Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1233/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Oruc qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi vəkil Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 1580000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “xxxx” ASCdə olan hesabından ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğin 23660.50 ABŞ dolları hissəsi hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.Bununla da o, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində ## ###### 2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 23660.50 ABŞ dollarının 20%-i məbləğində, yəni 4732.10 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı inzibati orqanın nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, xxxx MMC ilə Rusiya Federasiyasının rezidenti CARGİLL MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ arasında ## ######## 2023-cü il tarixində * nömrəli Çərçivə Sazişi imzalanmışdır. Həmin Sazişin 1-ci bəndinə görə tərəflər rafinasiya edilməmiş günəbaxan yağı mallarının gələcəkdə alqı-satqısı barədə (Cargill MMC tərəfindən təchizatı və xxxx MMC tərəfindən dəyərinin ödənilməsi) razılaşmışdırlar. Razılaşmaya əsasən malların təchizatı və alqı-satqısı bu Çərçivə Sazişin tərkib hissəsi olacaq və gələcəkdə hər partiya mal üzrə ayrıca bağlanacaq alqı-satqı müqavilələri ilə həyata keçiriləcəkdir. Buna müvafiq olaraq tərəflər 2000 ton rafinasiya edilməmiş günəbaxan yağının alqı-satqısı ilə bağlı ## ###### 2024-cü il tarixində ********** nömrəli alqı-satqı müqaviləsi bağlamışdırlar. Həmin müqavilənin giriş hissəsində bu müqavilənin ## ######## 2023-cü il tarixində * nömrəli Çərçivə Sazişi əsasında bağlandığı və həmin Sazişin şərtləri əsasında tənzimləndiyi qeyd edilmişdir. Cargill MMC həmin gün xxxx MMC-yə **** nömrəli, ## ###### 2024-cü il tarixli hesab-faktura (invoys) təqdim etmiş və 1.580.000.00 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmişdir. ##.##.2024-cü il tarixində xxxx MMC tərəfindən həmin sənədlər əsasında 1.580.000.00 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Rusiya rezidenti Cargill MMC-nin müvafiq bank hesabına köçürülmüşdür. ##.##.2024-cü il tarixində Cargill MMC tərəfindən Azərbaycana cəmi 1.556.339.50 ABŞ dolları dəyərində rafinasiya edilməmiş günəbaxan yağı ixrac edilmiş, 23.660.50 ABŞ dolları məbləğində vəsait qalıq (kəsir) olaraq Cargill MMC-nin öhdəliyində qalmışdır. Buna görə də tərəflər arasında 2023-2024-cü illər üzrə xxxx MMC tərəfindən ödənilən vəsaitlərlə Cargill MMC tərəfindən göndərilən malların dəyərləri arasında qarşılıqlı üzləşmələr aparılmış və ##.##.2024-cü il tarixində hər iki tərəfindən imza və möhür ilə təsdiqlənən qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Qarşılıqlı üzləşmə aktından məlum olur ki, 2023-2024-cü illər üzrə xxxx MMC tərəfindən Cargill MMC-yə 12.785.000.00 ABŞ dolları vəsaiti ödənilsə də, Cargill MMC tərəfindən sadəcə 12.493.212.50 ABŞ dolları dəyərində mal idxal edilmiş, 291.787.50 ABŞ dolları məbləğində vəsait qalıq (kəsir) olaraq Cargill MMCnin öhdəliyində qalmışdır. Həmin qarşılıqlı üzləşmə aktı məhkəmədə tədqiq olunarkən məlum olmuşdur ki, həqiqətən də, qarşılıqlı hesablaşmalar zamanı mübahisə predmeti olan 23.660.50 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti də nəzərə alınmış, ümumi qalıq borcun - 291.787.50 ABŞ dolları məbləğində vəsaitin tərkibində həmin 23.660.50 ABŞ dolları məbləği də mövcud olmuşdur. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, sözügedən 23.660.50 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti barəsində icraat aparılan hüquqi şəxs tərəfindən cəmi 4 ay sonra ölkəyə geri qaytarılmışdır. Buna görə də iş üzrə inzibati xəta hadisəsi mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə apellyasiya şikayətinə etiraza münasibətdə xüsusilə vurğulayır ki, geri qayıdan vəsaitin təyinatının ödənilən vəsaitin təyinatı ilə eyni olması öz-özlüyündə ağlabatan qaydada mümkün deyildir, çünki xarici valyuta vəsaiti xaricə köçürülərkən cəmi 1 (bir) alqı-satqı əməliyyatı (2000 ton rafinasiya edilməmiş günəbaxan yağının alqı-satqısı) və 1 (bir) müqavilə (##.##.2024-cü il tarixli müqavilə) üzrə ödənilsə də, vəsait geri qayıdarkən ümumilikdə 9 (doqquz) alqı-satqı əməliyyatı və 9 (doqquz) müqavilə üzrə toplam ödənişin qalıq ödənişləri geri qaytarılmışdır, buna görə də ##.##.2024-cü il tarixində 291.787.50 ABŞ dolları məbləğində vəsait geri qayıdarkən tərəflərdən həmin vəsaitin təyinatı kimi ## ###### 2024-cü il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsi və **** nömrəli, ## ###### 2024-cü il tarixli hesab-fakturanın (invoysun) göstərilməsi mümkün olmazdı. Əksinə həmin ödənişin təyinatı bütün alqı-satqı müqavilələrini özündə əks etdirən * nömrəli, ## ######## 2023-cü il tarixli ümumi çərçivə sazişi olaraq göstərilməli idi ki, geri ödənilən vəsaitin təyinatından da bunu görmək mümkündür. İş materiallarından da göründüyü kimi xxxx MMC tərəfindən ödənilən avans ödənişinin təyinatında ## ###### 2024-cü il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsi və **** nömrəli, ## ###### 2024-cü il tarixli hesab-faktura (invoys) göstərilmişdir. Cargill MMC tərəfindən geri qaytarılan ödənişin təyinatında isə * nömrəli, ## ######## 2023-cü il tarixli müqavilə və BY** nömrəli, ##.##.2024-cü il tarixli geri qaytarma məktubu göstərilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ödənişlərin həyata keçirilməsinə səbəb olmuş hər dörd sənəd (## ###### 2024-cü il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsi, **** nömrəli, ## ###### 2024-cü il tarixli hesab-faktura (invoys), * nömrəli, ## ######## 2023-cü il tarixli müqavilə və BY** nömrəli, ##.##.2024-cü il tarixli geri qaytarma məktubu) və əlaqəli digər sənədlər (qarşılıqlı üzləşmə aktı və s.) barəsində icraat aparılan hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd olunan sənədlərin qarşılıqlı təhlili nəticəsində belə qənaətə gəlir ki, Cargill MMC tərəfindən ##.##.2024-cü il tarixdə xxxx MMC-nin bank hesabına daxil olan 291787.50 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin tərkibində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş 23660.50 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti mövcud olduğuna görə xarici valyuta vəsaiti barəsində icraat aparılan hüquqi şəxs tərəfindən 2 il ərzində ölkəyə geri qaytarılmış, buna görə də iş üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Odur ki, qeyd edilənlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin mövcud olmaması əsası ilə şikayətin təmin edilməsinin, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etdiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edirəm ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.2.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-1233/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1233/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver