Məhkəmə qərarları › İş №3(3-6)-1235/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1235/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1235/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, IXP******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan müvafiq protokol tərtib edilərək inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək məhkəmənin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, baş etibarnamə ilə idarə etdiyi "BMW 546 Alpina” markalı ** EU *** dövlət qeydiyyat nişanılı avtomaşınla ##.##.2026- ci il tarixdə təxminə saat 10.00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zağulba şossesində hərəkət edərkən orada hərəkət edərkən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 əməkdaşları onu saxladılar. Ona bildirdilər ki, idarə etdiyi avtomaşına qərarsız cərimə yazılıb, bundan sonra isə içkili olub- olmamağını yoxlamaq üçün əlində olan heç bir sertifikatı olmayan aparata üfürməyini istədilər, o, üfürdükdən sonra onu öz avtomobillərinə dəvət etdilər. Bundan sonra isə avtomaşında olan alkotesder aparatına yenidən üfürməyini bildirdilər. O, içkili olmadığı halda apartda 0.5 promil içkili olmağını göstərdilər. Ona boş vərəqə yazdırdılar ki, mən bir daha içkili avtomaşın idarə etməyəcəm, həkimə ehtiyac yoxdur. O, belə yazdıqdan sonra avtomaşınımı cərimə meydançasına apardılar. O, isə həkim müayinəsinə gedərək içkili olmadığı barədə protokol aldı. Yol Polis əməkdaşlarının hərəkəti barədə Daxili Işlər Nazirliyinə və 102 xidmətinə şikayətlər etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ##.##.2026-cı il tarixli, ******* nömrəli protokoldan görünür ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq halı müəyyən edilmiş, sonuncu izahatında spirtli içki içdiyini və həkimə getməyə ehtiyacının olmadığını bildirmişdir. Xüsusi texniki vasitənin (alkotester) göstəricilərinə dair tərtib olunmuş çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 08:56 dəqiqədə keçirilmiş müvafiq yoxlama zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluq dərəcəsi 0,387% müəyyən edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair ##.##.2026-cı il tarixli */**** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 11:05-də müayinədən keçmiş və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## #### 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı sərxoş olmamasını bildirsə də, sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən müəyyən olmuşdur ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun miqdarı 0,387 promill olmuşdur. O, izahatında alkotesterin nəticəsinin kifayət etdiyini, həkimə getməyə ehtiyac olmadığını, bir daha spirtli içkinin təsiri altında maşın idarə etməyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, xüsusi texniki vasitənin (alkotester) göstəricilərinə dair tərtib olunmuş çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 08:56 dəqiqədə yoxlanılmış, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair ##.##.2026-cı il tarixli */**** nömrəli protokolu üzrə müayinə isə 02 saatdan da sonra saat 11:05-də aparılmışdır. Göründüyü kimi, müayinələr arasında vaxt fasiləsi olmuş, saat 08:56-də alkoqolun konsentrasiyası 0,387 promil olmuş şəxsin 2 saat sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 11:05-də sərxoş olmasını təkzib etməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşdığından tibbi müayinəyə aparılmasına zərurət olmamışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar