Məhkəmə qərarları › İş №3(3-6)-1232/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1232/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1232/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X5, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və “LCG” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin araşdırılması üçün həmin orqana geri qaytarılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsi tərəfindən qəbul olunmuş, ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Xidmətinin ## ###### 2024-cü il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə "xxxx” MMC-nin direktoru olaraq o, IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, qərar qəbul etmiş vəzifəli şəxsin mövqeyinə əsasən, “xxxx" MMC-nin işəgötürəni ilə X1 bağladığı əmək müqaviləsinə əmək müqavləsinin müddətinin bitməsi səbəbi ilə xitam verildiyi Əmək Məcəlləsinin 73.1-ci maddəsinə istinad etmək əvəzinə Məcəllənin 68.2 “b” bəndinə texniki səhv olaraq istinad edilmişdir. Vəzifəli şəxs tərəfindən qərar ##.##.2024-cü il tarixində qəbul edilməsinə baxmayaraq, həmin qərarla Binəqədi Icra Şöbəsində 2025-ci il ilin aprel ayında tanış olmuşlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən" Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur”. Eyni zamanda həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən “Inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. ” Qeyd olunanları nəzərə alaraq, inzibati qərarı 2025-ci ilin aprel ayında Binəqədi Icra Şöbəsindən aldıqları məlumat əsasında bildikləri üçün qərarda nəzərdə tutulan inzibati hüquqpozmanın aradan qaldırılması üçün müddət axımı məlumatı aldıqları tarixdən 30 gündür. Dərhal 2025-ci ilin aprel ayında əmrə düzəliş edilməklə, tərəflərindən inzibati hüquqpozma dərhal aradan qaldırılmışdır. Inzibati Xətalar Məcəlləsinin 116.3.-cü maddəsinə əsasən “Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir.” Belə ki, Binəqədi rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli bildirişi onun nümayəndəsinə ##.##.2025-ci il tarixində təqdim edilmişdir, eyni zamanda həmin tarixdə icraata başlamaq haqqında qərarı da qəbul etmişlər. Bu o deməkdir ki, X3 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ## ###### 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə ##.##.2025-ci il tarixində tanış olmuşlar. Dərhal 10 gün müddətində onun qeydiyyatda olduğu Binəqədi rayon Məhkəməsinə prosessual müddəti ötürmədən müraciət edilmiş, lakin Binəqədi rayon məhkəməsi aidiyyat tətbiq edərək, ##.##.2025-ci il tarixində 3(001)- ****/**** saylı işi iş materialları ilə birgə Nizami rayon Məhkəməsinə göndərmişdir. Nizami Rayon Məhkəməsi öz növbəsində ##.##.2025-ci il tarixində tam araşdırma aparmadan prosessual müddətin ötürülməsi səbəbilə şikayəti və əlaqəli digər sənədləri geri qaytarmış, bu barədə Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva qərardad qəbul etmişdir. Daha sonra yenidən şikayət versələr də, şikayətin geri qaytarılması barədə növbəti qərardad Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundov tərəfindən qəbul edilmişdir. Qərardan şikayət verilmiş və prosessual müddətlər ötürülməmişdir. Beləliklə, onun tərəfindən AR IXM-nin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. DƏMX tərəfindən hazırki inzibati icraat aparılan zaman nə onun səlahiyyətli nümayəndəsi, nə də o, həmin icraatda iştirak etməmiş və müvafiq sübutları Xidmətə təqdim etmək üçün hər hansı şərait yaradılmamışdır. Əlavə olaraq “xxxx” MMC ## ####### 2024-cü il tarixində Ümumi Yığıncağın ***/** saylı qərarı ilə müflis elan edilmiş, müflis elan edilmə ilə əlaqədar məhkəmə prosesləri başlamaqdadır. Əfsuslar olsun ki, vəzifəli şəxs inzibati xəta haqqında şərti qərar qəbul edərkən ümumiyyətlə araşdırma etməmişdir. Bu səbəbədən də hazırki halda inzibati xəta hadisəsi mövcud deyildir, onun barəsində inzibati təhbehin (1700 manat cərimə) tətbiq edilməsi barədə şərti qərar tam əsassızdır. Göründüyü kimi hazırki halda X3 Xidməti tərəfindən barəsində ## ###### 2024-cü il tarixdə ******* saylı qərar qəbul edilərkən inzibati xəta hadisəsi olmamışdır. Məhz bu səbəbdən də həmin qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində IXMnin 192.6-cı maddəsi ilə Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxilması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində X3 Xidməti Bakı Şəhər Idarəsinin ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, X1 3 aylıq müddətə bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq müddət gözlənilmədən ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Halbuki həmin müqavilənin müddəti ##.##.2024-cü il tarixində bitir. Məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamış, inzibati orqanın əlavə sübutları təqdim etməsinə şərait yaradılmamışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri yuxarıda qeyd olunmuş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X5 şikayətin dəlillərinə uyğun çıxış etdi və məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil şikayəti əsassız hesab etdiyini bildirdi və məhkəmədən şikayətin təmin olunmamasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsi tərəfindən qəbul olunmuş, ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsilə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə edilmiş, həmin cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin edilmişdir. Iş materiallarında olan qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş göndərilən məktubların reyestrinin surətindən görünür ki, qeyd olunan qərar Qərardan şikayət verən orqan (şəxs) SS917272387AZ, BMC Plazaya isə SS917272395AZ ştrix kodlu sifarişli məktublarla göndərilmişdir. Iş materiallarında olan “xxxx” X2 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, 14-5-10/2- ***/**** nömrəli məktubundan görünür ki, sistem üzərindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xidməti tərəfindən ##.##.2024-cü il tarixində AZ**** saylı poçt şöbəsi vasitəsilə “xxxx” MMC-yə ünvanlanmış SS917272387AZ ştrix kodlu sifarişli məktub ##.##.2024-cü il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsi daxil olmuş, ##.##.2024-cü il tarixində göndəriş geri qaytarılaraq göndərici tərəfə təhvil verilmişdir. Müraciətdə qeyd edilən SS917272395AZ ştrix kodlu digər sifarişli məktub isə ##.##.2024-cü il tarixində AZ**** saylı poçt şöbəsi vasitəsilə “BMS Plaza”ya ünvanlanmış, ##.##.2024-cü il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsinə daxil olmuşdur, ##.##.2024-cü il tarixində göndəriş geri qaytarılaraq göndərici tərəfə təhvil verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinin ##.##.2026-cı il tarixli, **/**-****-* nömrəli məktubundan görünür ki, icraata ##.##.2025-ci il tarixdə daxil olmuş X3 Xidmətinin ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarına əsasən borclu Qərardan şikayət verən orqan (şəxs) 1700 manat məbləğində cərimə edilmişdir. Icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlanmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə borclunun etibarnamə üzrə nümayəndəsi Vəkil icra şöbəsinə gələrək qərar və bildirişi qəbul edərək imza ilə təsdiq etmişdir. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, 3-45-21/2- ***/**** nömrəli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilmiş MN 2122455 seriya və nömrəli inzibati xəta haqqında aprotokol ##.##.2025-ci il tarixində qurum tərəfindən ******* fərdi identifikasiya nömrəsinə əsasən Sistemə məlumat mübadiləsi servisi ilə daxil edilmiş və Sistem tərəfindən ##.##.2025-ci il tarixində, saat 14:32-də vətəndaşın elektron kabinetinəreal vaxt rejimində yerləşdirilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbləri baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə yekun nəticəyə gəlmək üçün məhkəmə bütün sübutlar hərtərəfli araşdırılmalı, inzibati xəta haqqında tərtib olunmuş protokol tədqiq edilməli, inzibati xəta törədilməsi güman edilən şəxsin bu protokolu imzalaması, qeydlər verib-verməməsi tədqiq edilməli, o cümlədən inzibati xətaya dair protokol tərtib etmiş şəxsin və olduğu halda şahidlərin izahatları alınmalı və yalnız bundan sonra həmin sübutlara, onların kifayət etməsi baxımından qiymət verilməli və müvafiq olaraq qərar qəbul edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarında məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, obyektiv həqiqətin müəyyən edilməsi, şübhələrin aradan qaldırılması üçün bütün zəruri prosessual hərəkətlər etməli və son nəticədə sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin araşdırılması üçün həmin orqana geri qaytarılması mövqeyini belə əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.6-cı maddəsilə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə edilmiş, həmin cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin edilmişdir. Sözügedən qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada göndərilsə də, çatdırılmamış, şikayətçi tərəf qərarı ##.##.2025-ci il tarixdə aldığını və 10 gün ərzində hüquqpozmanı aradan qaldırdığını bildirmişdir. Bununla da, qərarından şikayət verilən orqan tərəfindən cərimənin şərti tətbiq olunması barədə qərar icraya yönəldilən zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar – yəni qərarın tərəfə çatdırılıb-çatdırılmaması, hüquqpozmanın aradan qaldırılıb-qaldırılmaması kifayət qədər araşdırılmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tərəflərin iştirakını təmin etməklə birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlar əsasında işin hallarını özü araşdırmalı, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirli olub-olmamasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutların təqdim edilməsini təmin etməli, bundan sonra işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və buna müvafiq olaraq qərar qəbul etməldir. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən Azərbaycan Respublikası IXM-nin 75, 76, 80-cı maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, nəticədə Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrinin realizə olunmasına maneə yaranmış, apellyasiya icraatında həmin nöqsanların aradan qaldırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin yuxarıda sadalanan bu halları birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam və hərtərəfli araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, Işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsinin aydınlaşdırılması və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün yuxarıda qeyd olunan halların araşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin araşdırılması üçün həmin orqana geri qaytarılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılıb qərarın təsviri hissəsində sadalanan məsələlər aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar