Məhkəmə qərarları › İş №3(3-6)-1239/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1239/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1239/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında ## ###### 2026-cı il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təsadüf nəticəsində e-Polis portalına daxil olduqda inzibati xətanın törəndiyi ünvan “Bakı, Rasim İmanov (Buzovna), За” kimi göstərilən barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə ## ###### 2025-ci il tarixli İXP ******* nömrəli inzibati protokol əsasında ## ###### 2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edildiyini aşkar etmişdir. Həmin qəradan məhkəməyə şikayət ərizəsi verdikdən sonra Xəzər Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə şikayəti qismən təmin edilərək barəsində ## ###### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Bakı şəhər DYP İdarəsinə göndərilməsi təmin edilmişdir. Məhkəmənin qərarda qeyd etdiyi nöqsanlara cavabdeh tərəfindən məhəl qoyulmayaraq eyni hüquq normalarının pozulması ilə müşahidə olunan ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Qərar həmişəki kimi İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd olaraq ona rəsmi qaydada göndərilməsi təmin edilməmişdir. ## ###### 2026-cı il tarixli TP******* nömrəli qərar barədə məlumatı e-Polis portalı üzərindən əldə etmişdir. Elə ona görə ikinci dəfə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, barəsində tərtib olunan protokolda qeyd olunan “Volksvagen İD.6” markalı **-RM-*** Dövlət nömrə nişanlı avtomaşın ilə ## ###### 2025-ci il tarixində protokolda inzibati xəta törətməyinə iddia olunan ünvan kimi göstərilən “Bakı, Rasim İmanov (Buzovna), За” ünvanında ## ###### 2025-ci il tarixində olmamış və heç bir inzibati xəta törətməmişdir. Bildirir ki, barəsində tərtib olunmuş protokolda qeyd olunan ünvanda heç vaxt (ömür boyu) olmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş ## ###### 2025-ci il tarixli İXP ******* nömrəli inzibati protokol və həmin protokol əsasında qəbul olunmuş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərar qanunvericiliyin normalarının pozulması ilə əsassız olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbinə zidd şəkildə onun xəbəri və iştirakı olmadan qəbul olunmuşdur. ## ###### 2026-cı il tarixli TP******* nömrəli qərar Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən o, məhkəməyə müraciət etdikdən sonra ləğv edilmiş, sonradan yenidən ## ###### 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də ## ###### 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Göründüyü kimi, hakim tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, X2 ## ###### 2025-ci il tarixində saat 11:47 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.lmanov 3 a ünvanında idare etdiyi "VOLKSWAGEN ID CROZZ” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydasını pozmuşdur. Bu vaxt ərazidə xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə bilavasitə tabe olan Yol-PatruI Xidməti Alayı yol-patrul xidməti inspektoru İlkin Rzayev tərəfindən sürücü saxlanılmış, xətanın mahiyyəti izah edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) töredilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və gösterilən hallarla bağlı hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qəranının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iclasda iştirak edən nümayəndəni dinləyib hesab edir ki, apellyasiya şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ## ###### 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə saat 11:47-də “VOLSWAGEN ID 6 CROZZ” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi yekunda belə qənaətə gəlmişdir ki,“Qərardan şikayət verən orqan (şəxs) şikayətində “VOLSWAGEN ID 6 CROZZ” minik markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ## ###### 2025-ci il tarixdə saat 11:47-də idarə etmədiyini bildirmişdir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə ## ###### 2026-cı il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutların (foto və videogörüntünün) məhkəməyə təqdim edilməsi barədə dəfələrlə sorğu verilsə də, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ## ###### 2026-cı il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar