qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 117.2-ci maddələrinə əsasən qərarın surəti müvafiq qaydada (poçt vasitəsi ilə və ya şəxsən) 2 gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Habelə, həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin, yuxarıda qeyd etdiyi kimi (qərar barədə başqa iş üzrə məhkəmədə baxılarkən məlumat almış), işə baxılarkən, müvafiq qaydada məlumatlandırılmamış, iştirakı təmin olunmamış, cərimə olunmağı barədə qərar ona qanunla nəzərdə tutulmuş müddətdə təqdim edilməmişdir. Nəticədə, barəsində inzibati araşdırma aparılan şəxs olaraq, onun hüquqları kobud şəkildə pozulmuşdur. Bildirir ki, istər prokurorun inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında ## #### 2025-ci il tarixli qərarının, istərsə də izibati tənbeh vermə haqqında ## ##### 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, guya, mərhum X2 əmək müqaviləsi olmadan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işlərin görülməsinə cəlb olunmuşdur. Qeyd olunan qərarlar X2 ## ###### 2024-cü il tarixdə ölüm faktı ilə əlaqədar Bakı şəhəri Səbail rayon prokurorluğunda aparılmış və cinayət işinin başlanması rədd olunmuş ***-C-** saylı material üzrə toplanmış sənədlər əsasında əlavə heç bir araşdırma aparmadan, yəni mərhumun kimin işçisi olduğu, vəfat etdiyi obyektdə hansı əsasla fəaliyyət göstərdiyi və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallar tam, hərtərəfli və obyektiv aydınlaşdırılmadan, müvafiq sübutlar əldə olunmadan və düzgün qiymətləndirilmədən qəbul olunmuşdur. O cümlədən, prokurorluq öz qərarında sübut qismində yalnız, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 nəfər işçisinin X4un tikintidə onlarla birlikdə işləməsi barədə izahatına və guya, Elektron Prokurorluq İnformasiya Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına istinad etmişdir. Halbuki, həmin 2 nəfər işçinin izahatlarında Cümşüd Həsənovun onlarla birlikdə işləməsini bildirməsi, heç də mərhumun "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə cəlb edilməsi mənasını vermir. Bu baxımdan qeyd edir ki, sahibkarlıq fəaliyyəti sahəsində geniş yayılmış təcrübədə xidmət və sair müqavilə əsasında bir subyektin (işəgötürənin) işçi qüvvəsinin başqa bir subyektə (işəgötürənə) məxsus iş yerində işləməsi qanunla qadağan olunmur. Baş Prokurorluğun həmin qərarı qəbul edən qurumu işin həqiqi hallarını aydınlaşdırmaq məqsədi ilə ən azından "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olaraq məsələ ilə bağlı onun izahatının alınmasını təmin etməli olduğu halda, bunu etməmişdir. Eyni səhvləri barəsində cərimə tətbiq etmiş əmək müfəttişliynin səlahiyyətli orqanı (vəzifəli şəxsi) da təkrar etmişdir. Digər tərəfdən, ola bilməz ki, mərhumla bağlı əmək müqaviləsi məlumatlarının əldə olunması üçün elektron informasiya sisteminə müraciət olunsun və onun harada işləməsi (bu barədə aşağıda geniş şərh olunacaq) barədə məlumat aşkar edilməsin. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-1.1 -ci maddəsindən görünür ki, bu Məcəllənin 192.1 -ci maddəlsində nəzərdə tutulmuş inzibati xətanın aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Yuxarıda qeyd olunduğu kimi, işəgötürən və işçilər barəsində bütün məlumatların toplandığı əmək müfəttişliyində hansısa səbəbdən?) X4un iş yeri barədə məlumatın üzə çıxarılmasına səy göstərilməmişdir. İşin faktiki halları ilə bağlı bildirir ki, X4 "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə cəlb olunmamışdır. Hadisə baş verən vaxtdan xeyli əvvəl o, başqa bir işəgötürənin işçisi olmuş və həmin işəgötürənlə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin arşında bağlanmış xidmət müqaviləsi əsasında o, hadisənin baş verdiyi yerdə işləməyə göndərilmişdir. Qeyd olunanlar aşağıda göstiərilənlərlə təsdiq olunur. O cümlədən, "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” və "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Cümşüd Həsənov fiziki şəxs kimi fəaliyyət göstərən X6 (VÖEN 1007488482) tərəfindən ## ###### 2024-cü il tarixdə (bildiriş və əmək müqaviləsinin surəti əlavə olunur) usta işinə qəbul olunmuş və öldüyü tarixədək həmin işəgötürənin işçisi olmuş, ## ######## 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmək Məcəlləsinin 74.1 -ci maddəsi-işçi vəfat etdikdə və s.). Eləcə də, mərhumun qeyd olunan müddətdə Emil Mustafayevin işçisi olduğu həmin dövrə aid əmək haqqı cədvəlləri, ölümü ilə bağlı dəfn xərcinin ödənilməsi barədə ## #### 2025-ci il tarixli əmrlə də təsdiq olunur (sənədlərin surəti əlavə edilir). "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinlə fiziki şəxs X6 arasında ## #### 2024-cü il tarixli "Xidmət müqaviləsi” bağlanmışdır. X4 məhz, həmin müqavilə əsasında "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus iş yerində işləmişdir. Müqaviləyə əsasən 2024-cü ilin iyul-avqust ayları ərzində yerinə yetirilmiş işlər və buna görə həyata keçirilmiş ödənişlər müvafiq akt və ödəniş tapşırığı ilə təsdiq olunur (sənədlərin surəti əlavə edilir). Qeyd olunanlarla X4un iki sahibkarlıq subyekti arasında bağlanmış xidmət müqaviləsinə əsasən, "İcraçı” Emil Mustafayevin işçisi olaraq "Sifarişçi” "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin obyektində işə gönədirilməsi tam təsdiq olunur. Lakin, hazırki iş üzrə istər prokurorluq, istərsə də əmək müfəttişliyinin müvafiq qurumu tərəfindən işin həqiqi hallarının aydınlaşdırılmadan, əməldə inzibati xətanın tərkibinin olub-olmadığı müəyyən edilmədən inzibati xəta haqqında iş üzrə icraata başlanmış və inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. İşin faktiki halları və bu hallara tətbiq edilməli olan hüquq normalarına əsasən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 (üç min) manat məbləğində cərimə olunmağına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Nəriman Mehdiyev) şikayət təmin edilmiş, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin ## ##### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarı onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığından o, inzibati məsuliyyətdən azad edilməlidir. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mötəbər sübutlarla təsdiq olunsada məhkəmə bu sübutları diqqətə almamışdır. Bidirilir ki, X7 Xidmətinə təqdim edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin ## #### 2025-ci il tarixli qərarından məlum olur ki, "xxxx" MMC-nin direktoru tərəfindən X2 2024-cü ilin avqust ayında qaynaqçı kimi fəaliyyət göstərərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunanlar X2 ##.##.2024-cü il tarixdə ölməsi ilə əlaqədar Səbail rayon prokurorluğunda araşdırılmış ****-** saylı material üzrə toplanmış Qəhrəmanov Ramil İxtiyar oğlunun ve X5 izahatları, Elektron Prokurorluq İnformasiya Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatları, protokol və arayışlarla həmçinin X7 Xidməti tərəfindən aparılan araşdırmalarla təsdiq edilmişdir. Araşdırma zamanı Qəhrəmanov Ramil İxtiyar oğlu izahatında göstərmişdir ki, o, Bibiheybət qəsəbəsindən Bayıl massivinə gedən yolun üzərində, Dənizəkanan küçəsi ünvanında yerlaşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə briqadir vəzifəsində işləmişdir. Cümşüd Həsənov onun işlədiyi tikintidə qaynaqçı işləmişdir. Araşdırma zamanı X5 izahatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə qaynaqçı vəzifəsində işlədiyini, X2 da həmin Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı vəzifəsində işlədiyini göstərmişdir. X2 əmək müqaviləsi məlumatları Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsi ilə yoxlanıldıqda C.K.Həsənov ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sonuncu əmək müqaviləsi ## ###### 2023-cü il tarixdə bağlanmış va hamin müqavilənin müddəti ## ######## 2023-cü il tarixdə başa çatmışdır. 2024cü ilin avqust ayında C.K.Həsənov ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aktiv əmək müqaviləsi olmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilərək X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli protokoluna əsasən qəbul edimiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin ## ##### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X2 2024-cü ilin avqust ayında işlərin görülməsinə cəlb etmişdir. Nəticədə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun barəsində ## #### 2025-ci il tarixli, 25-1-0- */***-****-* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3.000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; ## ###### 2024-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X6 tərəfindən X2 ## ###### 2024-cü il tarixdə usta kimi işə götürülmüş, müvafiq tarixdə onunla əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişinin çap edildiyi ## ###### 2024-cü il tarixdə əmək müqaviləsi qüvvədə olmuşdur; ## ###### 2024-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 Məcəlləsinin 74.1 -ci maddəsinin "e” bəndinə əsasən X2 vəfat etdiyi üçün onun əmək müqaviləsinə ## ######## 2024-cü il tarixdə işəgötürən X6 tərəfindən xitam verilmişdir; ## #### 2025-ci il tarixli ** nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, sahibkar X6 ##.##.2024-cü il tarixdə vəfat etmiş işçi X2 dəfni üçün 500 manat məbləğində müavinət təyin edilmiş və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir; ## #### 2022-ci il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən icraçı X6 arasında xidmətlərin yerinə yetirilməsinə görə müqavilə verməyi, icraçı isə hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə sifarişləri yerinə yetirməyi, sifarişçi göstərilmiş xidmətlərə görə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 3 il müddətinə, ## #### 2025-ci il tarixədək bağlanılmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Məhkəmə belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “...“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi X3 tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında ## #### 2025-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Qərardan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Məktəb küçəsi, ev 4A ünvanı olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 2024-cü ilin avqust ayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Qanunvericilik özü-özlüyündə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati qaydada tənbehin tətbiq edilməsini ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2022-ci il tarixdə fiziki şəxs X6 ilə xidmətlərin göstərilməsi barədə müqavilə bağlamış, X2 fiziki şəxs X6 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən onun tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə əmək fəaliyyətinə cəlb olunmuş, ## ###### 2024-cü il tarixdə iş yerində ürək tutmasından vəfat etmiş, ailə üzvünə işəgötürən X6 tərəfindən işçinin ölməsi ilə əlaqədar əmək haqqının 3 misli miqdarında pul ödənilmişdir. Göründüyü kimi, ## ###### 2024-cü il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan 17 mərtəbəli yeni tikilidə ölmüş qaynaqçı X2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışdır. Hazıki əməldə inzibati xətanın tərkibinin yaranması üçün hüquqi şəxsin hərəkətlərində zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır. Lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. İşin yuxanda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə əməldə qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İşin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Beləliklə, məhkəmə vurğulayır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməlidir. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir...” - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarı inzibati icraatı başlamış orqan tərəfindən mübahisələndirilməmişdir, qüvvədədir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərək qeyd etmişdir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, " "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X2 2024-cü ilin avqust ayında işlərin görülməsinə cəlb etməsi” ilə bağlı hüquqi nəticəyə gəlinməsini əsaslı edəcək hər hansı sübut əldə edilməmiş, məhkəmə iclasında təqdim olunmamış və ya məhkəmə tədqiqi ilə də müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, istər bu baxımdan, istərsə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qüvvədə olan *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri, vəzifəli şəxs qismində Qərardan şikayət verən orqan (şəxs) ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X7 Xidmətinin Bakı şəhər idarəsinin ## ##### 2025-ci il tarixli qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə onun əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə bu mövqe ilə razılaşaraq və şikayətin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi, X2 əmək müqaviləsi bağlamadan “xxxx” MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən ## ##### 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarda hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 2024-cü ilin avqust ayında əməyə cəlb edilməsi göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi bardə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X7 Xidməti tərəfindən həmin müddət ərzində göstərilən şəxs tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bu hal yalnız, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin heç bir mötəbər sübutla təsdiq edilməyən fərziyyələridir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti inzibati orqan olaraq “İnzibati tənbeh vermə haqqında” protokol və ya qərar qəbul edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. Halbuki İnzibati Xətalar Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın protokoluna baxarkən həmin protokolda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın protokol və qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən zaman kəsiyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi arasında xarakterinə və həqiqi mahiyyətinə görə faktiki olaraq əmək münasibətləri mövcud olmasını, Cümşüd Həsənovun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini faktını təsdiq edən heç bir sübut təqdim edilmədiyindən inzibati xəta haqqında protokolun qəbul edilməsi özlüyündə inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi barəsində icraat aparılan şəxs barədə qərar qəbul edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolda göstərilən halların şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, şəxsin öz təqsirsizliyini sübuta etmək məcburiyyəti olmadığından, birinci instansiya məhkəməsinin “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərarı qanuna uyğundur. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticəsi qanuni və əsaslıdır. Şikayətin dəlillərinə əsasən qeyd olunur ki, portalda icazəni sifariş edən şirkətin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti olması onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin əmək münasibətlərinə cəlb edildiyini sübut etməsi barədə apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından əsaslı sayılmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ##### 2025-ci il tarixli inzibati xəta haqqında qərar üzrə iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquqi İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin ## ##### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməklə inzibati məsuliyyətdən azad edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1229/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1229/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver