Məhkəmə qərarları › İş №3(3-6)-1231/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1231/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1231/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Abuşov İsmət Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Abuşov İsmət Tofiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallara əsasən Abuşov İsmət Tofiq oğlu ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişir. Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Abuşov İsmət Tofiq oğlu ## #### 2026-cı il tarixdə saat 09:20-də Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində “Venucia V-Online Plug-İn Hibrid” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1- ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Abuşov İsmət Tofiq oğlu Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Nizami RPİ-nin X1 Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Abuşov İsmət Tofiq oğlu apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026 ci il tarixində Nizami Rayon DYPŞ əməkdaşı Cəbrayıllı İlqar Çingiz oğlu tərəfindən saxlanılıb, haqqımda sərxoş avtoməbil idarə iddasi ilə haqqımda protokol tərtib edilib. Test müayinəsindən keçirilməmişdir. Serjant onun tələsdiyindən istifadə edib aldadaraq polis avtomobilində ondan 100 manat rüşvət almışdır. Daha sonra idarənin 2 ci mərtəbəsinin 2 ci otağında ondan əlavə 1000 manatda istənilmişdir. Razılaşmadığı zaman isə artıq gecdir imzalamısan deyilib müayinə istəyini yerinə yetirməyiblər. Protokol da tərtib olunmayıb. 102 zəngindən sonra saat 1 dən sonra tərtib olunan protokolu sistem üzərində saat 9 kimi göstəriblər. Dərhal müayinəyə yollanmış və müayinə zamanı 0000% olan nəticəni özlərinə gətirib təqdim etsə də məhəl qoymayıblar. Nəticədə ## ##### 2026-ci il Nizami rayon məhkəməsində işə baxıldığı zaman aldadılaraq imza etdirildiyi izahatı əsas götürülüb şifahi izahı tam olaraq dinlənilməmişdir. Əlavə olaraqdan məhkəmə zamanı ona daha öncə varlığından belə xəbəri olmadığı 0.659 promillik test nəticəsi ona göstərilmişdir. Test nəticənin ona aid olmadığı, əksinə bölmədə olan zaman bu kimi istəyinin olmasını lakin polis bölməsinin əməkdaşlarının ona məhəl qoymadığını vədə saat 1-ə kimi səbəbsizcə bölmədə gözlədildiyini izah etsə də yenədə həmin promillik nəticənin onunmuş kimi əsas götürülərək haqqımda İXM-nin 333.1 ci maddəsinə əsasən 400 manat cərimə edilmişdir. Məhkəmə iclasında Abuşov İsmət Tofiq oğlu şikayətinin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Abuşov İsmət Tofiq oğlunun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli Sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair qəbzdən görünür ki, həmin tarixdə, saat 09:13-də aparılmış yoxlama nəticəsində Abuşov İsmət Tofiq oğlunın qanında alkoqol konsentrasiyasının miqdarı 0,659 promil müəyyən edilmişdir. İş üzrə Abuşov İsmət Tofiq oğlunun müstəqil şəkildə müayinədən keçdiyi ##.##.2026-cı il tarixdə, saat 15:12-də tərtib edilmiş */***** nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən onun ayıq olduğu müəyyən edilmişdir Abuşov İsmət Tofiq oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsi DYPŞ-in rəisinə ünvanlandığı izahatdan aydın olur ki, Abuşov İsmət Tofiq oğlu bir bakal pivə içdiyini, alkotester vasitəsilə spirtli içki qəbul etdiyinin bir daha təsdiq olunduğunu, barəsində tərtib olunmuş protokol ilə tanış olub onunla razı olduğunu, həkimə getməyə ehtiyacı olmadığını, bir daha spirtli içki içməyəcəyini qeyd edib, izahatı özü yazaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Göründüyü kimi Abuşov İsmət Tofiq oğlunun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi və digər iş materialları ilə sübuta yetirilir İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Abuşov İsmət Tofiq oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu İXM-in 333.1-ci maddəsi ilə tənbeh etmişdir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Abuşov İsmət Tofiq oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh tədbiri olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Apellyasiya qaydasında şikayət vermiş şəxs Abuşov İsmət Tofiq oğlunun xxxxndə müayinədən keçməsi və onun sərxoş olmamasının sübutu kimi ##.##.2026-cı il tarixli */***** saylı protokolun tərtib olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncunun sərxoşluq faktı xüsusi texniki vasitə ilə saat 09:13-də yerində aşkar olunmuş, Abuşov İsmət Tofiq oğlu isə saat 15:12-də tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqi şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Həmçinin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənməsi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 məktubu) Abuşov İsmət Tofiq oğlunun nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Abuşov İsmət Tofiq oğlunun apellyasiya şikayətində həmin inzibati xətanı törətmədiyini, “sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” ##.##.2026-cı il tarixli */***** saylı protokolda onun sərxoş olmadığının görünməsini bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətçinin istinad etdiyi dəlillərə məhkəmə tərəfindən artıq yuxarıda ətraflı şəkildə qiymət verilmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Abuşov İsmət Tofiq oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Abuşov İsmət Tofiq oğlunun İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar