Məhkəmə qərarları › İş №3(3-6)-1237/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1237/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1237/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:

1. Bakı şəhəri Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bakı şəhəri Suraxanı rayon prokuroru R X3 ##.##.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsin göndərilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.

3. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayət verilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-cü il tarixli Qərarı ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

II.Şikayətin dəlilləri və etirazlar:

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumatlı olmadığından məhkəmə iclasında iştirak etməmişdir. xxxx MMC-yə icraata başlamaq haqqında Qərar daxil olduqdan sonra ##.##.2026-cı il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə yaxınlaşaraq məhkəmə qəbzinə imza etməklə həmin qərarı qəbul etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli X2 izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ditektoru olmaqla Hövsan qəsəbəsində ərazisi 32 sot olan torpaq sahəsini icarəyə götürmüşlər. Hazırda orada meyvə-tərəvəz bazarı yaratmışlar, bazarın faktiki işləri onun tərəfindən həyata keçirilir. Yəhya təxminən 4-5 ay müddətdir MMC-də mühafizəçi olaraq işləyir, sonuncu ilk vaxtlar stajor olaraq işə götürülmüş, sonra isə müəyyən problemlər olduğundan onunla əmək müqaviləsi bağlanması gecikmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli X4 izahatından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən bazarda işləyir. ## #### 2025-ci il tarixdə axşam saatlarında artıq malları yığıb getməyə hazırlaşmışlar, yol uzaq olduğundan bazarda məhsulun satılması üçün gec saatlara kimi qalmışlar. Daha sonra həm ümumi vəziyyəti soruşmaq, həm də malı yığmadan çıxdıqları üçün mallara nəzarət etmək üçün bazarda mühafizəçi işləyən Yahyaya zəng etmiş, Yahya hər şeyin normal olduğunu demişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli Elektron Prokurorluq İnformasiya Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2025-ci ilin fevral ayından ##.##.2025-ci il tarixədək olan müddətdə X1 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra həmin izahatları mötəbər sübut kimi qəbul edərək sözügedən qərarı qəbul etmişdir. Məhkəmənin mövqeyi ilə razı deyillər. Elektron sistemdən görünür ki, iş üzrə məhkəmə iclası ##.##.2025-ci il tarixə təyin edilmiş elə həmin gündə yekun qərar qəbul edilmişdir. Məlum olduğu kimi məhkəmə tərəflərin iştirakını eyni zamanda izahatı alnmış şəxslərin iştirakını təmin etmək üçün heç bir tədbir görməmişdir. İzahatı alınmış şəxslərdən Kamal Səfərov həmin gün Bakı Şəhəri Protokolu tərtib edən orqan yazılan izahatı oxumadan imzaladığını bildimişdir. Kamal Səfərovla konfidensial görüş zamanı bildirmişdir ki, izahatı alınmış şəxslərlə görüşmüş və bildirməsinə əsasən həmin şəxslərdə izahatlarını oxumadan imzaladıqlarını bildirmişlər. Eyni zamanda Yəhya Qonuşyevlə ümumiətlə heç bir əmək münasibətlərinin olmadığını, onun həmin ərazidə sərbəst olaraq fəhlə kimi iş olduqda satıcıların və ora gələn adamların əşyalarının daşınmasında köməklik göstərdiyini və həmin işin müqabilindən işi gördürənlərdən pul aldığını bildirmişdir. Qeyd olunan ziddiyətlərin aradan qaldırılması üçün məhkəmə izahat alınmış şəxslərin məhkəmədə dindirdikdən sonra qərar qəbul etməli idi. Halbuki barəsində inzabati xəta haqqında icraat aparılan şəxsin məhkəmədə iştirakı təmin edilməmişdir.

5. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

III. Proses iştirakçılarının izahatları:

6. Apelyasiya icraatında barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildimişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumatlı olmadığından məhkəmə iclasında iştirak etməmişdir. xxxx MMC-yə icraata başlamaq haqqında Qərar daxil olduqdan sonra ##.##.2026-cı il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə yaxınlaşaraq məhkəmə qəbzinə imza etməklə həmin qərarı qəbul etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli X2 izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ditektoru olmaqla Hövsan qəsəbəsində ərazisi 32 sot olan torpaq sahəsini icarəyə götürmüşlər. Hazırda orada meyvə-tərəvəz bazarı yaratmışlar, bazarın faktiki işləri onun tərəfindən həyata keçirilir. Yəhya təxminən 4-5 ay müddətdir MMC-də mühafizəçi olaraq işləyir, sonuncu ilk vaxtlar stajor olaraq işə götürülmüş, sonra isə müəyyən problemlər olduğundan onunla əmək müqaviləsi bağlanması gecikmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli X4 izahatından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən bazarda işləyir. ## #### 2025-ci il tarixdə axşam saatlarında artıq malları yığıb getməyə hazırlaşmışlar, yol uzaq olduğundan bazarda məhsulun satılması üçün gec saatlara kimi qalmışlar. Daha sonra həm ümumi vəziyyəti soruşmaq, həm də malı yığmadan çıxdıqları üçün mallara nəzarət etmək üçün bazarda mühafizəçi işləyən Yahyaya zəng etmiş, Yahya hər şeyin normal olduğunu demişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli Elektron Prokurorluq İnformasiya Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2025-ci ilin fevral ayından ##.##.2025-ci il tarixədək olan müddətdə X1 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. Məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı şəhəri Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir, Bakı şəhəri Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

IV. İşin faktiki halları və hüquqi məsələlər:

8. İş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə mülahizəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

9. İş materiallarında olan ##.##.2025-ci il tarixli X1 izahatından görünür ki, təxminən 5 aydır Hövsan qəsəbəsində yerləşən bazarda mühafizəçi işləyir. İş saatları axşam saat 20:00-dan səhər saat 09:00-a kimi olmaqla bir gün evdə, bir gün işdə olur. Əsas işi gecə orada olan malların və obyektlərin təhlükəsizliyini təmin etməkdir. ## #### 2025-ci il tarixdə növbədə olmuş, həmin gün də yenə adi qaydada saat 20 radələrində işə getmişdir. İşlədiyi bazarın hansı MMC-nin tərkibində olmasını bilməmiş, bazarı Salman və Kamal adlı şəxslər işlətmişlər. İşlədiyi hər növbəyə görə 15 manat məbləğində pulu Kamal ona əlbəəl verir.

10. İş materiallarında olan ##.##.2025-ci il tarixli X2 izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru olmaqla Hövsan qəsəbəsində ərazisi 32 sot olan torpaq sahəsini icarəyə götürmüşlər. Hazırda orada meyvə-tərəvəz bazarı yaratmışlar, bazarın faktiki işləri onun tərəfindən həyata keçirilir. Yəhya təxminən 4- 5 ay müddətdir MMC-də mühafizəçi olaraq işləyir, sonuncu ilk vaxtlar stajor olaraq işə götürülmüş, sonra isə müəyyən problemlər olduğundan onunla əmək müqaviləsi bağlanması gecikmişdir.

11. İş materiallarında olan ##.##.2025-ci il tarixli X4 izahatından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən bazarda işləyir. ## #### 2025-ci il tarixdə axşam saatlarında artıq malları yığıb getməyə hazırlaşmışlar, yol uzaq olduğundan bazarda məhsulun satılması üçün gec saatlara kimi qalmışlar. Daha sonra həm ümumi vəziyyəti soruşmaq, həm də malı yığmadan çıxdıqları üçün mallara nəzarət etmək üçün bazarda mühafizəçi işləyən Yahyaya zəng etmiş, Yahya hər şeyin normal olduğunu demişdir.

12. İş materiallarında olan ##.##.2025-ci il tarixli Elektron Prokurorluq İnformasiya Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2025-ci ilin fevral ayından ##.##.2025-ci il tarixədək olan müddətdə X1 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir.

13. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir.

14. Birinci instansiya məhkəməsi inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab etmişdir.

15. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərədə tutulmuşdur ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

16. Azərbaycan Respublikası ƏM-nin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 17.Azərbaycan Respublikası ƏM-nin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir».

18. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir.

19. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 20.Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məcəllənin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.

21. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir.

22. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır.

23. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır.

24. Hərəkət və yaxud hərəkətsizlik-davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır.

25. Beləliklə, şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X2 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən X1 MMC-nin icarəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bazarda gözətçi kimi 2025-ci ilin fevral ayından ##.##.2025-ci il tarixədək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmadan işlərin görülməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir.

26. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur.

27. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

28. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

29. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

30. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

31. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər.

32. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 33.Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

34. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir.

35. Hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, qanunvericiliyin imperativ tələbinə əsasən işçi ilə işəgötürən arasında yaranan əmək münasibətləri mütləq qaydada elektron informasiya sistemində bildiriş formasında qeydiyyata alınmalıdır. İşin faktiki hallarından görünür ki, X1 faktiki olaraq gözətçi funksiyasını yerinə yetirməsinə baxmayaraq onunla bağlı müvafiq elektron bildirişin olmaması İXM-nin 192.1-ci maddəsinin tərkibini formalaşdırır. Bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı qanuni və əsaslıdır. Şikayətdə irəli sürülən dəlillər həqiqəti əks etdirmir və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmək üçün kifayət deyil. Məhkəmənin təyin etdiyi 20.000 (iyirmi min) manat cərimə cəzası adekvatdır və qanunvericiliyin prinsiplərinə tam uyğundur.

36. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Hakim Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar