Məhkəmə qərarları › İş №3(3-6)-1236/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1236/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1236/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi nümayəndə3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Protokol tərtib edən orqanlar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2025-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən 10845.00 ABŞ dolları məbləğində vəsait bank vasitasilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10845.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş va ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Protokol tərtib edən orqanlar tərəfindən apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və bu qərar onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlar məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq etmir, habelə mövcud şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh olunmalıdır. Məhkəmə həmçinin xarici kontragent tərəfindən müqavilə şərtlərinin pozulması və malların göndərilməməsi halları MMC-nin təqsirini istisna edən hal kimi qiymətləndirmişdir. Lakin, məhkəmənin bu nəticəsi işin faktiki halları və tətbiq edilməli olan maddi hüquq normaları ilə uzlaşmır və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən əsasən, rezident tərəfindən avans ödənişi həyata keçirildikdə 2 il müddətində ya malların idxalı təmin edilməli, ya da ödənilmiş vəsait geri qaytarılmalıdır. Bu öhdəlik birbaşa rezidentin üzərinə düşür və üçüncü şəxslərin (xarici kontragentin) öhdəlikləri yerinə yetirməməsi rezidenti bu məsuliyyətdən azad etmir. Məhkəmə tərəfindən hüquqi məsuliyyətin tətbiqi ilə bağlı müvafiq maddi hüquq normaları düzgün şərh edilməmiş, xarici kontragentin müqavilə öhdəliklərini yerinə yetirməməsi əsassız olaraq məsuliyyəti istisna edən hal kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkibli olub, onun yaranması üçün subyektiv səbəblərin və ya üçüncü şəxslərin davranışının mövcudluğu hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, qeyd olunan normanın dispozisiyasına əsasən, inzibati məsuliyyətin yaranması üçün yalnız avans ödənişi müqabilində müəyyən edilmiş müddətdə malların idxal edilməməsi və ya vəsaitin geri qaytarılmaması faktının mövcudluğu kifayət edir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər mübahisə predmeti olan köçürmə ilə birbaşa əlaqəli olmamış, lakin məhkəmə tərəfindən həmin sənədlərin aidiyyəti və sübutedici qüvvəsi lazımi qaydada araşdırılmamışdır. Nəticədə, iş üzrə faktiki halların düzgün müəyyən edilməməsi və sübutların qeyri-obyektiv qiymətləndirilməsi səbəbindən Protokol tərtib edən orqanlar tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata əsassız olaraq xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində ##.##.2023-cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 10845.00 ABŞ dolları məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. Məhkəmə iclasında iştirak edən Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 verdikləri şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. ##.##.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, «X3» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «Qıngdao Eleph İndustry X1 LTD» şirkəti arasında alqısatqı müqaviləsi bağlanmışdır. Debit haqqında bildirişin surətindən görünür ki, «X3» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2023-cü il tarixdə 10845.00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. «xxxx» ASC-i tərəfindən Mərkəzi Banka ünvanlanan məktubun surətindən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10845.00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüş, qabaqcadan ödəniş günündən 02 il keçmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər Banka təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. - 135.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. - 430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Məhkəmə verilmiş şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən hüquqi məsuliyyətin tətbiqi ilə bağlı müvafiq maddi hüquq normaları düzgün şərh edilməmiş, xarici kontragentin müqavilə öhdəliklərini yerinə yetirməməsi əsassız olaraq məsuliyyəti istisna edən hal kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təsdiq olunsa da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Protokol tərtib edən orqanlar tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı (bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı (bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Protokol tərtib edən orqanlar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Bəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı (bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar