Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1238/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, ##.##.2011cü il təvəllüdlü X3, ##.##.2014-cü il təvəllüdlü X4, ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkilik yaşına çatanadək saxlanılması üçün ##.##.2020-ci il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından görünür ki, və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.71 misli həddində indeksasiya edilmiş və ##.##.2025-ci il tarixdən hesablanmaqla, ##.##.2011-cü il təvəllüdlü X3, ##.##.2014-cü il təvəllüdlü X4, ##.##.2015-ci il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.71 misli olmaqla, cəmi 2,84 misli həddində sabit pul məbləğində alimet tutulmalıdır. “Icraata başlamaq haqqında” ##.##.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli icra vərəqəsinin könüllü icrası haqqında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilmişdir. Bakı şəhər Xəzər rayon Icra Şöbəsinin icra məmuru X6 tərəfindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli icra vərəqəsinin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında, ## ##### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim E.H.Allahverdiyev) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, tələbkar Zərərçəkmiş şəxs, apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Tələbkar Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, 600 manat uşaqları təmin etmir, çünki uşaqlar böyüdükcə onların xərcləri də artır. 2021-ci il bazar qiymətləri ilə indiki qiymətlər eyni deyil, ona görə də cavabdeh şəxsdən tələb olunmalıdır ki, uşaqların yaxşı yaşaması üçün əlindən gələn köməyi əsirgəməsin. Uşaqların yaxşı yaşaması üçün heç bir şərait yoxdur. Həyətdə bir 24 kvadratlıq tikili (butka) tikib onları yerləşdirmişdir. Uşaqların içində oğlan uşağı var. Özü isə 120 kvadratdan dəbdəbəli evdə yaşayır, uşaqları həmin evin həndəvərinə belə buraxmır. Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə bir vəzifə olaraq atalıq borcunu layiqli yerinə yetirməsi qoyulsun, qalıq aliment borcu 6.968 manat ilə, həmişə verdiyi 600 manat alimenti artırmaqla ödəsin, uşaqların yaşadığı ev şəraiti genişləndirilsin. Məhkəmə iclasında, tələbkar Zərərçəkmiş şəxs, şikayəti müdafiə edərək, təmin edilməsini xahiş emişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişçdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun qəbul edilmiş qərar olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və işin hallarına istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin ləğv edilməsinə heç bir əsas vermir. Belə ki, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya baxışı zamanı da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması iş materialları, məhkəmə sənədləri və “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi ilə müqayisədə istisna edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs apellyasiya qaydasında verdiyi şikayətin dəlilləri isə xüsusiyyətinə görə, ## ##### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə məhkəmə baxışının predmeti hesab olunmur. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və inzibati iş üzrə tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: tələbkar Zərərçəkmiş şəxs şikayəti təmin edilməsin. Inzibati iş üzrə tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1238/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1238/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver